search
menu
person

NEWS AND UDATES


10:58
FHN mayoru jurnalisti şantaj və təhdid edir – screenlər üzə çıxdı

FHN mayoru jurnalisti şantaj və təhdid edir – screenlər üzə çıxdı


Fövqəladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya 3 qat avropa çempionu, Muay Tay və Tayboksinq federasiyalarının vitse prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev AnTV.az-ın əməkdaşını şantaj və təhdid edir.

Araz Musayev

AnTV.az əməkdaşımızın şikayəti əsasında xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində çalışan A.Musayev aylardır sosial şəbəkədə fake profillərlə AnTV.az əməkdaşı Nurlan Cəfərini təhdid edərək ona qarşı psixologi təsir göstərməyə çalışır.

Bu barədə Nurlan Cəfəridən ətraflı mövqe öyrənməyə çalışdıq:

AnTV.az əməkdaşı Nurlan Cəfəri

“Məsələ bir neçə ay öncə mənim Araz Musayev haqqında yazı dərc etməyimlə başladı. Psixoloq Nərmin Şahmarzadəni məhkəməyə verən Araz Musayevin qeyri səmimiliyi haqqında sosial şəbəkədə öz fikirlərimi qeyd etdim. O yazıdan sonra əsl iç üzü ortaya çıxdığına görə Araz Musayev məni şantaj və təhdid etməyə başladı. Yazıda qeyd etmişdim: “FHN mayoru olan Araz Musayevin psixoloqla apardığı mübarizə kişiyə yaraşan formada deyil. O Nərmin Şahmarzadənin adından profillər açıb Mübariz İbrahimovu təhqir edir, daha sonra bu yazıları screen edib məhkəməyə təqdim edərək “Nərmin Şahmarzadə Mübariz İbrahimovu təhqir edib” deyərək Xətai Rayon Məhkəməsinin hakimini də, ictimaiyyəti də aldadır. Çünki prosesi yaxından izləmək və az qədər araşdırmaq kifayət edir ki, əslində Nərmin Şahmarzadənin Mübariz İbrahimovu qəhrəman hesab etmədiyini bildirdiyi amma heç bir yazı və videosunda Mübariz İbrahimovu təhqir etmədiyi üzə çıxar. Bu o deməkdir ki, Araz Musayevin “Mübariz İbrahimovu təhqir etdiyinə görə Nərmin Şahmarzadənin cəzalanmasını tələb edirik” deyib məhkəməyə müraciət etməsi və buna görə aylardı davam edən məhkəmə prosesi qurama bir böhtana görə davam edən prosesdir. Bu o deməkdir ki, əslində Mübarizi təhqir edən Nərmin Şahmarzadə yox, şəhidin adı üstündən oyun oynayan və ondan öz şəxsi məqsədləri üçün istifadə edən Araz Musayevdir. Prosesi yaxından izləmək üçün iştırak etdiyim məhkəmə proseslərində bu halın dəfələrlə şahidi oldum. Hətta məhkəmənin birində zala girəndə onun tapşırığı ilə şəklimi çəkdilər və o şəkili sosial şəbəkədə paylaşaraq məni guya zorla məhkəməyə gətirilməyim haqqında böhtan xarakterli yazı paylaşdı.

Hətta bu şəkili saytlardan birinin feyzbuk səhifəsi də paylaşdı. Mən həmin saytın rəhbərinə şikayət etdikdən sonra onlar Araz Musayevlə paylaşımlarını dərc etmək haqqında müqavilə bağladıqlarını bildirərək şəkili sildirtdi.

Bu adamın mənə qarşı apardığı kampaniyaya inad məndə onu ifşa eləmək qərarına gəldim. Dəfələrlə yazılarımda qeyd etmişəm ki, Araz Musayev Mübariz İbrahimovdan cəmiyyətin həssas olduğu məsələ olduğunu bildiyinə görə şəxsi piarı üçün istifadə edir. Təkcə məhkəmə barədə etdiyi paylaşımlara rəy yazan izləyicilərə müxtəlif vaxtlarda, müxtəlif tədbirlərdə etdiyi çıxışları nümayiş etdirir və bacardığı qədər bu durumdan maksimum istifadə eləməyə çalışır. 

    

Hətta rəylərin birinə öz şəklini atıb:

Screenlərdən də gördüyünüz kimi psixologi problemi olan Araz Musayev öz piarı üçün Mübariz İbrahimovdan kozur kimi istifadə edir. Mən bu barədə yazı dərc edəndən sonra Araz Musayev öz sosial şəbəkə hesabında mənə qarşı kampaniya apararaq haqqımda şantaj və təhdid xarakterli yazılar paylaşır, canlı yayımlar açaraq insanları mənə qarşı qaldırmağa çalışır. Çünki insanlar mənim araşdırmalarıma inansalar Araz Musayevin iç üzü ortaya çıxacaq və planı ifşa ola bilər. 

Hətta bir dəfə 2 gürcü vətəndaşının Bakıda “Keçikçi dağ Gürcüstanındır” plakatını qaldırmağını öz hesabımda paylaşıb tənqid etmişdim. Araz Musayev isə oxumağı bacarmadığı üçün paylaşımın üstündəki tənqidi anlamayıb onları təbliğ etdiyimi düşünərək canlı yayım açıb açıq aşkar bildirmişdi ki, guya onları Bakıya mən gətirmişəm, onların sponsoru mənəm. Bu ciddi böhtandır və buna görə onun başı ağrıya bilər, sadəcə olaraq o adam etdiklərinin fərqinə varmır. Daha sonra etdiyi paylaşımlarda mənim fotomla o şəkili yan-yana qoyaraq onları Bakıya gətirməyim haqqında böhtanlar yaymağa davam etmişdir:

Bundan sonra o ətrafındakı adamlara mənim haqqımda təhdid və şantaj yazmaları tapşırığını vermiş və dostlarının vasitəsilə məni döydürəcəyi ilə bilavasitə təhdid etmişdir.

  

Haqqımda sifarişlə yazdırdığı bu kimi təhdid dolu mesajlar 100lərlədir və mən o yazıları məhkəmə predmeti kimi saxlamışam. “

Jurnalist bildirir ki, Araz Musayev fake profillər açaraq ona qarşı söyüş kampaniyası aparır və o profillərin sahibi Araz Musayevin şəxsən özüdür:

“Sosial şəbəkədə elədiyim paylaşımlara fake profillər cürbəcür söyüş dolu rəylər yazılır və o profilləri şəxsən özü idarə edir. Əgər diqqətlə fikir versəz o rəylər onun öz üslübudur. Öz dilində oxuyub yazmağa çətinlik çəkdiyinə görə yazdığı sözlərin hərflərini qarışıq yazdığı üçün heç bir cümləsi düzgün formada yazılmır. Hər gün saysız hesabsız hesabımdakı paylaşımlara yazılan bu rəylərin bir neçəsini təqdim edirəm”

    

 

Jurnalist AnTV.az vasitəsilə Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərova müraciət edib:

“Hörmətli Kəmaləddin Heydərov cənabları. İşçinizə sahib çıxın. FHN zabiti niyə məni döydürmək istəsin? Məgər ölkə başçısı jurnalistlərə və insanlara azad söz, fikir azadlığı ilə bağlı təminat verməyibmi?

Konstitusiyanın söz azadlığı, ifadə azadlığı məgər bizim ölkədə təmin edilmirmi?

Mərhum Heydər Əliyevin azad söz və ifadə azadlığı fikri FHN divarlarından içəri keçmirmi?

Bu ölkədə FHN zabiti mundiri ilə insanların söz azadlığına qarşı çıxan şəxs mərhum Heydər Əliyevin və prezident İlham Əliyevin jurnalistlərin dostu olduğunu bildirdiyi haqqında fikirlərini izləməyibmi?

 

Gündüzün günorta çağı, Fövqəladə Hallar Nazirliyində iş vaxtı mənim şəkillərimi montaj edib yayan, fake profillərlə hesabımda söyüş kampaniyası aparan əməkdaşınıza dövlət orqanında iş vaxtını ona tapşırılan vəzifəni icra etməklə daha səmərəli istifadə etməsini tapşırın, bu təhdid və şantajlar davam etsə mən məsələni hüquqi yolla həll edəcəm. Elədiyi hərəkətlərinin fərqinə varmayan Araz Musayevə çatdırın ki, bu hərəkətlər cinayət tərkiblidir və buna görə mən məhkəməyə müraciət etsəm Fövqəladə Hallar Nazirliyi əməkdaşlarından birindən məhrum ola bilər…”

 

Category: XƏBƏRLƏR | Views: 52 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $