search
menu
person

NEWS AND UDATES


19:09
Fəxrəddin Abbasov ölüm aclıği elan etdi
                              Fəxrəddin Abbasov ölüm aclıği elan etdi 

25 sentiyabr 2019-cu il tarixindən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin (DTX-nın) istintaq təcridxanasında həbsdə saxlanılan, Talış Milli Hərakatının (TMH-nın) liderlərindən biri, Fəxrəddin Abbasov aclıq aksiyasına start vermişdir. Hamı bilir ki, F.Abbasov alim, ziyalı, dilçi, publisist, araşdırmaçı-jurnalist və Talış xalqının hüquqlarını beynəlxalq miqiyasda, həbsdən öncə, fəal müdafiə edənlərdən biridir. O, Rusiya Federasiyasında, bilavasitə Azərbaycanın hakim dairələrinin birbaşa sifarişi ilə saxta ittihamlarla həbs olunaraq, sözün həqiqi mənasında, heç bir əndazaya sığmayan qaydada oğurlayaraq, Azərbaycan Respublikasına gətirilmişdir. Əvvəldən elan etdikləri ittihamların sübutunda ciddi maneələrlə üzləşdiklərindən, istintaq dövrü həbs müddətini uzatmaq xatirinə, AR-nın Cinayyət məcəlləsinin “vətənə xəyanət” maddəsini də, əlavə etdiblər.

Fəxrəddin Abbasovun ölüm aclıği elan etməsinin, aldığımız təqribi məlumatlara görə, səbəbləri aşağıdakılardır:

  1. Müstəqil və məhkum-müvəkkilin maraq və mənafeyini istntaq, ədliyə orqanları qarşısında qoruya biləcək təsisatın, vəkilliyin olmaması, vəkil müştəri münasibətlərinin konfedisiallığının pozulması;

2. Prosedur qaydaların pozulması ilə, istintaqın saxta şəkildə uzadılması;

3) Ailə üzvlərinin maddi dəstəyi ilə müqavilə imzalamış vəkilin, bilavasitə DTX istintaq sisteminin əməkdaşlarının təsirində olması ilə, onun birbaşa tapşırıqlarının icrasına ciddi maneələrin yaradılması (yuxarı instansiya məhkəmələrinə, AİHM-yə müraciətin hazırlanaraq yola salınması vəi.a.);

4. F.Abbasovun vəkili və yaxınları ilə, Ölkə qanunlarının yaratdığı imkanlar səviyyəsində görüşlərinə, DTX İstintaq idarəsi tərəfindən maneələr yaradılmaqla, qadağaların qoyulması;

5. Ölkədaxili və beynəlxalq səviyyəli Hüquq müdafiəçiləri ilə əlaqələrin yaradılmasına sərt, dövləti qadağanın yaradılması. Bu və digər tələbləri icra olunmayacağı təqdirdə aclığını davam etdirəcəyini elan edən Fəxrəddin boylimizi müdafiə edir, tələblərinin icrasını tələb edirik. Ölkə Qeyri-hökümət təşkilatının rəhbərlərinə, hüquq müdafiəçilərinə müraciət edərək bildiririk: Əgər həqiqətən Allah qanunları və Beynəlxalq səviyyələrdə nəzərdə tutulan insanlığa xidmət prinsiplərinə sadiqliyiniz varsa, faşist-millətçilik təfəkküründən uzaqsınızsa, həyatı təhlükədə olan Fəxrəddin Abbasov müdafiəsinə qalxın! Bizlər, Talış Milli Hərəkatının üzvləri olaraq, dünyanın harasında olmamızdan asılı olmayaraq, müəyyən məqamdan sonra, Fəxrəddin Abbasovun aclıq aksiyasına dəstək aclığına başlamaqla, onun irəli sürdiyü tələblərin tam və sözsüz icrasını öz həmrəyliyimizi kütləvi bildirəcəyik!

Talış Milli hərəkatının İdarə Heyəti.

Talış Mugan Muxtar Respublikasının Muhacir Hökuməti .






tolishstan.com
Category: TMH XABAR | Views: 157 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $