/ Новости сайта / TMH XABAR / Fəxrəddin Abbasova( Əboszodəyə), Elvin İsayevə AZADLIQ! Azərbaycan reallığı!

Fəxrəddin Abbasova( Əboszodəyə), Elvin İsayevə AZADLIQ! Azərbaycan reallığı!

119 0 TMH XABAR
Fəxrəddin Abbasova( Əboszodəyə), Elvin İsayevə AZADLIQ! Azərbaycan reallığı!


 "Demokratiyanın atası", "Liberal dəyərlərin carçısı",- rollarına iddialı, yalnız "ümid" verən partiyanın sədri, İqbal Ağazadə deyir ki, "az qala ailə olmuşuq”. Yəni, Azərbaycan xalqları haqqında, deyir, bu gəlişi gözəl sözləri, "ümid" edir ki, "bütöv bir ailə olacağıq, yaxın illərdə"! Onun bu sözlərinin yekununa, necə "ailə olacağıqını" isə, həkim-fizioterapevt Rəşid Mahmudov "məntiqi sonluğa" yetirdi: - "Azərbaycanda klyuçavoy postlarda yalnız türklər olmalıdır. Biz bir xalqıq, türk xalqı! Ləzgi, kürd, talış, avar, bunlar hamısı ləğv olmalıdır!... " Bərəkallah!!! Çox sağ olun ki, bizi yalana çıxarmadınız! “Azərbaycan reallığı”,- belə də olmalıdır! F. Abbasovun (Əboszodənin) barəsində məhkəmə qərarından, - 25 fevral tarixində apelyasiya şikayəti verilsə də, indiyə kimi, o şikayətin icrasından bir xəbər yoxdur! Bu azmış kimi, F. Abbasov barəsində məhkəmə qərarı qanuni qüvvəyə minmədən, qanuna zidd olaraq, əvvəlcə 1 saylı Kürdəxanı istintaq təcridxanasına, sonra isə, 2 aya yaxındır ki, 11 saylı cəzaçəkmə müəssisəsinə köçürülərək, hələ də, KARSda saxlanılır! Ona yaxınları ilə görüşə icazə verilmir, telefon danışıqlarına ciddi məhdudiyyət qoyulub!... Elvin İsayev, artıq 7 aydır ki, həbsdə saxlanılır, onun valideynləri və yaxınları tərəfindən müqavilə bağlanmış vəkillə təmin olunmasına maneələr yaradılır, yaxınları ilə görüşlərinə qadağalar qoyulur!... Yaxşı... "ailəyik", azərbaycansayağı ailə! Onların hər ikisi yerli İnsan Haqları müdafiəçiləri tərəfindən siyasi məhbus siyahılarına salınmır, heç onlarla maraqlanan belə yoxdur! Budur, beynəlxalq hüquq müdafiəçiləri (Amnesty İnternasional) onlar haqda bir yazı yazdıqda, anındaca, "Azərbaycan reallığı" ortaya çıxır, cəmiyyətin faşist təfəkkürlü aparıcı qüvvələri meydana atılıb, nəinki F.Abbasovu (Əbozzodəni) və Elvin İsayevi düşmən elan edirlər, hətta, onların hüquqlarının müdafiəsinə qalxanları da, "linç etmə”yə çağırışlar edirlər!... Digəri isə, daha da irəli gedərək, bütöv xalqları tarix səhnəsindən silməyə çağırışlar edir : -"...ləğv edilməlidirlər!" İqtidar və iqtidar yetkinliləri isə, bu vaxt, Dağlıq Qarabağın erməni icmasını sülhə dəvət etməklə, dinc yanaşı yaşayışa çağırışlar edirlər, "analoqu olmayan" yüksək idarəetmə statusu vəd edirlər!... Kimi aldadırsız, cənablar, beynəlxalq ictimaiyyətinimi, DQ ermənilərinmi, ya da, azərbaycan əhalisini?... Bu, çox ucuz, uğursuz gediş deyilmi? Deyirsiz yəni, dünya ictimaiyyəti, DQ ermənilərinin "Azərbaycan reallığında" bixəbərdirlər? Siz özünüz ölkədə yaşayan qeyri-türk xalqlarına münasibətinizlə, milli-etnik qarşıdurma və milli siyasətinizlə "erməni dəyirmanına su tökmürsüzmü"? "Xalqları qaynadıb qarışdıran, bir ailəyə çevirmək istəyənlər", "Ləzgi, kürd, talış, avarları ləğv edilsin"- deyən şizofreniklər, aylarla Rusiya-Azərbaycan sərhəddində sahibsiz saxlanılan vətəndaşlarımızı görmürlərmi? Yaxud, oradakıların milli-etnik tərkibindən məlumatlıdırlar?... Sonra da, öz adınızı bizlərə, öz milli dəyərlərini qorumaq istəyənlərə qoyursuz!...

 Talış xalqının qarşı assimilyasiya siyasətinə SON! İnsanlara Azadlıq! Millətlərə Hürriyyət ! 

Talış Milli Hərəkatı.
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [247]
TMMR XABARLAR [80]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [105]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Июнь 2020  »
ВсПнВтСрЧтПтСб
 123456
78910111213
14151617181920
21222324252627
282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0