14:30
Fəxrəddin Abbaszadənin adı Azərbaycandakı siyasi məhbusların siyahısına salınmalıdır

Fəxrəddin Abbaszadənin adı Azərbaycandakı siyasi məhbusların siyahısına salınmalıdır

Dünəndən bəri çox adam Faxrəddin Aboszoda (Abbaszadə) ilə bağlı fikrimi soruşur. Hər kəsə ayrılıqda cavab verə bilmirəm. Buna görə də fikirlərimi ümumi olaraq burada qeyd edirəm.

Abbaszadəyə qarşı cinayət işi siyasidir və heç bir hüquqi dəyəri yoxdur. O, sırf talış olduğuna və talış dilini araşdırdığına və talış dilində akademik lüğət hazırladığına görə həbsdədir.

Məhkəmə qərarının siyasi olduğunu aşağıdakı faktlar sübut edir:

1) Rusiya məhkəməsi onun ekstradisiyasını qadağan etsə də, o qanunsuz olaraq Azərbaycana təhvil verilib. Bu oğurluqdur.

2) Azərbaycana gətirilərkən heç bir məhkəmə qərarı olmadan həbsdə saxlanılıb.

3) Daha sonra isə olmayan məhkəmə qərarına istinad edilərək işi artırılıb.

İkinci və üçüncü bəndlər ona görə yerinə yetirilib ki, o qanunla Rusiyada həbsdə olmalı idi. Buna görə də Azərbaycan höküməti ona qanuni həbs qərarı versəydi, adam eyni anda 2 ölkədə caza çəkmiş kimi görünəcəkdi. Buna görə də Azərbaycan və Rusiya hakimiyyəti çox kobud şəkildə öz qanunlarına tüpürərək belə bir iş birliyinə gedib.

4) Cinayət işində Novruzəli Məmmədovun işində olan bəzi hissələr olduğu kimi, heç bir dəyişiklik edilmədən sadəcə olaraq yeni məhkəmə işinə köçürülüb.

5) Abbaszadəyə özünə vəkil tutması üçün imkanlar məhdudlaşdırılıb.

6) İstintaqda ölmüş bir şəxsin ifadə verməsi qeyd edilib. Yəqin bu da yeni bir üsuldur. Ölüləri əvvəlcə seçki, indi də məhkəmə prosesinə qoşurlar.

7) Elman Quliyevin adlı şəxsin 11 il əvvəl verdiyi ifadələr təhrif edilib.

8) Onun Avropa Məhkəməsinə müraciətlərinin qarşısı qanunsuz olaraq alınıb.

Həmçinin məhkəmənin qərarını ciddi şəkildə şübhə altına alacaq faktlar var.

1) Məhkəmə hakimi Faiq Qəniyev keçmiş MTN işçisidir. O, MTN-də işlədiyi müddətdə yerli xalqların nümayəndələrinə mədəni təbliğata görə təziqlər edib, işgəncələr verilməsində iştirakçı olub. Bu adam yerli xalqlara qarşı xüsusi qəddar mövqeyi ilə seçilib.

2) İttihamda qeyd edilib ki, Abbaszadə separatizmə çağırışlar edib.

İlk olaraq onu deyim ki, Abbaszadə Azərbaycan hökümətinin hərəkətlərinin Azərbaycanı parçalayacağını bildirib. Həmçinin o heç bir silahlı müqavimət və bu kimi çağırışlar etməyib.

Əgər söhbət talışların müstəqil dövət qurması haqqında fikirlərindən gedirsə, bu onun öz şəxsi fikridir və heç zaman qanun pozuntusu sayıla bilməz. Bir daha qeyd edirəm ki, silahlı müqavimətə və iğtişaşlara çağırış olacağı təqdirdə bu qanun pozuntusu sayıla bilər.

3) İttihamda qeyd edilib ki, o "Qarabağ" əvəzinə "Artsax" sözünü işlədib və bu qanunsuzdur.

İttihamın bu hissəsi tamamiylə absurddur və Azərbaycan hökümətinin nifrətini bir daha ifadə edir.

İlk öncə, Abbaszadə hansısa ölkənin rəsmi şəxsi deyil. Onun üstündə belə bir məsələdə heç bir hüquqi məsuliyyət yoxdur. İstənilən yeri öz şəxsi qənaətinə əsasən istədiyi kimi adlandıra bilər. Bu uzaq başı ictimai qınaqla qıanana bilər, qanun pozuntusu ola bilməz.

Digər tərəfdən Azərbaycan höküməti Qarabağ ermənilərini öz vətəndaşı sayır. Artsax adı da onların istəyidir. Bu qərarla hökümət göstərdi ki, o Qarabağ-Artsax məsələsində səmimi deyil və nifrət təbliğatı ilə məşğuldur.

Həmçinin Heydər Əliyevin baş katib olduğu dövrdə Artsax adı tarix dərsliklərində qeyd edilib.

Digər məqam isə budur ki, əgər Azərbaycan məhkəməsi bunu qanun pzountusu hesab edirsə, onda Talışa "Cənub" deyənlərin gərək hamsını həbs etsin. Yaxud da sosial şəbəkələrdə Azərbaycan adına "Bazarbaycan" deyən minlərlə şəxs var.

4) İttihamda qeyd edilib ki, Abbaszadə nifrət nitqindən istifadə edib. Millətlərə qarşı kin və nifrət yaradıb. Lakin bununla bağlı heç bir sübut göstərilməyib.

Əgərə söhbət nifrət siyasətindən gedirsə, gərək onda ən birinci İlham Əliyev özü həbs olunsun. Çünki, o, Azərbaycanda nifrət siyasətini təbliğ edən kitabları, televiziyaları və şəsləri maliyyələşdirmək üçün sərəncamlara öz imzasını atıb.

5) İttihamın digər absurd hissəində isə göstərilir ki, Abbaszadə TMMR-in qurulmasında iştirak edib.

Bu halın cinayət olmasını da qoyuram bir kənara. Əgər onun bu fəaliyyəti cinayət idisə nəyə görə Azərbaycanda yaşadığı müddətdə həbs edilməmişdi? Səhv etmirəmsə o 2012-ci ilə qədər Azərbaycanda yaşayıb. Bu fakt o talış-azərbaycanca lüğıti hazırlayandan sonra hakimiyyətin yadına düşdü?

Yekun olaraq onu deyim ki, Abbaszadənin həbsi sırf onun elmi fəaliyyəti ilə bağlıdır. O, Talış-Azərbaycanca lüğəti hazırladıqdan sonra ona qarşı təziqlər başladı. Həmçinin lüğəti Azərbaycanda nəşr etmiş şəxslər üzərində təziq olunmuşdu. Bu fakt bir daha göstərir ki, ittihamlar saxtadır və heç bir qanuni dəyəri yoxdur.

Həmçinin Novruzəli Məmmədov və Hilal Məmmədov işindən də məlumdur ki, Azərbaycan höküməti talışların ziyalı təbəqəsini məhv etməyə yönələn siyasət yeridir.

Rusiyanın ən məşhur hüquq müdafiəçisi Svetlana Qannuşkina Abbaszadənin həbsini qanunsuz adlandırıb. Həmçinin Amnesty İnternational təşkilatı onu azad etməyə çağırış edib.

Abbaszadənin adı Azərbaycandakı siyasi məhbusların siyahısına salınmalıdır. Hələlik bu qədər.

 Rahim Şaliyev

Category: TMH XABAR | Views: 191 | Added by: tmmrtalish | Tags: Rahim Şaliyev | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: