search
menu
person

NEWS AND UDATES


23:01
DTX bir müddət əvvəl dəlixanaya salınan axundun evində axtarış aparıb - Jurnalist istintaqda onun adını çəkib...
DTX bir müddət əvvəl dəlixanaya salınan axundun evində axtarış aparıb - Jurnalist istintaqda onun adını çəkib...

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları dövlətə xəyanətdə günahlandırılaraq həbs edilən "xeberman.com" saytının həbsdə olan baş redaktoru Polad Aslanovun cinayət işinə görə axundun evində axtarış aparılıb. Bu barədə Criminal.az saytına evində axtarış aparılan Qazax tövbə məscidinin axundu Mircəfər Hüseynzadənin özü məlumat verib.
M.Hüseynzadənin sözlərinə görə, oktyabrın 3-də DTX əməkdaşı yaşadığı evə gələrək axtarışa başlayıblar: 

 
 Mircəfər Hüseynzadə 
"Yoldaşım qapını açanda 11 nəfər içəri girdi. Özünü Kənan Əliyev kimi təqdim edən şəxs Bakıdan, DTX-dan gəldiyini dedi. Bildirdilər ki, Polad Aslanov istintaq zamanı mənim adımı çəkib. Məhkəmə qərarı ilə axtarışa başladılar. Evi ələk-vələk etdilər, dini kitabları və bayraqları, noutbukumu, telefonumu özləri ilə apardılar. Daha sonra məsciddə axtarş apardılar. Bir neçə saat DTX-nın Qazax şöbəsində qaldım. Səhəri yenə çağırdılar. Məndən Poladla hansı münasibətimin olması haqda sorğu-sual etdilər. Bildirdilər ki, Polad kimdən və necə pul alıb. Bildirdim ki, onu jurnalist kimi tanımışam və ancaq telefonla əlaqə saxlamışam. İki dəfə də canlı görmüşəm. İki gün əvvəl noutbukumu və telefonumu qaytardılar, amma dini kitab və bayraqları qaytarmayıblar". 

 
Polad Aslanov 
P.Aslanov bu il iyunun 12-də saxlanılıb, Səbail Rayon Mәhkәmәsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. 


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Yaxınları isə onun DTX haqqında tənqidi yazılarına görə şərlənib həbs olunduğunu bildirir. P.Aslanov ötən ilin aprelində 29 yaşında hərbi xidmətə aparılmışdı. "Sülh şəraitində hərbi xidmətə yararsız" olması barədə hərbi bileti olan P.Aslanovun həyat yoldaşı o zaman da bildirirdi ki, yazılarına görə cəzalandırmaq məqsədilə ona qarşı bu cür davranırlar.
M.Hüseynzadə isə bir müddət əvvəl dəlixanaya salınmışdı. Ailə üzvləri iddia edirdilər ki, M.Hüseynzadəni ruhi-əsəb xəstəxanasına Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov saldırıb. Səbəb isə başçı haqda status yazmasıdır. 

tolishstan.com
 
Category: XƏBƏRLƏR | Views: 96 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $