search
menu
person

NEWS AND UDATES


16:04
Ey əldən gedən vətənin, gəncləri........

Talış Muğan Muxtar Respublikasının gəncliyini, salamlayır və əzizlərim, Sizlərə müraciət edirəm: Özünə hörmət edib, vətəninə bağlı olan xalqlar anlayır ki, onların ən böyük sərvəti,- savadlı, ağıllı gənclikdir və onun yaranmasına da bütün resurslarını xərcləyir. Təəssüflər olsun ki, hazırkı məqamda, vətənimizdə, bizlər bu qayğı və diqqətdən, məhrum vəziyyətdə olduğumuzdan, az qala bütün dünyaya səpələnmişik və…bu, antimili nəticə verəcək, köç davam etməkdədir!
Nə və necə edək?
  Tarixən belə olub və belə də davam edəcək. Savadlı, ən asasi, özünə hörmətdə, cəsarət sahibi olan övladları olan xalqlar, heç vaxt, qısa müddətə belə, başqalarından imdad istəməz, əl açıb, xilas gözləməz, inanmaz ki, hansısa supergüclər, qızıl məcməydə ona arzuladıqlarını gətirib, təqdim edəcək!
   Hamı gözləyir, bəzən mən də gözləyirəm ki, kimlərsə peyda olacaq, yaşamı böyük təhlükədə olan Talış xalqının qızlarına, izah edəcək ki, onlar həm də, bir millətin gələcək anaları olmaqla, millətin yaşamının ən vacib daşıyıcısı olan DİLİNİN, özündən sonrakı nəsillərə ötürəndir! Gözləyirik ki, hansısa xeyirxah məmur, iqtidar sahibləri tapılıb, mövcud məktəblərdə Talış dilində tədrisi bərpa edəcək, kitablar yazıb, dərc etdirəcək, müəllimlər hazırlığına sərəncam verəcək və…biz də fərəhlə, sevinəcəyik! Gözləyirik ki, “böyük əbərqüdrətlər” tapılacaq, bizlərə yazığı gələcək və… milli hüquq və azadlıqlarımızı bizə məxsusi üzürxahlıqla təqdim edəcək! Gözləyirik ki, kimlərsə göstəriş verəcək, Xıdomuzla öz ana dilimizdə danışacağıq, məsçidlərdə dualarımızı dilimizdə edəcəyik! Gözləyirik ki, kimlərsə bizim üçün Futbol komandası düzəldəcək və biz…azərkeş olub, stadionlarda bağıracağıq! Gözləyirik ki, vətənimizdə normal iqtisadi, biznes, maliyə sistemini qurmaq üçün haralardansa sərəncam verən xeyixahlar peyda olacaq!... Ancaq gözləyirik və gözləyə-gözləyə də köçürük, vətəni ışğala təslim edirik!...
  Bəlkə dayanaq, birləşək, təşkilatlanaq, kollektiv düşünək, kollegial qərar verib, elliklə o qərarların icrasına məsul olanları təyin edib, icra etdirək!...
TMMR-nın gəncliyi haqlarınıza və hüquqlarınıza, ən əsası, ÖZ VƏTƏNİNİZƏ sahib çıxın, hər insanın vətəni onun evindən başladığını unutmayın!...

TMMR Mühacir hökümətinin Gənclər , İdman və Turizm naziri, İlham Babazadə.

Category: TALİSH | Views: 97 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar