09:34
Elvin İsayevin və digər Talış xalqının nümayəndələrinin qanunsuz həbslərinə son etiraz B Ə Y A N A T I :
Tolerant mövqeydə olan(varsa!?) Azərbaycan Respublikasının demokratik ictimaiyyətinə, Beynəlxalq demokratik və tərəqqipərvər Təşkilatlarına, Haqqsevər, sadə ictimai-siyasi bloger, AR-nın əsas xalqlarından biri, Talış xalqının nümayəndəsi, əksər Talışlar kimi azərbaycansevər Elvin İltiham oğlu İsayevin uzun müddətə həbsinə etiraz 
                                         B Ə Y A N A T I : 

Hazırda Azərbaycan Respublikasında ərazi suverenliyinin bərpası naminə uzun illərin ağır, üzücü bəlasının aradan qaldırılması naminə ağır müharibə gedir və Talışlar həmişə olduğu kimi, hazırda da, heç bir əvəz gözləmədən(çox təəssüflər) öndə olmaqla, böyük itki, qurbanlar verməkdədirlər!... Biz əminnik ki, AR-nın sərvətlərindən gələn gəlirləri öz məxsusi-özəl vəsaitləri kimi, istədikləri kimi xərcləyən, hər cür hesabatlardan uzaq məmuriyyəti-vəzifə sahibləri, həmin pullardan böyük vəsaitlər hesabına Ukrayınanın hazırkı “demokratik hakimiyyətindən” satın aldıqları, oğurlayıb gətirdikləri Elvin İsayev də, azadlıqda olsa idi, hökmən gedən hazırkı döyüşlərin öncül iştirakcılarından biri olardı! Lakin bunu qarşısı, məmuriyyətin, ölkə hakimiyyətinin ali-məqam kürsülərini min cürə hoqqalarla mənimsəyib, Xalq sərvətlərindən bəhrənənlərin, qeyri-qanuni əməllərini, talançılıq və oğruluğunu,-anladığı, dərk etdiyi, özünə-məxsus qaydalarda ifşasına cəhdlərə görə, intiqam zəminində,- məhkəmə mantiyasında olan “qanun keşikçiləri” tərəfindən ciddi-cəhd və Allahsızcasına alındı, ona 8 il həbs cəzası kəsildi və…məxsusi telefon aparatı belə, müsadirə edildi. Yəni mənimsənilib, oğurlandı! İstintaq-məhkəmə oyunbazlığı zəminində gedən prosseslərin incəliklərinə varmadan, hesab edirik ki, Azərbaycan Respublikasında ümümxalq səviyyəsində baş tutan haqsızlıqlara, hazırkı müharibənin yaratdığı ümümvətənpərvərlik fonundan istifadə etməklə, növbəti Talış ictimai-siyasi fəalının qərəzli zəmində cəzalandırılıb-həbs edilməsinə, Talış Milli Hərəkatı və Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin İnsan Haqları komissiyası, qəti etirazını bildirir! Elvin İsayevin və digər Talış xalqının nümayəndələrinin qanunsuz həbslərinə son qoyulmasını tələb etməklə, onların təcili azadlığını, AR mövcud hökumətindən, TƏLƏB EDİRİK!

Talış Milli Hərəkatının sədri, Ələkrəm Hümmətov.
TMMR-nın Mühacir hökumətinin İnsan haqları komisiyasının Sədri, Rəhim Mirzəyev.
Category: TMH Xəbon | Views: 167 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: