/ Новости сайта / SIYASƏT / FƏXRƏDDİN ABBASOVUN (ƏBOSZODƏ) HÜQUQLARININ MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI :
01.06.2020

FƏXRƏDDİN ABBASOVUN (ƏBOSZODƏ) HÜQUQLARININ MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI :

150 0 SIYASƏT
FƏXRƏDDİN ABBASOVUN (ƏBOSZODƏ) HÜQUQLARININ MÜDAFİƏ KOMİTƏSİNİN

                                                                    BƏYANATI : 

Siyasi məhbus Fəxrəddin Abbasovun (Əbоszodə) hüquqlarının müdafiə komitəsi bəyan edir ki,  Fəxrəddin Abbasovun (Əbоszodə) Dövlət  Təhlükəsizlik Xidmətinin təcridxanasından cari ilin 12 mart tarixində Penitensiar Xidmətin Kürdəxanıdakı təcridxanasına köçürülmüşdür, amma bu köçürülmə barədə nə qohumlari, nə də ki Müdafiə komitəsi üzvləri məlumatlandırılmamiş. F.Abbasovun (Əbоszodə) qardaşı Araz Abbasov dəfələrlə zənglər etsədə, ona ya cavab verilməyib, ya da ki saxlanilma yeri barədə yanliş məlumat verilib. Yalniz 1 aprel tarixində (18 gün sonra) qardaşina F.Abbasovun (Əbоszodə) Penitensiar Xidmətin Kürdəxanıdakı təcridxanasında olması bildirilir. Özudə bu məlumati aidiyyati dövlət orqanlari yox Qırmızı Xaç nümayəndələri xəbər verir. Köçürülmə tarixindən bu günə kimi (33 gün keçib!) ailəsi onunla heç bir əlaqə qura bilmir, Penitensiar Xidmətə və Ombudsmana edilən müraciətlərə isə "araşdırırıq" kimi mücərrəd cavab verilir. 
Fəxrəddin Abbasovun (Əbоszodə) hüquqlarının müdafiə komitəsi Fəxrəddin müəllim ilə onun yaxınlarının, vəkillərinin görüşə bilməməsindən, daha doğrusu həmin görüşlərə icazə verilməməsindən, onun qanunla nəzərdə tutulmuş telefon zəngindən məhrum edilməsindən bu qənaətə gəlir ki, məhkəməsində heç bir ittihami sübuta yetirilməyən və qeyri obyektiv cəzaya (16 il) məhkum edilmiş, talış qrammatikasi uzrə olkədə yeganə tədqiqatçı, 63 yaşlı alimin sağlamlıq durumunda ciddi problemlərin yaranması üzündən  hakimiyyət yetkililəri bu problemlərin ictimailəşməməsi üçün Fəxrəddin Abbasov (Əbоszodə) ilə onun yaxınlarının və vəkillərinin görüşməsinə və hər hansı bir  telefon əlaqəsinin qurulmasına icazə vermir.
Fəxrəddin Abbasovun (Əbоszodə) hüquqlarının müdafiə komitəsi Azərbaycan və dünya ictimaiyyətinə müraciət edərək onların da bu işi öz nəzarətlərinə götürmələrini və Fəxrəddin Abbasovun (Əbоszodə) durumu ilə maraqlanmalarını xahiş edir.

Fəxrəddin Abbasovun (Əbоszodə) hüquqlarının müdafiə komitəsinin sədri Oqtay Əskərov 
15.04.2020
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: