17:39
Elvin İrşadov (Umar Əli ) : "Bütün günü televiziyalarda talış bölgəsindən olan mənəviyyatsız insanları"
Elvin İrşadov (Umar Əli ) : "Bütün günü televiziyalarda talış bölgəsindən olan mənəviyyatsız insanları".

Bütün günü televiziyalarda talış bölgəsindən olan mənəviyyatsız insanları, bölgədə baş verən ancaq xoşagəlməz halları məqsədli şəkildə ailə-məişət mövzulu verilişlərdə nümayiş etdirməklə, talışlardan nadan, savadsız, mövhumatçı, geridə qalmış obrazını formalaşdırmaq istəyən sözün əsil mənasında mənəviyyatsızlar bu şəkilə yaxşı baxsınlar ki, bəlkə azacıq həya etdilər(əlbəttə , əgər zərrə qədər bu hiss onlarda qalmışsa).
Talışlar dinlə doğulmuşlar və heç bir halda din bu xalqın elmlənməyinə nəinki maneə yaratmaz, əksinə təşviq etməkdədir.Talışlardan səmanı fəth edən Kərim Kərimovlar, elmə damğasını vuran Ziya Bünyadovlar, hərb sənətinə öz taktikasını bəxş etmiş Həzi Aslanovlar, dinu islamın, şiəliyin fəxarət mənbəyi Fazil Lənkəranilər çıxmışdır.Və bütün bu şəxsiyyətlər, uşaqkən bu cür talış nənələrinin belləri üzərindən elmə doğru ilk addımlarını atmışlar.
Bu foto tarixi fotodur, möhtəşəmdir.Ərsəyə gəlməsində zəhməti keçənlərə minnətdarlığımı ərz edirəm.
QEYD!!!Foto Astaranın Diqo kəndində çəkilmişdir.

Category: Sİyasət | Views: 97 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: