11:56
Dövlətin qayğısız saxladığı qəhrəman xalq, çətin vəziyyətin bitməsini,  istəyir

Dövlətin qayğısız saxladığı qəhrəman xalq, çətin vəziyyətin bitməsini,  istəyir.

Zamin Hüseynov.


Vətən müharibəsi rəsmən qələbəmizlə bitsə də, çox təəssüf olsun ki, ürək ağrıdıcı məqamları və çətin vəziyyətdə yaşamaq davam edir. Bir tərəfdən " Covid-19" acı və ağır nəticələri, yaratdığı vəziyyətə görə karantin şəraiti. Digər tərəfdən müharibənin qoyduğu izlər, acılı və yaralı tərəfləri. 
Bir çox fürsətdən istifadə edən məmurlar saxtakarlıq əməllərindən əl çəkməyib kimlərinsə haqqını yeməklə məşğul olurlar! 
Azərbaycanın bütövlüyünü qorumaq, torpaqlarımızı işğaldan azad etmək üçün, Azərbaycan vətəndaşı olan hər bir kəs əlindən gələn köməkliyi əsirgəmədən birlik göstərdi. 
Kasıb oğulları göz qırpmadan vətənini müdafiə etmək üçün müharibəyə gedərək canını verdi, qanını axıtdı. Vətən üçün borcumuzdur deyərək hər kəs buna ürəklə qatıldılar.
Amma... Vətənin, dövləti, hakimiyyəti xalq üçün nə etdi və nə edir?
Şəhid ailələrinə, yarı can olan yaralılara. Səfərbərlik çağırışı ilə və könüllü gedənlərin ailələri üçün ehtiyaclarını ödəyə biləcək nəisə edirmi? 
Vəziyyətin göründüyü budur ki, hər gün sosial şəbəkələrdə əsgərlərin, və yaralı halda qayıdan qazilərin paylaşdığları acı həqiqət olan, problemlərdən və ehtiyaclarından danışmaqları, ehtiyac içində qayğısız qalmaları, insan olan şəxslərin ürəyini ağrıdır parçalayır. 
Sözüm dövlətin bu məsələdə səlahiyyətli və məsuliyyətli şəxslərinədir. Budurmu Azərbaycan dövlətinin öz əsgərinə, qazisinə, vətəndaşına qayğısı? Yəni bunu etməklə belə göstərmək istəyirsiniz ki, heç kəs bir daha vətənini qorumağa həvəslənməsin. Vətənpərvərlik ruhunu, vətən sevgisini millətin içində öldürməkdirmi istəyiniz?!
İcra nümayəndəliyi, əsgər göndərmək üçün hər kəsi tanıyır, çağırış göndərə bilirsə, bəs niyə o əsgər gedəndən sonra o evdə kimlər necə və hansı şəraitdə qaldığını bilməməzlik kimi göstərərək düşünmürlər?
Ailələr var bir evdən üç oğul döyüşə gedib. ata, ana evdə xəstə halda yatır, necə dolanırlar bunlarla maraqlanan yoxdur. Ailələr var kirayədə qalırlar, kişini döyüşə aparırlar iki aydan çoxdur evdə qalan körpə uşaqları tək anayla heç yerdən gəliri yoxdur ehtiyac içində boğulurlar. Əsgərlər suyun, palçığın içində şəraitsizlikdə qalırlar bunların günahı nədir, belə olmaz axı. Dövlət öz vətəndaşını düşünmək istəmirsə, və xalq üçün heç bir iş görmüyəcəksə, heç nəyə köməkliyi dəymirsə bilməlidirər ki, belə yararsız məmurlar yuxarı vəzifələrdə oturmaqlarıyla xalqa heç gərək deyirlər. Nazirlər, Deputatlar, İcra hakimiyyətləri və bir çox qurum rəhbərləri öz övladlarını döyüşə göndərməyərək, qarnı tox evində təmiz, isti geyimdə, rahat şəraitdə saxladız. Yaxşı elədiz. 
Kasıbın qeyrətli balaları gedib vuruşdu bu şərəfli işin öhdəsindən layiqincə gəldilər. Heç olmasa indi siz, öz borcunuzu yerinə yetirməyə çalışıb bu şəxslərin, vətənin oğullarının, qəhrəmanlarımızın yanında olmağa, bu problemlərini həll etməyə çalışın. Xalqın yanında olun ki, halallıq olsun və xalqda sizi tanısın, zəhmətlərini sizə halal etsin. Dövlət vətəndaşlarının ehtiyaclarını təmin etməlidir. Millət dövlətin qayğısını diqqətini, yardımını illərdir gözləməkdədir.
Allah şəhidlərimizi rəhmət eləsin. 
Yaralı olanlara Allah şəfa versin tezliklə. Hər bir döyüşən veteran və hərbiçi qardaşlarımızı Allah canını sağ ömrünü uzun eləsin. Ehtiyac içində olan hər kəsin Allah köməyi olsun, bütün arzularını versin.

Zamin Hüseynov

Category: TMMR-nın Xəbərlər | Views: 69 | Added by: tmmrtalish | Tags: Zamin Hüseynov | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: