/ Новости сайта / TMH XABAR / Fəxrəddin Abbasov haqqında geniş araşdırma (1)
11.07.2020

Fəxrəddin Abbasov haqqında geniş araşdırma (1)

157 0 TMH XABAR
Fəxrəddin Abbasov haqqında geniş araşdırma (1).
Fəxrəddin Abbasov.


Fəxrəddin Fərman oğlu Abbasov, Azərbaycan Respublikasının Lerik rayonu, Bilaband kəndində, 25 dekabr 1956-cı ildə anadan olmuşdur. 1973 ci ildə Lerik Rayonunun Cəngəmiran kəndinin orta məktəbini bitirib (1971 ci ilə qədər isə Lerik Rayonun Bilaband kəndində Məktəbdə oxuyub), Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1978 ci ildə bitirərək, öz doğma Bilaband kəndinə, müəllim işləməyə qayıdıb. Bir ildən sonra, Lerik rayon Komsomol komitəsində işləməyə başlayaraq, orada iki il çalışıb. 1981- ci ildə, təhsilini davam etdirmək məqsədi ilə, o vaxtın Dövlət universitetinin aspiranturasına daxil olub, 1984 ci ildə bitirərək, Fəlsəfə elmiləri doktoru elmi dərəcə dissertasiyasını müdafiə etmişdir və doğma kafedrada saxlanılaraq, universitetdə müəllimlik fəaliyyətini davam etdirərək, 10 il sərasər dərs demiş, bu müddətdə, minlərinə mütəxəssisin yetişdirilməsində zəhməti olmuşdur ki, hazırda da, həmin mütəxəssislər Azərbaycan Respublikasının ictimai, sosial, siyasi, iqtisadi həyatının iştirakçılarıdır.
Talish Huseynov adlı şəxsin şəkli.1993-cu ilin yayına qədər, faktiki olaraq, doktorluq elmi dərəcəsinin dissertasiyasını, “Həyat tərzinin mənəvi əsasları” mövzusunda yazaraq başa çatdırmış, monoqrafiya formatında dərc etmişdir. Bundan əlavə o, daha iki cilddə politoloqluya üzrə əsərlərini kitab halında dərc eləmişdir. Fəxrəddin Abbasov 1993 ci ilin iyul ayından başlayaraq 7-i avqusta qədər, bilavasitə Ələkrəm Hümmətovun xahişi əsasında Konstitusiya aktının layihəsi üzərində işləyib və 7-i avqustda TMMR Xalq məclisinin sədri seçilib. TMMR-lə əlaqədar başlayan hadisələrdən sonra, 1995 ci ildə ölkədən köç etməyə məcbur olub.
Fəxrəddin Abbasov, 11 oktyabr 2008-ci il tarixindən 27 fevral 2019-cu il tarixinədək, fasiləsiz olaraq Rusiya Federasiyasının ərazisində yaşamış, orada müstəqil analitik araşdırmaçı, jurnalist və elmi araşdırmaçı alim kimi fəaliyyət göstərmişdir. 2014-cü il fevral ayının 26-dan 2019-cu il fevralın 26-dək orada 5 illik sığınacaq hüququ və buna uyğun, müvafiq pasport qeydiyyatı olmuşdur. 2014-cu ilin iyun ayında notarial qaydada Azərbaycan Respublikasının vətəndaşlığından rəsmi imtina etsə də, bu günədək Azərbaycan hökuməti onun müraciətini cavabsız saxlamış, onu vətəndaşlıqdan məhrum etməyərək, bununla da müstəqil seçim haqqını, kobud surətdə pozulmuşdu… Bakı şəhəri, Səbail rayon məhkəməsi 14 iyul 2018-ci il tarixində, 281.2 və 283.1 maddələrinə əsasında həbsinə qərar çıxarmış və onun əsasında, Azərbaycan Respublikası Baş prokurorluğu Rusiya Federasiyası Baş Prokurorluğuna müvafiq sorğu göndərmiş və Fəxrəddin Abbasovun həbs olunmağını xahiş etmişdir. Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ibtidai ittiham edilən, Fəxrəddin Abbasov 06 sentyabr 2018-ci il tarixində könüllü surətdə, pasport qeydiyyatında olduğu Moskva vilayətinin Lyubersk rayonunun Kotelniski şəhərinin polis məntəqəsinə getmişdir. Həmin axşam, Lyubersk şəhər prokuroru Fəxrəddin Abbasovu 48 saat ərzində saxlamaq haqqında qərar qəbul etmiş, ertəsi gün isə Lyubersk rayon məhkəməsi əvvəlcə 2 , sonra isə daha 4 ay həbs etmək haqqında qərar qəbul etmişdir. Bu minvalla, 07.09.2018-ci il tarixindən 27.02.2019-cu ilədək Kolomno şəhərindəki 6 № li təcridxanada saxlanılmış. 

  
Talış Milli hərakatı.
TMMR-nın İnsan haqları komisiyası .
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [247]
TMMR XABARLAR [80]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [105]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Июнь 2020  »
ВсПнВтСрЧтПтСб
 123456
78910111213
14151617181920
21222324252627
282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0