search
menu
person

NEWS AND UDATES


19:03
Gəncə məhbusu Eşqin Quliyev dünyasını dəyişdi

 

Gəncə məhbusu Eşqin Quliyev dünyasını dəyişdi

Gəncə məhbusu Eşqin Quliyev dünyasını dəyişdi

Gəncə məhbusu Eşqin Quliyev bu gün müalicə olunduğu Pentensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişdi.

Yaxınlarının vetenugrunda.az-a verdiyi xəbərə görə, o, komaya düşüb və süni nəfəs aparatına qoşulub. Lakin Hepatit C xəstəsi olan Eşqin Quliyevin qara ciyəri funksiyasını itirdiyi üçün onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə Eşqin Quliyevə 20 il həbs cəzası verilmişdi. O, 2018-ci ilin 10 iyul aksiyası ilə bağlı həbs edilmişdi. Lakin məhkəmə zamanı bəlli oldu ki, Eşqin Quliyev ümumiyyətlə, aksiyada iştirak etməyib. O, 10 iyulda bacısı qızının doğum günündə iştirak edib.

Qeyd edək ki, bu ilin iyul ayının 10-da digər Gəncə məhbusu Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Müəssisəində dünyasını dəyişdi. O, mədə xərçəngindən əziyyət çəkirdi. 

tolishstan.com

Category: XƏBƏRLƏR | Views: 61 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $