search
menu
person

NEWS AND UDATES


20:40
Fəxrəddin Abbasovun ekstradisiyası işi AİHM-da qaldırılacaq

Fəxrəddin Abbasovun ekstradisiyası işi AİHM-da qaldırılacaq

TolishMedia informasiya agentliyi Ermənistan İctimai radiosunun rəsmi saytında paylaşılan matbuataistinədən xəbər verir ki, Fəxrəddin Abbasov dözülməz və ləyaqətsiz şəraitlərdə saxlanılır. Müdafiə tərəfi  Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. 

Bildirilir ki, Moskvanın  rayon məhkəməsi  Talış Milli  Hərəkatının liderlərindən Fəxrəddin (Aboszadə) Abbasovun müdafiə qrupunun təqdim etdiyi  ərizəylə bağlı  qərar verib ki, daha öncə Abbasovun ekstradisiyası barədə qərar qanunsuzdur.  Bakıda  həbsdə olan Abbasova  Moskvanın qərarı nə verəcək?

 Talış Milli Hərəkatının liderlərindən, Fəxrəddin Aboszadənin  müdafiəçisi,  Rusiya və ermənilərin  vəkillər assosiasiyasının sədri, vəkil Ruben Kirakosyan bu işin bağlı müxtəlif  detallar açıqlayıb.

Bakıda fevral ayından həbsdə olan Talış Milli Hərəkatının lidərlərindən  Fəxrəddin Abbasov bilir  ki, öz müdafiəçiləri  Ruben Kirakosyanın və  Karen Nersisyanın  davamlı səyləri sayəsində onu Moskvadan Bakıya aparılmasıyla bağlı detallar aşkar olunub.  Bir neçə aydır müdafiəçilər  məhkəmədə sübut etməyə çalışıb ki, Abbasov  qanunsuz həbs edilib və  miqrasiya xidməti tərəfindən  ekstradisiya qərarı insan hüquqlarının pozulmasıyla  qəbul edilib.

Uzun məhkəmə  dinləmələrindən  sonra iddia ərizəsi təmin edildi və  qərar  müdafiəçilərin xəyrinə idi.

“Məhkəmə  dəlilləri əsas kimi qəbul etdi və  proses dayandırıldı. Birinci istansiya məhkəməsi tərəfindən  qəbul edilmiş ekstradisiya qərarı  qeyri-qanuni sayıldı. Ona müdafiəçisi  təqdim edilməyib,  irəli sürülmüş dəlillər araşdırılmayıb, məhkəmə binasında qüvvə tədbiq edilib”.

“Abbasov təxminən 6 ay həbsdədir və RF  Prakurorluğu  Abbasovun hakimiyyətə verilməsi üçün əsaslar tapmadı. Həbsxanada görüşəcəyimiz gündə, axşamda  xüsusi  xidmət orqanları oraya gədir və yalan  səbəblərlə, odur ki,  Abbasovu  həbsxanadan azadlığa buraxılması üçün müşayiət edəcəklər,  onu  Moskva rayonunun bir digər şəhərinə aparıb və miqrasiya  xidmətin  nümayəndəsinin iştirakıyla   hakimə onu şəhərdə miqrasiya qeydiyyatı olmadan səyahət edən şəxs kimi təqdim edib.  Bu də Abbasovun ölkədən çıxarılması üçün əsas verildi. Məhz o gün  vəkilləri məlumatlandırmadan  Abbasovu  həbsxanadan məhkəməyə aparan insanlar onu  hava limanıya aparıb Azərbaycanın xüsusi xidmət orqanlarına verib, onlar da  xüsusən Abbasovu Bakıya  çatdırmaq üçün Moskvaya gəlib”.

Əslində nə olub  və  Abbasovun etdiyi  cinayəti nədir?  Abbasovun vəkili Ruben  Kirakosyana əsasən, rus və azərbaycanlı hüquq-mühafizə orqanları  arasında  əldə edilmiş razılılğın nəticəsindədir ki,  Talış Milli Hərəkatının  lideri Bakıdadır.  Azəebaycan hüquq-mühafizə orqanları  Abbasovu milli , irqi  və ya dini düşmənçiliyin təşviqi və dövlətə qarşı çağırışlar etməkdə ittiham edir. Abbasov həm də Ermənistan xüsusi  xidmətləriylə əməkdaşlıqda ittiham olunur.  Arqument olaraq qeyd edilir ki, o Ermənistanda  olmuşdur.  Bakı hakimiyyətləri  Abbasov barədə  keçən ilin yayında “xatırladı” və  axtarış elan etdi. O, Azərbaycan  hüquq-mühafizə orqanlarının iddiyasıyla Moskvada ötən ilin sentyabrında həbs edildi, amma fevralın 28-də  anlaşılmaz bir şey oldu.

Vəkil Ruben Kirakosyana əsasən,  Azərbaycanın xüsusi xidmət orqanlarının  işçləri  Moskvaya gələndə  Rusiya məhkəməsi tərəfindən  ekstradisiya qərarının  qəbul ediləcəyini aydın şəkildə bilmişlər. Üstəlik,  xüsusi xidmət orqanlarının işçiləri  məhkəməyə müraciət edərək “sənədlərlə silahlandırılmışdı”, hansı da Kirakosyana əsasən,  tərəflər arasında  əvvəlcədən əldə edilmiş  razılığını sübut edir.

İndi Fəxrəddin  Abbasov  Bakı həbsxanasında çox pis şəraitlərdə saxlanılır. Vəkillər  onun maraqlarını müdafiə etməyini rədd edir, çünki  hakimiyyət tərəfindən Abbasov təhlükəsi altındadır, ictimai vəkil isə onu tam müdafiə etməyə cəsarət etmir. Abbasov dözülməz və ləyaqətsiz şəraitlərdə saxlanırır.  Müdafiə tərəfi  Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Bir aydan Azərbaycanda YUNESKO-nun Dünya İrsi Forumu keçiriləcək. Erməni vəkillər Fəxrəddin Abbasovun məsələsini bu çərçivədə də qaldıracaq.

Category: XƏBƏRLƏR | Views: 61 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $