00:25
FƏXRƏDDİN ABBASZADƏNİ xain və separatçı adlandıranlar, xahiş edirik, özünüz müqayisə edin və düzgün nəticə çıxardın.
FƏXRƏDDİN ABBASZADƏNİ xain və separatçı adlandıranlar, xahiş edirik, özünüz müqayisə edin və düzgün nəticə çıxardın.

7 ci sinif Azərbaycan tarixi kitabı Ermənistan bayrağı ilə bəzədilib, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ, Artsax dövləti kimi şagirdlərimizə təqdim olunur. Bu azmış kimi, bu ildən 1ci sinif kitablarının üz qabığı da Ermənistan bayrağı şəklində rənglənib. Bu mənəviyyatsızlığı Erməni yox, Rus yox, İngilis yox, Azərbaycanın bəzi üzdəniraq alimləri edib. O alimlər ki, Azərbaycan hökumətindən maaş alır, kitab yazmaq üçün qonorar alır. Onların təlim- tərbiyə verdiyi uşaqlar bu dövləti idarə etməli, torpaqlarımızı müdafiə etməli, indi öyrəndiklərini gələcək nəsillərə ötürməlidirlər.
FƏXRƏDDİN müəllimin günahı, Ermənistana gedib Talış dili simpoziumunda çıxış etməsi olmuşdu. O son 15 ildə, Azərbaycandan kənarda yaşayırdı, Azərbaycandan nə maaş almırdı, nə qonorar. Azərbaycana heç bir maddi və mənəvi ziyan vurmamışdı, gələcəkdə də vura bilməzdi. Cəzası 16il ciddi rejim.
Siz bilən, o, tarixi saxtalaşdıran, Ermənistanı , Artsaxı kitablarımızla təbliğ edən alimlərimizin cəzası neçə il olmalıdır?
Yoxsa həqiqətənmi FƏXRƏDDİN müəllimin xaricdəki çıxışı, şagirdlərimizə yanlış kitablar yazan alimlərin əməlindən daha təhlükəlidir ?
Son günlər Fəxrəddin Abbaszadənin səhhəti ilə bağlı, təhlükəli xəbərlər yayılır. İkinci dünya müharibəsindən sonra, dövlət siyasətinə qarşı çıxan alimləri, ziyalıları, ölkədən xaric edirdilər. Bizdə isə hər şey tərsinədir, xaricdən gətirib, dustaq edirlər.
Bir alimə, ziyalıya qarşı bu qədər sərt, qəddar olmaq olarmı? Biz bütün alimlərimizi, ziyalılarımızı Fəxrəddin müəllimin müdafiəsinə səsləyirik və onun xaricə göndərilməsini tələb edirik . Bu gün Fəxrəddin müəllimin başına gətirilən müsibətlərdən heç kəs sığortalamayıb.
Yaşasın bütöv və demokratik AZƏRBAYCAN!
24 09 2020ci il ADİ
 
 
Адоглан Исаев
Category: TMH XABAR | Views: 129 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: