00:40
Elvin Isayev azadlığa layiq olan vətənpərvər oğullardan biridir ...Azadlıq
Elvin Isayev azadlığa layiq olan vətənpərvər oğullardan biridir ...Azadlıq

Bu gün ölkədə baş verən proseslərə görə siyasi hadisələr haqqında məqalə yazmaq ürək ağrıdıcı olsada Elvin İsayevin atası Azeri Freedom tv verdiyi müsahibə məni bir daha bu məsələyə fikir bildirməyə məcbur etdi.
    İltiqam kişi Elvinin vəkillərindən razı qaldığını və onlara təşəkkürünü bildirdi. Bəs vəkillər, məhkəmə prosesində hakimdən razı qaldımı? Təbii ki, xeyr.
Vəkil tərəfindən qaldırılan üç vəsatət tutarlı, qanuni arqumentlərlə əsaslanmada məhkəmə heç bir vəsatəti təmin etməyib. Hakimin atdığı addımdan aydın olur ki, Elvin İsayev haqqında verilən qərarlar məhkəmə zalından kənarda, xüsusi tapşırıqlara əsasən verilir. Demokratiya olan yerdə qanun şah olduğu halda, Azərbaycanda şah qanun olduğunu bir daha büruzə verir.
    İltiqam kişi qeyd edir: Mən fəxr edirəm Elvin kimi oğlum var, çaş hamı Elvin kimi olaydı!  Əlimizin beş barmaqı fərqli olduğu kimi insanlarda fərqli xarakter, xüsusiyyətlərə malikdir. Elvinin çıxışları onun vətənə, millətə, Azərbaycana olan sevgisinin güzgüsüdür. Bütün var dövlətim bu vətənə fəda olsun! cümləsini deyən insan, ətrafımızda az olduğu kimi, Elvini bu duruma salan şəxslərdə çox oldu.
 Elvini işgəncə ilə o, qədər qorxudublar ki, məhkəmə prosesində üzümə bir dəfə belə olsun baxmadı deməyiniz mənə Babəkin edam olunma səhnəsini bir anlıq xatırlatdı. Babək kəsilmiş əlinin qanını üzünə sürtməklə, düşmənin onun rənginin saralmasını görməmək üçün edirdi. Zalım hakimin qarşısında hisslərə qapanmamaq üçün Elvin bu addımı atmışdır.
    Ayının min oynu bir armud üstdədir deyərlər. Hakim Elvin İsayevi Talış Muğan Muxtar Respublikasını yaratmağa cəhd etməkdə günahlandırması böyük iftira və şərdir. Talış Muğan Muxtar Respublikası 1993-cü ilin avqustunda Ələkrəm Hümmətov başda olmaqla Talış ağsaqqalları Azərbaycan Respublikası konstitusiyasına əsasən yaradılmış, parlamentə bu haqda əsasnamə göndərilmiş, bu günə qədər bu məsələyə heç bir hüquqi qiymət verilmədiyinə görə yuridik baxımdan Talış Muğan Muxtar Respublikası qüvvədədir. Bildiyiniz kimi Talış Muğan Muxtar Respublikasından öncə Azərbaycanda dağlıq Qarabağ vilayəti, Naxçıvan Muxtar Respublikası yaradılmışdır. Muxtariyyət cinayətdirsə ilk öncə dağlıq Qarabağ vilayəti, Naxçıvan Muxtar Respublikasını yaradanlar cinayyət məsuliyyətinə cəlb olunmalıdır!
    İsayev Elvinə qarşı sürülən bu iddiham məhz onun milli mənsubiyyətinin Talış olması ilə bağlıdır. Baxmayaraq ki, Elvin öz bloqer fəaliyyətində Azərbaycançılığı təbliğ edirdi. Bu kimi hadisələrdən Talış gəncliyi nümunə götürməli öz enerjisini məhz Talışın mədəniyyəti, tarixi, hüquqlarının qorunmasına sərf etməlidir!
     İntiqam Həmidov.
 
Category: SIYASƏT | Views: 143 | Added by: tmmrtalish | Tags: İntiqam Həmidov. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: