search
menu
person

NEWS AND UDATES


21:48
Dünya şokda: bir şəhər tamamilə YOX OLDU - İNANILMAZ FOTOLAR

Dünya şokda: bir şəhər tamamilə YOX OLDU - İNANILMAZ FOTOLAR

Dünya şokda: bir şəhər tamamilə YOX OLDU - İNANILMAZ FOTOLAR

Yoxa çıxan hava limanı, toza dönmüş evlər, oyuncaq kimi tərsinə çevrilmiş gəmilər, avtomobillər…


Dünya Baham adalarından gələn görüntülərlə şoka düşdü…

Karib dənizinin incisi olan Baham adalarını yerlə-yeksan edən Dorian qasırğası ABŞ-ın Florida ştatına yaxınlaşarkən geridə qoyduğu dağıntı səmadan görüntülənib.

Atlantik okeanında yaranan ən güclü ikinci qasırğa statusuna yiyələn Doriandan sonra Abako adalarının halı nəhəng sunami dalğalarının yıxdığı şəhərlərə oxşayır.

“Röyters” xəbər agentliyi binaların toza çevrildiyini və nəhəng gəmilərin oyuncaq kimi 180 dərəcə çevrilidiyini bildirir.

Bəzi prospektlərdə, demək olar ki, evlərin hamısı yox olub. Tək-tük binalar gözə çarpır.

Kilometrlərlə sahə xarabalığa dönüb.

Beynəlxalq Qızılxaç Komitəsinə görə, 300 km-ə yaxın sürətlə Baham adalarından keçən Dorian 13 min evə zərər verib.

Şokedici görüntülərin çəkildiyi yerlərdən biri isə Abaka adalarındakı Marş Limanıdır.

Uçuş zolaqlarının hamısı yoxa çıxıb və Marş Harbor yalnız qüllədən ibarətdir.

Hava limanının ətrafındakı meşəlik ərazi də qasırğanın özüylə birgə gətirdiyi su ilə örtülüb.

5-ci təhlükə kateqoriyasına qədər çıxan Dorian bəzi bölgələrdə 89 sm yağışa səbəb olub.

7 metrə qədər yüksələn dəniz səviyyəsinin yağışla birləşməsi fəlakətə çevrilib.

Baham adalarının prezidenti Hubert Minnis qasırğanı ölkə tarixinin ən böyük böhranı adlandırıb və tarixi tragediya adını verib.

Fəlakət zamanı 7 nəfər həlak olub. Zərərçəkənlərin sayının artacağı ehtimal olunur.

“Röyters” Abako və Qrand adalarında upuzun bir itkin siyahılarının sosial mediada paylaşıldığını elan edir.

“Our News Bahamas” adlı media qurumunun feysbuk hesabındakı itkin siyahısı qısa müddətdə yaxınlarının itkin düşdüyünü yazan 1600 nəfərin şərhi ilə dolub.

BMT Bahamda 60 minə yaxın insanın qida və təmiz suya ehtiyac olduğunu bildirir.

Dorian hazırda Florida ştatındakı Dayton çimərliyinə 160 km məsafədədir.

Dorianın ən təmiz görüntüsünü isə NASA əldə edib. Bu görüntü Beynəlxalq Kosmik Stansiyadan çəkilib.

Zümrüd
tolishstan.com

Category: XƏBƏRLƏR | Views: 78 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $