search
menu
person

NEWS AND UDATES


17:37
Dünyanın mütərəqi  İctimaiyyətinə Nederland krallığı, Haaqa şəhər
Dünyanın mütərəqi  İctimaiyyətinə
Nederland krallığı, Haaqa şəhəri.                      21.05.2019ıl

    Hörmətli Xanımlar və Ağalar!

  Biz Talışıq! Talehyin və böyük Allahın qisməti ilə, yaradılandan hazırkı Azərbaycan Respublikasının cənub-şərqində, İran İslam Respublikasının şimalımda, Kaspi(Xəzər) dənizinin sahili boyunca Talış ovalığında (saxtalaşdırılmış formada Lənkəran ovalığında), Talış dağlarında, bütövlükdə Talış-Muğan bölgəsində (saxtalaşdırılmış Cənub bölgəsində) yaşamışıq və yaşayırıq....
 Düşünülmüş formada yaradılan Azərbaycan Respublikası Dövlətinin Siyasi, İqtisadi  və İctimai yanaşmasından, Talış-Muğan bölgəsində demoqrafik dəyişikliklər ardıcıl olaraq şiddətli formada aparılması, davam edir. Və hazırda, sayına görə, özünü titul xalq sayan Türklərdən(saxta azərbaycanlılardan) sonra 2-ci olan Talışların kütləvi köçü və assimliyasiya prossesi planlı şəkildə davam etdirilir.
  Talış xalqının, öz milli mənlik, şərəf və ləyaqətinə hörmət edib, qurur duyan, Allah yaradana şüküranlıqla yanaşan, hazırda az sayda olan mərd, qorxmaz, azadlıqsevər övladları, usanmadan, yaşam naminə mübarizə aparırlar. Bu mübarizə, hələ 30 il bundan əvvəl, yuxarıda sadaladığımız ləyaqət sahibi olan Talış övladlarının təkidli istəyi ilə Talış Muğan Müxtar Respublikası yaradıldığını elan etməklə, AR-nın həqiqi Ali qanunverici orqanına müraciət etmələrinə baxmayaraq, hazırkı ana qədər cavab alınmamışdır. Qəddar represiyalarla üzləşən Talışların sağ qalanları dünyanın hər tərəfinə köç etmək məcburiyyətində qalmışdır!
 Və mühacirət həyatı yaşayan həqiqi, mübariz Talışların da həyatı, hazırda təhlükəsiz deyil. Belə ki, varlığının əsas qayəsi rüşvət və korrupsiya üzərində qurulan AR-nın hakim rejiminin, özünə yaxın prinsipləri olan həmkarlarını hər yerdə, o cümlədən, eləcə də Rusiya Federasiyasında da tapa bilir və Talış xalqının yaşamına sədaqət nümünəsi olan insanları sözün həqiqi mənasında oğurlayıb, Azərbaycana gətirib, həbsxana cəzasına məhkum etməkdədir! Necə ki, alim-tədqiqatçı, publisist, Talış xalqının ictimai-siyasi xadimi Fəxrəddin Abbasov, müamalı şəkildə, sığındığı Rusiya Federasiyasından Azərbaycan Respublikasının Dövlət təhlükəsizlik xidmətinin təcridxanasında sözün həqiqi mənasında peyda olmuşdur və bu haqda, hazırda, az qala, bütün dünya məlumatlıdır.
Bu qeyri-insani əməlin görünməyən, ən acınacaqlı tərəfi o oldu ki, Azərbaycan Respublikasında, az qala rəyləri ilə bütün mütərəqqi Dünyanın inandığı, hesablaşdığı, demokratik-liberal, insanlıq meyarları ilə fəaliyyətlərinin qurulmasını elan edən, ölkədə və xaricdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları, hüquq müdafiəçiləri, siyasi xadim və təşkilatları fövqəladə həmirəylik nümünəsi göstərərək, Fəxrəddin Abbasovun az qala oğurlanmasına, qanunsuz saxlanmasına, qeyri-insani münasibətlərlə üz-üzə qalmasına etiraz etməkdən hazırkı məqama qədər imtina etmişlər. Azərbaycanda özünü demokratik dəyərlər naminə mübariz sayanlar, o cümlədən demokratiya uğrunda yaradılam Milli şura bütövlükdə, beynəlxalq səviyyədə tanınan hüquq-müdafiəçiləri Leyla Yunusova, Arzu Abdullayeva, Oktay Gülaliyev  və digərləri, demokratik mətbuat nümayişkarənə formada F.Abbasovun müdafiəsindən imtina etməklə, özlərinin pantürkçü faşist təfəkkürlərinə, Talışa münasibətdə ayrı-seçkiliyə sadiqliklərini bir daha subut etdilər və... biz çox istərdik ki, mütərəqqi Dünya ictimaiyyəti  bu təşkilat, mətbuat və saxta hüqüq müdafiəçiləri ilə hər cür münasibətlər quranda, irqçi-faşist yanaşmaları nəzərə alınsın! 
Dərin hörmətlə,

 TMMR Prezidenti,
Ə.Hümmətov.

TMMR-nın Mühacir hökümətinin Baş naziri,
R. Mirzəyev.
Category: XƏBƏRLƏR | Views: 138 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $