search
menu
person

NEWS AND UDATES


15:24
FƏXRƏDDIN ABBASOVUN DEDUKTIV HƏBSININ MƏCARA TƏFƏRRÜATLARI. 2 .
           
                             FƏXRƏDDIN ABBASOVUN DEDUKTIV  HƏBSININ MƏCARA  TƏFƏRRÜATLARI. 2.


Bircə onu dedim ki, ay səfeh, heç olmazsa, yazdığında fikir ver, 5(beş) gün ərzində məni deport etməməlidirlər, sonra da yazırsan ki, 10(on) gün ərzində şikayət edə bilərəm, sənin məntiqin hanı? Heç nə deməyib, çıxıb getdi. 
 Mülki geyimli şəxslər ikinci polis kapitanı ilə birgə məni zorla həyətdə duran “cip” markalı avtomobilə oturtdular, ikinci bir maşının müşahiyəti ilə məni Şeremetyeva aeroportuna gətirdilər. 
Pasport nəzarətindən keçərkən Azərbaycanın mülki geyimində olan bir nümayəndəsi yaşıl rəngli bir kağızı yoxlayan qadına təqdim etdi (“Vətənə qayıtmaq haqqında şəhadətnaməni” aradan çıxarmışdılar!). Mən qadına dedim ki, o sənəd saxtadır, mənim elə sənədim yoxdur, bu adamlar məni oğurlayıb, Azərbaycana təhvil vermək istəyirlər! O, isə,-“nəyi saxtadır, lap normal sənəddir!”, dedi və sonra buyurdu ki, keçin! 
Təqribən gecə saat 24 radələrində, mən artıq Moskva-Bakı reysi ilə uçan təyyarənin zalında idim, iki nəfər mülki geyimli Azərbaycan nümayəndəsi mənim yanımda oturdu. Fevralın 28-də səhər radələrində, mən artıq, Azərbaycan DTX-nın təcridxanasında idim. Həmin vaxtdan keçən müddət ərzində mən bir dəfə də olsun, burada, məhkəmə qarşısında dayanmamışam! İstintaqı aparan müstəntiq məni inandırmağa çalışır ki, guya Səbail rayon məhkəməsinin həmin qiyabi çıxartdığı qərarı əsasında həbsdə saxlanılıram. Mən isə tam əminəm ki, bu günkü günədək qeyri-qanuni həbsdə saxlanılıram. Bu həm Azərbaycanın öz qanunvericiliyinə, həm də beynəlxalq norma və öhdəliklərinə  və imza atdığı insan haqlarının qorunmasına aid digər sənədlərlə daban-dabana ziddir! Nəyə görə mən buna əminəm?
 1. Səbail rayon məhkəməsinin 14.07.2018-ci il tarixli qərarı, mənim Azərbaycanda təkrar həbsim üçün, qanuni əsas ola bilməz! Çünki məhz həmin qərara əsasən. Azərbaycan tərəfinin verdiyi sorğuya müvafiq olaraq, Rusiya Baş prokurorluğunun təqdimatı əsasında, mən 07.09.2018-ci il tarixindən, cəmi 6(altı) ay müddətinə, artıq təqsirləndirilən şəxs qismində həbs altında olmuşam. Sorğuda yazılıb ki, mənim həbsim üçün lazım olan bütün faktlar və sübutlar artıq toplanmış  və bunun əsasında mənim həbsim haqqında qərar çıxarılmışdır. Həmin o faktlar və sübutlar hamılıqla Rusiya Baş prokurorluğuna təqdim olunmuş,  onlar isə öz növbəsində 6 ay ərzində onları diqqətlə araşdırıb, zəruri ekspertiziyalar keçirərək, sonda belə qərara gəlmişlər ki, mənim əməllərimdə heç bir cinayət tərkibi yoxdur, ona görə də məni Azərbaycana verməkdən imtina edərək, həbsdən azad etmişlər! Bununla da, Səbail məhkəməsinin həmin qərarı öz qanuni qüvvəsini itirmişdir! Burası da məlumdur ki, eyni məhkəmə qərarı əsasında vətəndaşı iki dəfə həbs etmək olmaz! Əgər Azərbaycan tərəfi bütün bu aşkar faktlara məhəl qoymayaraq məni təkrar həbs etmək niyyətində idisə, onda istintaq orqanları yenidən məhkəməyə müraciət edərək, məhkəmənin təzə qərar qəbul etməsinə nail olmalıydıldr. Bu günkü günədək bunların heç birisi edilməyib, yəni mən qeyri-qanuni, məhkəmə qərarı olmadan həbsdə saxlanılıram.
 2.Azərbaycan tərəfinin məlum sorğusunda, məndən başqa, daha bir şəxsin, Rusiya vətəndaşı Şabanov İsmayıl  Musarza oğlunun da qiyabi həbs olunması xahiş edilmişdir. Əlbəttə, mənim Şabanova şəxsi simpatiyamdan, ya antipatiyamdan asılı olmayaraq, mən heç kimin qeyri-qanuni həbsinə razı ola bilmərəm! Amma qeyd etməliyəm ki, Rusiya tərəfi Şabanovun əməllərində cinayət tərkibi görmədiyini əsas tutaraq, onu həbs etməkdən imtina etmişdir. Əgər Azərbaycan tərəfinin məntiqinə əsasən, fikir yürütsək, onda belə məlum olur ki, Rusiya vətəndaşı olan şəxs, Azərbaycan əleyhinə həmin “cinayyətləri” törədə və azadlıqda gəzə bilər, amma  Azərbaycan vətəndaşı bunu edə bilməz (hətta, mənim Azərbaycan vətəndaşlığında saxlanmağım, mənim istəyimin əleyhinə olsa belə!).Gülüncdür, elə deyilmi?!...
      Çünki eyni əməl Rusiyada cinayyət hesab olunmursa, o heç vaxt Azərbaycanda da cinayyət hesab olunmamalıdır!
  Bununla bağlı daha bir məsələni diqqətinizə çatdırmaq vacib bilirəm. Azərbaycan tərəfi öz sorğusunda məni I. Şabanovla “işbirliyində” saçlayaraq, bununla da, bu işə “mütəşəkkil cinayyətkar dəstə” donu geyindirməyə çalışır, madam ki, belədir, onda bəs o “mütəşəkkil dəstənin” digər üzvünü və ya üzvlərini mənimlə birlikdə istintaq etməyə çalışmır? Bunun üçün I. Şabanovun Azərbaycana verilməsinə heç bir ehtiyac yoxdur. Əgər onun həqiqətən cinayəti varsa, onun Rusiyada həbs olunsun və sizin müstəntiqlər, orada onu dindirsinlər. Niyə etmirlər? Çünki İ. Şabanov cinayyətkar deyil, deməli mən də cinayətkar deyiləm.
 3.Səbail məhkəməsi qərarına görə 4(dörd) ay həbs müddəti olduğunu və həmin müddətin həbs olunacağım gündən hesablanmalı olduğu qeyd edilir. Yuxarıda qeyd etdiyim kimi, mən 4(dörd) yox, artıq  6(altı) ay ərzində həbsdə olmuşam, həm də, heç fərqi yoxdur, Rusiyada yaxud Azərbaycanda, çünki Səbail məhkəməsinin qərarında yazılmayıb ki, həmin müddət mənim Rusiyada ya Azərbaycanda həbs olunacağım gündən hesablanmalıdır! Amma buna baxmayaraq, Səbail məhkəməsi 4 ay başa çatdıqdan sonra, öz qərarının vaxtının uzatmağı da, lazım bilməyib, niyə?  Səbəbini onun, məhkəmənin özündən soruşsanız, düşünürəm, daha doğru olar...
 4.Rusiyanın Moskva vilayyətinin Lyubersk şəhər məhkəməsi 27.02.2019-cu il tarixində qeyri-qanuni qərar çıxararaq məni guya Rusiya qanunvericiliyini pozmaqda müqəssir bilmiş, Azərbaycana deportasiyasının haqqında yeni qərar qəbul etmişdir. Nəticədə fevralın 28-də səhər radələrində DTX  əməkdaşları məni Bakı aeroportunun  binasında həbs edərək təcridxanaya gətiriblər. Bu o deməkdir ki, mənim həbsim artıq “qiyabi” yox, “əyani” olmuşdur! Bu, həm də o deməkdir ki, helə həmin gün məhkəmə qurulmalı və mənim həbsim haqqında yeni qərar qəbul olunmalı idi. Həm də, o məhkəmə mənə öz hüquqlarımı müdafiə etmə imkanı verilməli idi! Amma elə bir məhkəmə olmamış , heç bir qərar qəbul olunmamış, mən isə öz hüquqlarımı məhkəmə qarşısında müdafiə etmək hüququndan mərhum olunmuşam! Hələ burası azdır deyək, Səbail məhkəməsinin həmin üzdəniraq qərarının surəti mənə həbsimdən 38 gün keçəndən sonra təqdim olunmuşdur  ki, bununla məhkum  edilmişəm!
 Beləliklə belə bir nəticəyə gəldim ki,  Səbail rayon məhkəməsi mənim qiyabi həbsim haqqında qərar qəbul etsə də, Rusiya Baş prokurorluğu həmin qərarla mənim həbsim üçün yetərli olmadığı qənaətinə gəlmiş və təqribən 06 aydan sonra məni həbsdən azad etmişdir. Bu, o deməkdir ki, mənim hazırda DTX təcridxanasında saxlanmağım tam qeyri-qanunidir! Ona görə də hazırkı məhkəmə:
      1. Mənim həbsdən dərhal azad olunmağım;
      2. İmicimə və səhətimə və s. və i.a. dəyən zərərə görə mənə bir milyon                  (1 000 000) manat məbləğində kompensasiya ödənilməsi haqqında qərar qəbul edilməlidir. Əks-halda mən Avropa İnsan Haqları məhkəməsinə müraciət etməli olacağam!
Hörmətli hakim! Güman edirəm ki, Siz Azərbaycan Respublikası və Beynəlxalq qanunvericiliyə hörmət əlaməti olaraq, düzgün Qərar qəbul edəcək və mənim haqqımda ədaləti bərpa edəcəksiniz!

                             Hörmətlə,      imza     Abbasov F.F.

Bakı şəhəri, DTX təcridxanası,                                 08.04.2019-cu il.
​​​​​​​
Конец переписки
Введите сообщение...
Category: TALİSH | Views: 181 | Added by: tmmrtalish | Rating: 4.0/1
Total comments: 0
avatar