Salam
/ Новости сайта / TMH XABAR / Fəxrəddin Abbasova(Əboszodə), Elvin İsayevə AZADLIQ! Talış xalqına AZADLIQ! Talış Milli Hərəkatı(TMH).
06.08.2020

Fəxrəddin Abbasova(Əboszodə), Elvin İsayevə AZADLIQ! Talış xalqına AZADLIQ! Talış Milli Hərəkatı(TMH).

206 0 TMH XABAR
Fəxrəddin Abbasova(Əboszodə), Elvin İsayevə AZADLIQ! Talış xalqına AZADLIQ! Talış Milli Hərəkatı(TMH).

Bu günkü yazımız, daha geniş auditoriyaya ünvanlandığı üçün, mətni azərbaycan türk dilində yazırıq. Talış Milli Hərəkatı dedikdə, biz, yalnız Niderland Krallığı ərazisində, rəsmən qeydiyyatdan keçmiş bir təşkilatı nəzərdə tutmuruq. TMH ümumən çox geniş məhvumdur, özünü Talış kimi tanıyan və bunu cəsarətlə dilə gətirən, özünün və xalqının milli varlığı üçün çarpışan, kənarda dayanıb bütün bu prosesləri diqqətlə izləməklə, fərdi qaydada təəssübkeşlik edən, qəlbən xalqının halına yanan, hər bir talış, Talış Milli Hərəkatının üzvüdür. Bizlərdə nöqsanlar axtaran, bizi yeri gəldi, gəlmədi tənqid edənlər də, hətta bizi təhqir edən, söyən talışları da(çox təəssuf ki, belələri de var) biz başa düşürük. Etdiklərinə baxmayaraq, biz onları da TMH-üzvləri sayırıq və onların fikirlərinə hörmətlə yanaşırıq. Onların bu cür hərəkətləri, hansı şəraitdə, hansı məcburiyyət qarşısında etdiklərini başa düşərək, anlamağa çalışırıq! Belə ki, bütölukdə onların da, Talış xalqının taleyinə biganə olmadıqları nəticəsinə gəlirik. Son yazdıqlarımıza biganə qalmayıb, öz fikirlərini bizimlə bölüşənlərin hamısına, təşəkkürümüzü bildıririk, yazılarımıza yazılan rəylərə, saytımızın ünvanına daxil olan bəzi müraciətlərə fikrmizi bildirmək istəyirik: Bildiyiniz kimi, elliklə TMH, ilk günlərdən, müxtəlif yollarla Rusiya və Ukrayna ərazisindən, faktiki olaraq oğurlanıb Azərbaycana gətirilərək, qondarma ittihamlarla həbsdə, girov saxlanılan F.Abbasov və E.İsayevin müdafiəsinə qalxmışdır. Məlumatı olmayanların nəzərinə, tarixə vararaq bəzi detalları xatırlatmaq istəyirik: F.Abbasov(Əboszodə) Bakının tələbi ilə, çox da ağır olmayan, AR-nın Cinayyət Məcəlləsinin maddələriylə, 6 sentyabr 2018-ci il tarixində, Moskva şəhərində həbs edilir, barəsində 6 ay istintaq aparılır, sonunda RF Baş prokurorluğu tərəfindən əməlində cinayət tərkibi olmadğı səbəbindən, onun Azərbaycana verilməsinə etiraz edilir və F.Abbasovum(Əboszodə) həbsdən azad edilməsi barədə qərar verilir. Elə həmin gün, naməlum adamlar tərəfindən, o, zorla Moskva Vilayət miqrasiya xidməti tərəfindən məhkəmə qarşısına çıxarılır və məhkəmədə vəkillərin iştirakı təmin edilmədən, onun RF-ından deportasya edilməsi barədə, qanunsuz qərar qəbul edilir. Bu qərarın özü də icraçılar tərəfindən kobud sürətdə pozulur və icraçılar F.Abbasovu(Əboszodəni) hava lımanına gətirərək, Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının əməkdaşlarına, əli qandallı, təhvil verirlər, baxmayaraq ki, iki dövlət sərhəddini keçmək üçün F.Abbasovun(Əboszodənin) heç bir hüquqi sənədi olmamışdır... Bakıda F.Abbasov(Əboszodə) DTX təcridxanasında saxlanmış, hüquqları daim pozulmuş, təcrid və təzyiqlərə məruz qalmışdır. Bu barədə KİV- də geniş məlumatlar yayılmışdır. "İstintaq" bitdikdən sonra, məhkəmə dövrundə də, F.Abbasov qanunsuz olaraq, DTX təcridxanasında saxlanmışdır, vəkilləri buna etiraz etsələr belə! Onun, yaxınları tərəfindən müqavilə bağlanmış hər üç vəkilınə, hədə-qorxular, təzyiqlər edilmiş, qarşılarına qanunsuz tələblər qoyulmuşdur... Məhkəmə qərarından 25 tevral 2020-ci il tarixində apelyasiya şikayəti verilmişdir. Lakin, məhkəmə qərarı qanuni qüvvəyə minməmiş, F.Abbasov( Əboszodə) cəzaçəkmə müəssisəsinə köçürülmüşdür. Barəsində ciddi rejimli cəza tətbiq edilməsinə baxmayaraq, F.Abbasov(Əboszodə) bir aydan çoxdur ki, Qobustandakı qapalı həbsxanaya köçürülmüşdür. Son nəticədə məkum olur ki, apelyasiya şikayəti vermiş vəkil Qanqa İbrahimov, müdafiə etdiyi şəxslə razılaşdırmadan, öz şikayətini geri göturmuşdur?!... Bu isə, ciddi qanun pozuntusudur. Vəkil bunu özü, yoxsa ona edilən təzyiqlər nəticəsində etmişdir, məlum deyil, bu, qalıb onun öz vicdanına. Normal vicdanlı insan, özünə, peşəsinə hörmət edən vəkil belə hərəkət etməzdi... Belə qənatə gəlmək olur ki, vəkil də ya həyati təhlukə qarşısında qalıb, ya da, xüsusi xidmət orqanlarının "xahişi" ilə belə bir addım atmaq zorunda qalmışdır!... (Ölkədəki "vəkillik institutu" var-yoxluğu barədə əvvəllər yazmışıq)... Talış əsilli digər, siyasi bloqer Elvin İsayev də Bakıdan göndərilən sorğu ilə 2019-cu ilin avqust ayının sonunda Sankt-Peterburq şəhərində həbs edilmişdir. 10 sentyabr 2019-cu il tarixində Avropa Məhkəməsi onun ektridasiya olunmasına etiraz edən qətnamə qəbul etmişdir. Həyatına təhlukə hiss edən Elvin Ukrayna ərazisinə keçmiş, bir müddət orada yaşamış, təhlukədən qurtulmaq üçün yollar axtarmışdır. Lakin, Azərbaycan Respublikasının xüsusi xidmət orqanları, çox yəqin ki, hər iki dövlətin hakim dairələrinin razılığı əsasında, onun yerini müəyyənləşdirmiş, Beynəlxalq hüquq mormalarını kobud sürətdə pozaraq, faktiki olaraq, onu oğurlayaraq, xüsusi aviareyslə Bakıya gətirmişlər... Burada Elvinə qarşı da, eynilə F.Abbasova(Əboszodə) tətbiq edilən təcrid, qanun pozuntuları ilə müşahiyyət edilən hərəkətlər icra edilir və edilməkdədir... 12 dekabr 2019-cu ildə Bakıya gətirilən E.İsayev Kürdəxanı 1 saylı təcridxanada saxlanılır. Barəsində hansı istintaq hərəkətləri aparılır, ona qarşı hansı zorakılıq hərəkətləri edilir, bu barədə nə qohumlarına, nə də ictimaiyyətə heç bir rəsmi məlumat verilmir, yüksək səviyyəli təcrid səbəbindən, yaxınları da məlumat almaq imkanlarından məhrum edilmişlər, eləcə də yaxın qohumları ilə qanuni göruşlərə qadağalar qohulub, qohumları tərəfindən tutulmuş vəkillərlə göruşlərin qarşısı hər vəhclə alınır. Hətta bir neçə cəhdən sonra, məhkəmənin rəsmi qərarı olmasına baxmayaraq, yenə vəkilin prossesdən uzaqlaşdırılması cəhdləri davam edir. Eynən F.Abbasovun(Əboszodənin) işində olduğu kimi məhkəmə protokollarından sənədlər çıxarılır, verilən vəsadətlər və şikayətlər işə əlavə edilmir. "Analoqu olmayan ölkədə" analoqu olmayan hərəkət:- qohumları tərəfindən tutulmuş vəkillər işə buraxılmır, amma dövlət "humanistlik göstərərək" Elvin İsayevə büdcə hesabına 2 vəkil ayırır! Beynəlxalq təşkilatlar yalnız bu faktdan, az qala şoka düşüblər. İndinin özündə də F.Abbasov(Əboszodə) və E.İsayevin həyatları ciddi təhlukə altındadır. F.Abbasov(Əboszodə) hipertonoyadan, ürək xəstəliklərindən əziyyət çəkir. E.İsayev insulinlə müalicə olunan yüksək kateqoriyalı diabet xəstəsidir. Hazırda Elvinin səhhətində əvvəllər olmayan əlamətlər yaranıb, o sümüklərinin ağrıdığından, dişlərinin ağzında ovulub tökülməsindən şikayətlənir. Bu hal, Elvinin qohumlarını da, bizi də çox narahat edir. Belə ki, məhkəmə və istintaq materialları həm F.Abbasovun(Əboszodənin), həm də E.İsayevin qohumlarından ciddi-cəhdlə gizlədilir. Vəkillər barədə indi də yazdıq, əvvəllərdə yazmışıq. Əldə etdiyimiz məlumatlar bizə əsas verir ki, əminlik deyək: - Hakimiyyət dairərəri F.Abbasovun(Əboszodənin) və E.İsayevin qanuni məhkəmə instansiyalarını keçib, Avropa Məhkəməsinə keçə biləcəyinin qarşısını alır. Bu da, bir daha onu sübut edir ki, onlara qarşı irəli sürülən ittihamların heç bir hüquqi əsası yoxdur, onların əməllərində heç bir cinayət tərkibi olmamışdır. Necə deyərlər, onların işləri "ağ parça üzərində qara sapla tikilmişdir." Təəssüflə qeyd etmək istəyirik ki, bəzi yoldaşlarımız onların düşdükləri belə ağır vəziyyətdə, hələ də "onların etdikləri taktiki və strateji səhvlərin" təhlilinə meyillidirlər. Bəri başdan bəyan edirik, biz F.Abbasovun(Əboszodənin) və E.İsayevin Azərbaycan Respublikası qanunları və Beynəlxalq hüquq normaları ilə təsbit olunan hüquqlarının qorunması tələbi ilə çıxış edirik. Onların "Taktiki,strateji səhvləri" tamamilə ayrı müzakirələrin mövzusudur, hərçənd ki, biz bu sahədə də onların hər hansı bir qanunsuz hərəkət etdikləri fikrini qətiyyətlə rədd edirik. Fikir, söz, vicdan azadlığı baxımından F.Abbasov(Əboszodə) və E.İsayevin hərəkətlərində heç bir cinayət tərkibi yoxdur. İndinin özündə də F.Abbasovla(Əboszodə) bütün əlaqələrin qarşısı ciddi-cəhdlə alınır, yalnız bir qohumu ilə 2-3 dəqiqəlik telefon əlaqəsindən başqa, o da nəzarət altında. Hakimiyyət dairələri COVİD-19 adlı bir şeytanla sazişə gedərək, beynəlxalq təşkilatlara da, müxtəlif bəhanələrlə, onların məhbusları ziyarət etməsinə, qadağalar tətbiq edirlər… Bütün məhkəmə qərarların onların saytlarında yerləşdirilir. Üstündən 5 ay keçməsinə baxmayaraq F.Abbasovun(Əboszodə) məhkəmə qərarı hələ də saytlarda yerləşdirilməmişdir!... Bu günlərdə nüfuzlu Beynəlxalq təşkilat, "Amnesty İnternasionale"-in Azərbaycanda F.Abbasov və E.İsayev, bütövlukdə talış fəallarına qarşı aparılan qanunsuz yanaşmalara dair, yaydığı xüsusi yazı da, bizim gəldiyimiz qənaətləri bir daha təsdiqlədi. "Amnesty İnternasinal" bir mənalı olaraq qeyd edir ki, F.Abbasov(Əboszodə) və E.İsayevin həbsləri siyasi xarater daşıyır və onların söz və vicdan azadlıqlarının məhdudlaşdırılmasına yönəlmişdir. Buna görə də onlar həbsdən, dərhal azad edilməlidirlər! İstər F.Abbasovun(Əboszodənin), istərsə də E.İsayevin həbsinə biganəliklə susmaqları ilə, hakimiyyətə dəstək olan "demokratk müxalifət", "müstəqil QHT-lər" yenə susmaqda davam etdilər. İçərilərindən daha, "cəsarətlisi", "demokrativi" kimi görunən iqbalağazadələr, rəşidmahmudovlar ortaya atılaraq, pusquda durmuş yalquzaqlar kimi, haray-həşir salaraq daxilı ictimai fikri çaşdırmağa ciddi-cəhdlər də etdilər, baxmayaraq ki, hər iki məhbusun fəaliyyət formaları, müxtəlif idi, biri şərti olaraq guya azərbaycançılığın "əleyhinə", digəri osə tam azərbaycançılıq naminə idi. Lakin onları birləşdirən yeganə amil, milli mənsubiyyətləri, hər ikisinin Talış olmasıdır! Yaşa Talış! Yaşa TMH! Yaşa Talışıstan! P.S. Bildiyimiz kimi Azərbaycan hökuməti Beynəlxalq qanunları saya almır, hətta onlara qoşulsa belə! Buna baxmayaraq, TMH, bütün yazdıqlarını, nüfuzlu Beynəlxalq təşkilatların da diqqətinə, tərcumə ilə çatdırır. P.P.S. Isət çiç votdon, ğurbinə Tolışon! Bə ıştə fərzəndon soyb beşəmon, peş bıbəmon, ya ne?!...
Sıxan şıməkuy. Redaksiya heyyət.

tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [260]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [108]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Июль 2020  »
ВсПнВтСрЧтПтСб
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0