03.06.2020

Dönüklük

129 0 TMH XABAR
Dönüklük.

"Hər kəsin milli mənsubiyyəti onun qürur mənbəyidir!"  Heydər Əliyev Azərbaycan yetkililərinin şuarları da xalq üçün "tiryək" olaraq qalır, ya da onlar öz ulu öndərlərinə də dönuk çıxırlar!
Beləki milli mənsubiyyətlərini özlərinə qürur mənbəyi seçdiklərinə görə  "Tolışi Sədo" qəzetinin üç baş redaktorları olmuş Novruzəli Məmmədov, Hilal Məmmədov və Fəxrəddin Abbasov (Əboszodə) iqtidarın qəzəbinə tuş gələrək həbs edilmişlər!
 69 yaşlı N.Məmmədov həbsxanada həlak olmuş, onun iki oğlu isə həmən dövrdə müəmmalı şəraitdə dunyalarını dəyişmişlər!
Alim, dindar H.Məmmədov isə cibinə narkotik atılaraq şərləyib həbs edilmişdir!
İndi isə alim, politoloq, talış dili mütəxəssisi Fəxrəddin Abbasov siyasi baxışlarına görə saxta ittihamlarla 16 il müddətinə həbs cəzasına məhkum edilmişdir!
F.Abbasovun həbsi və onun ciddi-cəhdlə hətta qohum və yaxınlarında təcrid edilməsi bir daha onu sübut edir ki, hakimiyyət ona qarşı bütün resurslarını, hətda COVİD-19 virusu kimi şeytan əməlini səfərbər etmişdir!
Belə ki, bu müqəddəs Ramazan ayında qohumlarının onun üçün cəzaçəkmə müəssisəsinə apardıqları müqəddəs Qurani-Kərimi karantin vəziyyətini bəhanə gətirərək F.Abbasova verməkdən imtina etmişlər!
Azərbaycan reallığı budur!

Talış Milli Hərəkatı .
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: