search
menu
person

NEWS AND UDATES


17:32
DİN də məlumat yayıb ki, guya Qalib Məmmədov Şəki polisində özünü asıb

DİN də məlumat yayıb ki, guya Qalib Məmmədov Şəki polisində özünü asıb 

Dostlar, bu şəkilə diqqətlə baxın. Hüquq- mühafizə orqanları məni işgəncə halları ilə bağlı əsassız məlumatlar yaymaqda ittiham edir. Amma şəkildə gördüyünüz bu şəxs Şəki Polis İdarəsində işgəncə ilə öldürülən Qalib Məmmədovdur.

Ailə üzvlərinin verdiyi məlumata görə 31 yaşlı bu gənci polis əməkdaşları 11 mayda səhər evdə yatdığı yerdən gəlib zorla Şəki Polis İdarəsinə aparıb orda işgəncə verərək öldürüblər. Utanmadan da adını qoyublar guya özünü asıb (!?). Siz kimi aldadır, avam yerinə qoyursunuz? Nədir bu millətin dinc, günahsız insanlarından alıb verə bilmədiyiniz? Açıq- aşkar görünür ki, adam başının arxa tərəfindən kəsici, deşici alətlə vurulub öldürülüb...

DİN də məlumat yayıb ki, guya Qalib Məmmədov Şəki polisində özünü asıb (!?). Açıq- aşkar cinayəti gizlətmək faktıdır. İşgəncənin izləri ortadadır. Çox təəssüfləndirici haldır ki, xüsusi qəddarlıq və amansızlıqla adam qətlə yetirilib, bu günə qədər bir nəfər də olsun məsuliyyətə cəlb olunub həbs edilməyib. Amma 100- lə insanı müxalif baxışlarına, siyasi fəaliyyətinə və mənsubiyyətinə görə şərləyib həbs edirlər...

Mən baş prokuror Zakir Qaralova, onun 1- ci müavini Rüstəm Usubova səslənirəm; baş vermiş cinayət hadisəsi ilə bağlı addım atın, ölçü götürün!

İctimaiyyətə səslənirəm; bu cinayətin açılması, günahkarların cəzalandırması üçün susmayaq!

Oktay Gülalıyev


На данном изображении может находиться: 3 человека
Category: XƏBƏRLƏR | Views: 60 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $