search
menu
person

NEWS AND UDATES


09:45
Gənclər Astarada tarixi və mədəni abidələrə ekskursiya ediblər
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə qalib olmuş “Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin 24.02.2019 tarixində fəal gənclərin iştirakı ilə Masallı, Lənkəran və Astara rayonlarının tarixi və mədəni abidələrinə ekskursiya təşkil olunub.
Tədbiri giriş sözü ilə “Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin rəhbəri Nemət Əliyev açıb. O, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, layihənin məqsədi haqqında ətraflı məlumat verib.
 Qeyd olunub ki, layihənin ilk mərhələsi yanvar ayında Masallı rayonunda 2 yarımgünlük təlimlərlə başlanılıb. Təlimlərdə gənclərə Masallı, Lənkəran və Astara rayonlarının  tarix və mədəniyyəti, kulinariyası, milli rəqsləri və folkloru haqqında təlimlər keçirilib.
Ekskursiya Masallı rayonunun Tarix Diyarşünaslıq Muzeyi, Yanar Dağ təbbi ərazisi, Lənkəran rayonunun Xan Evi, Həzi Aslanovun Ev Muzeyi, Dairəvi Qala, Astara rayonu üzrə isə 1806-cı ilə aid hamam, “Ulduz” filminin bəzi epizodlarının çəkildiyi Ləm (yay istirahət evi), Yanar Bulaq kimi yerləri əhatə edib. Ekskursiyada iştirakçılara xüsusi bələdçilər tərəfindən məlumatlar və onlara bələdçilik üzrə praktiki göstərişlər verilib.
Ekskursiyanın sonunda Astara rayonunda iştirakçılara sertifikat və hədiyyə olaraq layihənin adı və Gənclər Fondunun loqosunun əks olunduğu brelok hədiyyə verilib.
 
 
Asim Yusifov
Astarainfo.az
Category: TARİXİ ÇİXŞLAR VƏ MÖVZULAR | Views: 42 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar