search
menu
person

NEWS AND UDATES


21:23
Fəxrəddin Abbasovun deduktiv  həbsinin məcara  təfərrüatları. 1.
                                         Fəxrəddin Abbasovun deduktiv  həbsinin məcara  təfərrüatları.

Bakı şəhər Apellisiya  məhkəməsinə, 

                                                       DTX təcridxanasında təqsirləndirilən şəxs qismində
                                                       saxlanılan, 25.12. 1956-cı il təvəllüdlü, Abbasov  
                                                       Fəxrəddin Fərman oğlu tərəfindən

                                                                                               Ə R İ Z Ə: 

                      Surəti: Müdafiəçim, vəkil Elman Osmanov cənablarına.

 Hörmətli hakim! Mən 11.10. 2008-ci il tarixindən 27.02.2019-cu ilədək, fasiləsiz olaraq Rusiya Federasiyasının  ərazisində yaşamış, orada müstəqil analitik və alim kimi fəaliyyət göstərmişəm. 2014-cü il fevral ayının 26-dan 2019-cu il fevralın 26-dək orada 5 illik oturum hüququm və ona müvafiq pasport qeydiyyatım olmuşdur. 2014-cu ilin iyun ayında notarial qaydada Azərbaycan Respublikasının vətəndaşlığından rəsmi imtina etsəm də, bu günədək Azərbaycan höküməti onu cavabsız saxlamış, məni vətəndaşlıqdan mərhum etməyərək, bununla da  müstəqil seçim haqqımı, kobud surətdə pozmuşdur.
 2018-ci ilin sentyabr ayının əvvəllərində tanışlarım vasitəsilə bilmişəm ki, Bakı şəhəri Səbail rayon məhkəməsi 14 iyul 2018-ci il tarixində uydurma ittihamlar əsasında mənim qeyri-qanuni qiyabi həbsim haqqında qərar çıxardaraq, onun əsasında, Azərbaycan Baş prokurorluğu Rusiya Federasiyası Baş Prokurorluğuna müvafiq sorğu göndərmiş və mənim həbs olunmağımı xahiş etmişdir. Mən bunu bilən kimi 06.09.2018-ci il  tarixində könüllü surətdə, pasport qeydiyyatında olduğum Moskva vilayyətinin Lyubersk rayonunun  Kotelniski şəhərinin polis məntəqəsinə gəlmişəm. Həmin axşam Lyubersk şəhər prokuroru məni 48 saat ərzində saxlamaq haqqında(qeyri-qanuni!) qərar qəbul etmiş, ertəsi gün isə Lyubersk rayon məhkəməsi məni əvvəlcə  2(iki), sonra isə daha 4(dörd) ay həbs etmək haqqında qərar qəbul etmişdir. Bu minvalla, 07.09.2018-ci il tarixindən 27.02.2019-cu ilədək Kolomno şəhərindəki 6 № li təcridxanada saxlanmışam.
  2019-cu il fevralın 27-də səhər tezdən məni “Moskva vilayyət məhkəməsi” adı ilə Lyubersk şəhər prokurorluğuna gətirdilər. Özlərini “məhkəmə pristavı” kimi təqdim edən 5-6 mülki geyimli cavan oğlanın və iki polis kapitanının müşahiyəti ilə məni arxa qapıdan prokurorluğun müşavirə zalına ötürdülər. Orada prokuror mənə Rusiya Federasiyasının Baş prokurorluğunun qətnaməsini təqdim etdi. Qətnamənin sonunda belə yazılmışdı: - “RF Baş prokurorluğu F.F. Abbasovu Azərbaycan Respublikasına təhvil verməkdən (ekstradisiya etməkdən) imtina edir və həbsdən azad edir”.
   Sonuncu cümləni oxuyandan sonra, mən sual etdim:- Bəs mənim vəkillərim niyə burada iştirak etmirlər? Xahiş edirəm, zəng edib, onları bura dəvət edin!    
 Prokuror cavabında mənə xitabən bildirdi ki, “bu adamlar indi hər şeyi sizə izah edərlər” və...çıxıb getdi. İdmançı cüssəli həmin oğlanlardan  biri mənim sol qolumdan yapışaraq, məni, az qala zorla həyətdən avtobusa mindirdilər. Nə qədər soruşsam da hara getdiyimizi, məni apardıqlarını demədilər, vəkillərimə zəng etməyi nə qədər təkid etsəm də, “hüququmuz yoxdur”, dedilər. Məni Lyubersk rayon məhkəməsinə gətirdilər. Arxa qapıdan 3-cü mərtəbəyə qaldırdılar, dəhlizin sonundakı bir otağa saldılar. Polis kapitanlarından biri mənə yaxınlaşaraq, dedi ki, Moskva vilayəti Baş polis idarəsi miqrasiya xidmətinin əməkdaşıdır və məndən izahat almalıdır. Səbəbini soruşdum, dedi ki, guya mən RF-nın miqrasiya qanunvericiliyini pozmuşam. Əlindəki kağızı mənə təqdim etdi. Orada suallar yazılmışdı. Mən həmin kağıza yazdım ki, heç bir qanunu pozmamışam, vəkillərimin iştirakı təmin olunmayıb, ona görə də, izahat verməkdən imtina edirəm. Kapitan kağızı qovluğa qoyduqda, “Vətənə qayıtmaq haqqında Şəhadətnamə(üzərində mənim foto şəkilim olmaqla)” gözümə sataşdı. Dedim ki, bu saxta sənəd səndə hardandır? Onu almaq üçün mən özüm Moskvada, AR-nın konsulluğuna müraciət edərək, dövlət rusumu ödəməklə, onu almalıyam. Mənim hələ ki, Azərbaycana qayıtmaq niyyətim yoxdur, heç bir rusum da ödəməmişəm, qapalı həbsdə saxlandığımdan bütün bu proseduralardan keçməkdən də məhrum edilmişəm və bütün bu didiklərimi çox asan yoxlamaq da olar. Kapitan isə, çox tələsik, qovluğu götürərək, bir kənara çəkildi...
  Sonra məni məhkəmə zalına dəvət etdilər. Xadunova familiyalı cavan bir hakim elan etdi ki, mən bu məhkəmə iclasını aparmalıyam. Soruşdum ki, məhkəmə nə haqda olacaq? Dedi ki, siz RF-nın miqrasiya qanunvericiliyini pozmusunuz, biz bu məsələni ayırd etməliyik. 
Bildirdim ki, Moskva Vilayyətinin Baş polis idarəsinə ərizə ilə müraciət edərək həm oturum müddətini, həm də pasport qeydiyyatının vaxtının uzadılmasını xahiş etmişəm. Bu günədək cavab verilməmişdir, deməli mən qanunu pozmamışam. Siz əgər bu iclasa mənim vəkillərimi dəvət etməsəniz, mən bu məhkəmə iclasında iştirak etməyəcəyəm.
Hakim bildirdi ki, mən sizin vəkillərinizi dəvət edə bilmərəm, dövlət müdafiəçisi ilə təmin edə bilərəm. Dedim ki, dövlət müdafiəçisi sənin təpənə dəysin, mənim 4(dörd) vəkilim var, telefon nömrələrini verirəm, dəvət edin. Zəng etmədi, saat 14-dək fasilə elan edərək, getdi.
 Əvvəl oturduğumuz otağa gəldik. Yuxarıda dediyim şəxslər məni daima müşayiət edirdi. Dedim ki, hətta ən qatı cinayətkarın da bir telefon zəngi etmək hüququ var. Niyə öz Konstitusiya və qanunlarınızı pozursunuz? Zəng edin. Etmədilər.
 Həmin gün xəstə idim, soyuq olmuşdu. Oturacaqda(skamiyada)  uzandım. Saat 14-da məni yenidən, məhkəmə zalına dəvət etdilər. Getmədim. Hakim özü həmin otağa gələrək, bildirdi ki, onda iclası burada kecirəcəyəm.
 Mən ayağa durdum ki, otağı tərk edim. Həmin cavanların  ikisi qapıda durub məni buraxmadılar. Mən onlardan birinə iki sillə çəkərək, itələdim, qapını açıb çıxmaq istəyəndə, qalanları gəlib qollarımı zor tətbiq etməklə arxaya burdular və həmin vəziyyətdə də hakim əvvəlcədən hazırladığı mətndə “qərarı” oxudu. Həmin mətndə  deyilirdi: “ Abbasov F.F. RF-nın miqrasiya qanunvericiliyini pozduğu üçün 5(beş) min rubl cərimə edilsin, sonra da 5(beş) gün ərzində nəzarət altında saxlanıldıqdan sonra, deportasiya olunsun. ”Nəhayyət, Abbasov F.F. bu qərardan 10(on) gün ərzində şikayət verə bilər.                                

Ardı daha dəhşətlidir bu yaxın vaxtda sizlərə təqdim edəcəyik .
http://www.tolishstan.com

 
Category: TALİSH | Views: 154 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar