search
menu
person

NEWS AND UDATES


16:21
Gəlin təhqirdənsə, qolları çırmalayaq alternativ tədbirlər ortaya qoyaq. Ataxan Əbilov
Gəlin təhqirdənsə, qolları çırmalayaq alternativ tədbirlər ortaya qoyaq. Ataxan Əbilov 



"Salam, Eldəniz bəy, Ağsaqqalım, necəsiz ? Sizin tələbinizə reaksiya verməməmək mən tərəfdən hörmətsizlik olar. 

  Əlbəttə, Ermənistana səfər edənlər təbii ki, cəmi talışların adından danışa bilməzlər. Onlar uzaq başı öz adından və əgər hansısa təşkilati qurumları varsa, həmin qrum adından danışa bilərlər. Aydınlıq tələb etdiyiniz məsələ ilə bağlı mənim bir mənalı münasibətimin birinci arqumenti budur. Yeri gəlmişkən, mən bu mövzuda danışanda xüsusi olaraq qeyd etməyi vacib hesab edirəm ki , mən talışların adından deyil, sadəcə bir talış olaraq öz müşahidə etdiklərimi bölüşürəm. Bu da bir mənalıdır. 

  Təbii ki, mən də belə hesab edirəm ki, həm də çox aydın demək istəyirəm ki, talışın problemi onun Vətənində həll olunmalıdır. Azərbaycan həm də talışın dövlətidir və dövləti olmalıdır. Azərbaycan bir dövlət olaraq artıq 28 ildir mövcüddür. Bu 28 ildə Azərbaycan heç bir vaxt nümayiş etdirməyib ki, o, talışın da dövlətidir. Dövlət öz xalqını tanımamaq xətti götürüb. Hətta bunun demokratik camiyəsi belə talış məsələsi haqqında danışmağı, talışın hüquqsuzluğunu dilə gətirməyi özü üçün böyük qəbahət sayır. Bu mövzu tabudur. Baxmayaraq ki, biz Moldovada qaqauzların, Suriyada türkmənlərin, Çində uyqurların hüquqsuzluğunu dilə gətirməyi vətənpərvərlik hesab edirik. Ən azı belə görünür, ola bilər bir az rəngini çox tünd edirəm. Ədalətlə danışsaq Azərbaycanda çoxluğa mənsub və ortada olanlar arasında bu mövzuyla bağlı tolerant danışanların sayı çox cüzidir. Buna da sevinirik. Sizin və Qurban Məmmədovdan qeyri bu məsələyə dünyanın ümum qəbul edilmiş normaları çərçivəsində baxan 3-cü bir adamın adını çəkməyə mən çətinlik çəkirəm. Varsa, buyurun Siz çəkin, üçüncünün adını. 

  Erməninin talış sevgisində motiv mənə tam şəkildə aydındır. Bu təbbi bir şeydir. Onlar Amerika kəşf etməyiblər. Adətən düşmən tərəflər belə hərəkət edirlər. Buna şərait yaradan Azərbaycan dövlətidir. İqtidarla bağlı məsələ aydındır, onlarda heç nə gözləmirəm və yenə də ona qayıdıb bir daha demək istəyirəm ki, təmsil olduğunuz düşərgənin bu məsələyə münasibətlə bağlı yaxın perspektivdə atacağı addımlarla əlaqədar bir sənəd ortaya qoya bilərmi? Elə də çətin bir məsələ deyil, məncə... 

  Ermənistana bu dəfə iki Azərbaycan tərəfdən iki talış səfər edib. Burda da onu deyim ki, onlar hazırda artıq Azərbaycan vətəndaşı deyillər. Bu nöqtə nəzərə alınmalıdır. 

  Eyni zamanda Azərbaycan talışının Ermənistana səfər etməsi özünü intihara bərabər bir şey kimi qiymətləndirirəm. Kifayət qədər aydın və bir mənalı deyirəm: bu özünüintihardır. 

  İnsan özünü intihara gedərkən hansı mərhələlərdən keçir. Ən azı psixoloji baxımından götürsən bu çox ağır və müstəsnalıqla xarakterizə olunan bir prosesdir. Səfərdarlar məlumdur. Onlardan biri Zahirəddin İbrahimidir. Kimdir Zahirəddin İbrahimi? Bir onun tərcüməyi halına baxın. Adam ali təhsillidir, Azərbaycan Xalq Hərəkatının iştirakçısıdır, Azərbaycan dövlət müstəqilliyinin qazanması prosesində iştirak edib, hətta yerli səviyyədə məsul vəzifədə çalışıb. Bu gün Azərbaycan dövləti adamı öz ata yurduna buraxmır. Onu Azərbaycandan deport ediblər. Məlumattınız varmı bu barədə? Onu ata yurduna buraxmırlar, ağsaqqal yaşında. 70 arxası həmin yurdda uyuyur. Adam sivil mübarizənin bütün yollarına əl atıb, sonda çıxış yolunu ermənilərlə əməkdaşlıqda görüb. Bu onun seçimidir. Yəni bir növ dediyim ki, özünü intihara əl atıb. Özünüintihar edən adamı təhqir edirlərmi, Ağsaqqal? Niyə bu adam təhqir olunmalıdır ki? Buyurun tənqid edin. Qınayın. Onu inandıraq ki, nə vaxtsa Vətənimizdə də talışları insan yerinə qoyacaqlar, perspektivdə bu mütləq olacaq. İnandıraq onu və bu yoldan onu çəkindirək. Özünüintiharın pis əməl olduğunu dönə-dönə təkrarlayaq. 

  Ağsaqqal, dediklərin məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə bellədir : erməninin Talışsunaslıq konfrasıyla müqayisədə Azərbaycan cəmiyyətinin heç nə ortaya qoymadığı müqabilində, əksinə məqam tapan kimi, "tumançıq tayfalar" kimi öz xalqını xarakterizə etməyə daha çox meyilli göründüyü bir vaxtda, hansısa talışın erməninin talışşünaslıq konfransını bəyənməməsi boğazdan yuxarıdır, səmimi deyil, merkantil maraqlara xidmət edir, kiməsə xoş gəlmək motivinə köklənib. 

  Mövcud situasiyanı dəyişmək yolunda bir para addımlar atmaq vaxtı bütün dedlijnları keçir. Gəlin təhqirdənsə, qolları çırmalayaq alternativ tədbirlər ortaya qoyaq. Onda məsələ köklü həllini tapmış olacaq. Etməsək, bu hələ çox su aparacaq..."

Ataxan Əbilov
Category: SIYASƏT | Views: 79 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $