Salam
/ Новости сайта / TMH XABAR / Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!     Elvin İsayevə AZADLIQ!     Talış xalqına qarşı milli ayrıseçkilyə SON!
23.09.2020

Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!     Elvin İsayevə AZADLIQ!     Talış xalqına qarşı milli ayrıseçkilyə SON!

275 0 TMH XABAR
Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!
    Elvin İsayevə AZADLIQ!
    Talış xalqına qarşı milli ayrıseçkilyə SON!
                               Azərbaycan reallığı .


Ötən ilin fevral ayının sonunda Rusiyadan oğurlanaraq gətirilən F.Abbasov (Əboszodə) tam bir il DTX zindanında saxlandı. Bu müddət ərzində onun hətta AR-ı Konstitusiya haqları ilə yanaşı bütün insani haqları da kobud şəkildə pozuldu. Onun üzərində ötən ilin dekabr ayından başlanan "ədalət" məhkəməsi 14 fevral 2020-ci il tarixində gözlənilən sonluqla bitdi:- 16 il ciddi rejimli cəza.
 Diqqət edin:  "Ciddi rejimli”!
 Sonradan görəcəyik ki, hakim (keçmiş DTX zabiti) Faiq Qəniyev demə " insaflı" imiş, az-çox "vicdanlı imiş"!
 "Ədalət" məhkəməsində müttəhimin bütün hüquqlarını, ən əsası, müdafiə hüququnu kobud sürətdə pozdu!
Sonra, F.Abbasov(Əboszodə) qohumları və vəkilinə deyilmədən Kürdəxanı təcridxanasına köçürülür, burada təkadamlıq kamerada saxlanılır. Qohumları xəbər tutandan az sonra, F.Abbasov(Əboszodə) 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülür. Yenə də, nə qohumlarına, nə də vəkilinə məlumat verilmədən. 11 saylı həbsxanada o, cəza kamerasında(karsda) saxlanılır. Bəhanə COVİD-19-la bağlı karantin rejimi göstərilir. Az sonra məlum olur ki, F.Abbasov(Əboszodə) artıq Qobustan qapalı həbsxanasına köçürülüb...
 Hadisələrin bu cür gedişi göstərir ki, "dövlət sifarişçisi" hakim Faiq Qəniyevin qərarından razı qalmayıb və bu cür ssenari qurulmasına göstəriş verib...
 Məhkəmə qərarı ilə qəbul edilən cəza növünü, yalnız yeni məhkəmə qərarı ilə dəyişmək mümkündür, buna isə, əsasən məhkumun "rejim qaydalarını kobud və mütəmadi pozması"  kimi saxta məhkəmə prosesi qurmaqla etmək olardı ki, yəqin yenə heç kimsənin xəbəri olmadan ediblər!... Cəza növünün dəyişməsi barədə yeni məhkəmənin olub-olmamasından heç məhkumun özünün də məlumatı yoxdur. (Qohumları ilə telefon əlaqəsi zamanı bu barədə heç bir söz deməyib).   Cənablar, siz deyin, Kürdəxanı İstintaq təcridxanasında təkadamlıq kamerada, 11 saylı cəza müəssisəsində  "karsda" saxlanan F.Abbasov(Əboszoda) "daxili rejim qaydalarını" necə kobud şəkildə poza bilərdi?...
 Bir daha gəldiyimiz qənaətə qayıdırıq:- Fəxrəddin Abbasova(Əboszodə) qarşı yönələn təqib, təzyiq və məhkəmə qərarı sifarişlidir, özü də, DÖVLƏT sifarişi!...
  Elvin İsayevlə bağlı eyni ssenari davam etdirilir.
 E.İsayevə dövlət tərəfindən 2 vəkil ayrılır, lakin qohumlarının müqavilə imzaladıqları vəkillərə hər cür maneələrlə müttəhimlə əlaqəyə və işlə tanış olmağa yanına buraxılmır. Sonuncu müqavilə imzalamış vəkil, məhkəmə qaydasında buna nail olsa da, helə həmin günün səhəri, yenidən işə buraxılmır. Eyni qayda ilə "səhv buraxmış" müstəntiq E. İbrahimov işdən kənarlaşdırılır. Yeni müstəntiq, Nəsimi rayon məhkəməsinin qərarını "tanımır".  Nəhayət vəkil özünün və müvəkkilin hüquqlarını qismən təmin olunmasına nail olur. Lakin, bu vaxta qədər, istintaq tərəfi E.İsayevin müxtəlif təzyiqlərlə, təqsirləndirilən şəxsdən "istədiklərini aldıqlarını" zənn edirlər. Əldə etdiyimiz məlumata görə əvvəllər olduğu kimi( bir neçə dəfə Elvin İsayevdən qohumlarının tutduqları vəkillərdə imtina etməsi barədə əlyazısı ilə ərizə alıblar), indi də, E.İsayevdən Avropa məhkəməsində və xaricdə, onun hüquqlarını müdafiə edən vəkildən imtina etməsi barədə ərizəsi alınıb...
 Cənablar, yenə sizə müraciət efirik, bütün bunlar, dövlətçiliyə sığmayan vəhşilik deyilmi?...
Nəticə:- Hər iki iş siyasi xarakterlidir, sifarişçilər dövlət səlahiyyətliləridir və hər vasitə ilə, bu işlərin Avropa İnsan Haqları Məhkəməsinə çıxışlarının qarşısını almaqdır.
 Ən azından rusvay olacaqlarından əmindirlər.
 Hökumət rəsmilərinə müraciət edirik, əgər haqlısınızsa, bəs bu haqsızlıqlar, çabalar nəyə görədir?
Bütün bunlar, bir daha, bizə əminliklə deməyə əsas verir ki, Ölkə, Azərbaycan dövlətinə sahiblənmiş hazırkı hökümət tərəfindən, orta əsrlər və cəngəllik qanunları ilə idarə olunur, dövlət rəsmiləri nə dövlət qanunlarına, nə də qoşulduqları beynəlxalq qanunlara zərrə qədər də hörmət etmirlər, onları heç saya almırlar!...
F.Abbasova(Əboszodə) Azadlıq!
Elvin İsayevə Azadlıq!
Aslan Qurbanova Azadlıq!
 Mubariz Məsimova Azadlıq!
 Talış xalqına Azadlıq!
 P.S. Bütün bunlara isə "demokratik müxalifət", "azad, müstəqil QHT- lər" susur. Müstəqil "Vəkillik institutundansa" heç danışmağa dəyməz. "Demokratik müxalifət", "Azad, müstəqil QHT-lər" və onların xaricdə yaşayan "mələk cildinə" girmiş himayədarları "siyasi məhbus siyahılarını" tərtib edərkən yalnız və yalnız millətçiliyə söykənirlər, qeyri-türk millətindən olanları, aşkar iqnor edirlər. "Siyasi məhbus" mövzusunu inhisara alaraq əslində dəllallıqla məşğuldurlar.
 Budur Azərbaycan reallığı!

Talış Milli Hərəkatı.
 
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [271]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [228]
SIYASƏT [119]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Август 2020  »
ВсПнВтСрЧтПтСб
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0