search
menu
person

NEWS AND UDATES


13:17
Fəxrəddin Əbboszodənin(Abbasovun) hüquqlarının müdafiə komitəsinin yaradılması barədə, Bəyanat:
   Bütün Beynəlxalq öhdəlik və normalara, RF-nın və AR-nın daxili əsas Qanunları və birbaşa sahə qanunlarına, bəşəri insani qaydalara zidd olaraq deportasiya olunaraq həbs edilən Fəxrəddin Əbboszodənin(Abbasovun) hüquqlarının müdafiə komitəsinin yaradılması barədə, 

                                                                                  Bəyanat:

       Son dövrlərdə, bütövlükdə Talış xalqının, eləcədə bu xalqın, dünyanın müxtəlif ölkələrinə, müxtəlif səbəblərdən səpələnmiş övladları ətrafında, qəribə, düşündürücü hadisələr baş verməkdədir və biz, AR vətəndaşları, - Namik Əliyev, İlkin Əkbərli və Rəşad Əhmədov, hazırda yaranmasına qərar verdiyimiz Fəxrəddin Əbbaszadənin(Abbasovun) müdafiə komitəsində birləşməyə qərar verməklə bildiririk ki, bütövlükdə Azərbaycan Respublikasında, bəşəri insani münasibətlər tam miqyasda deqradasiya edilmişdir. Belə ki, elə bir qorxu və saxta millətlərarası nifrət mühiti yaradılmışdır ki, ölkə üzrə bir, məxsusi qeyd edirik, bir İnsan hüquqları üzrə Qeyri hökümət təşkilatı, bütövlükdə vətəndaş cəmiyyəti, heç nəyi araşdırmadan, əğəye Fəxrəddin Əbbaszadənin(Abbasovun) müdafiəsinə qoşulmaqdan, öhdələrinə götürdükləri vəzifədən nankorcasına imtina etdilər!
       Ən acınacaqlısı isə...ölkədə vəkillərdən heç kim, öz peşə kodeksinə hörmət edərək əğəye F.Abbasovun müdaviəsinə qoşularaq müqavilə imzalamağa razılıq verməyib!
Bildirməyi özümüzə borc sayaraq, nəzərinizə çatdırırıq ki, AR müstəqilliyini elan edən gündən, qatı türkçü millətçilərə böyük meydan yaradılmış və onlar, yeri gəldi-gəlmədi Böyük Turan dövlətinin quruculuğundan, demək olar bütün qonşu dövlətlərə ərazi iddialarından, ölkəni Türkiyə dövlətinin tərkibinə salınması və digər anti-beynəlxalq normalara və ölkənin Əsas qanununa zidd çağırışlar və çıxışlar ölkə mətbuatının gündəminin əsas mövzusu kimi dövriyyədədir və indiyə qədər heç kim bu və buna bənzər çıxışlarla heç vaxt nəinki həbs edilməyib, heç adi ictimai qınağa belə, tuş gəlməyib!?...Lakin A. Fəxrəddinə münasibət tamamilə fərqli və təəccüblüdür!
   Bütün bu və bunlara bənzər digər səbəbləri nəzərə alaraq, aşağıdakı formada vəzifə bölgüsü aparmaqla, əğəye Fəxrəddin Əbbaszadənin(Abbasovun) İctimai müdafiə komitəsinin yarandığını bəyan edirik:
     Ilkin Əkbərli,  müdafiə komitəsinin sədri
     Namik Əliyev, müdafiə komitəsinin üzvü
     Rəşad Əhmədov, müdafiə komitəsinin üzvü.

Məxsusi qeyd edirik, Müdafiə komitəsinin tərkibi açıqdır və istənilən şəxs komitənin fəaliyyətinə qoşula bilər və biz birgəfəaliyyətdən ancaq məmnun qalarıq.

            Fəxrəddin Əbbaszadənin(Abbasovun) müdafiə

                                     Komitəsi.




www.tolishstan.com
Category: TALİSH | Views: 243 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 1
avatar
0 Spam
1 hamidirais • 13:32, 11.03.2019
Mənidə öz sıralarınıza qatın! Rais Həmidi.
avatar