20:13
Deputat Aydın Mirzəzadə: "Azərbaycanda işsizlik faizi ötən illərlə müqayisədə kəskin enib, göstərici 49 faizdən 6 faizə qədər dəyişib
Deputat Aydın Mirzəzadə: "Azərbaycanda işsizlik faizi ötən illərlə müqayisədə kəskin enib, göstərici 49 faizdən 6 faizə qədər dəyişib.




Əlbəttə ki, həmin 6 faizə aid olan işsiz vətəndaşların vəziyyəti başa düşüləndir. Həmin vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər və yaxud da bir qrup vətəndaş işləsə də, kifayət qədər maaş ala bilmirlər. Yəni bu problem var, bunu heç kim inkar etmir. Problemin həll edilməsi üçün müvafiq addımlar atılır".

Əslində Azərbaycanın uzun müddət Qarabağ probleminin həlli ilə məşğul olduğunu nəzərə almaq lazımdır. Yəni bu, böyük həcmdə resurs və maddi imkan tələb edirdi. Ordunun saxlanması, məcburi köçkünlərin yaşayışının təmini, onlara müavinətlərin verilməsi, övladlarının ali məktəblərdə təhsil haqlarının ödənilməsi və s. hamısı xərcdir. Şükürlər olsun ki, bu, artıq keçmişdə qaldı, bu ilin dövlət büdcəsi əvvəlki ilə müqayisədə xeyli artıb. Hesab edirəm ki, ölkədəki işsizlik problemi tədricən həll ediləcək, vətəndaşların əmək haqları artırılacaq. Əlbəttə ki, birdən-birə baş verməyəcək, amma əsas odur ki, müsbətə doğru addımlar atılır.

İşsizlik faizinin real olmadığını deyənlər bunu sübut etmək üçün konkret yoxlama mexanizmi ortaya qoymalı, fakt göstərməlidirlər. Özü işsiz olanlar həsab edirlər ki, hamı onlarla eyni vəziyyətdədir. Amma istənilən halda, hətta bir faiz işsiz əhalinin olması belə cəmiyyəti düşündürür. Əlbəttə ki, həmin vətəndaşları qınamaq olmaz və onların işsizlik problemi dövlətin və cəmiyyətin bir nömrəli məsələsidir".

tolishstan.com
Category: Sİyasət | Views: 47 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: