search
menu
person

NEWS AND UDATES


23:30
GENERAL MİRQAFAR SEYİDOV ƏLİ KƏRİMLİNİ HƏDƏLƏDİ:

GENERAL MİRQAFAR SEYİDOV ƏLİ KƏRİMLİNİ HƏDƏLƏDİ:"Onun və tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı qətiyyətlə alınacaq"

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov AXCP sədri Əli Kərimlinin 19 yanvar mitinqindən sonra hakimiyyət orqanlarının, guya, qorxuya düşdükləri və buna görə də polis naryadlarını paytaxtın hər yerində səfərbər etdiyi haqda iddiasına sərt cavab verib.

Strateq.az-ın xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi “Report” İnformasiya Agentliyinin bu haqda ona ünvanlanmış suallarına cavabında deyib ki, AXCP sədrinin hakimiyyətə qarşı ultimativ dildə danışması yolverilməzdir və bundan sonra istənilən qüvvənin Bakı şəhərində sabitliyi pozmaq, kütləvi iğtişaşlarla aranı qarışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq:
“AXCP sədri və onun tərəfdarları keçirdikləri son mitinqdən sonra eyforiyaya qapılaraq və reallıq hissini itirərək xalqın adından danışmaq səlahiyyətlərini üzərlərinə götürüb hakimiyyət orqanları ilə ultimativ tonda, şantaj dili ilə danışmağa çalışırlar. Vaxtilə on aylıq hakimiyyətləri dövründə AXCP-Müsavat cütlüyünün aparıcı funksionerlərindən olan Əli Kərimlinin və digərlərinin siyasi səriştəsizliyi, təcrübəsizliyi və səbatsızlığı nəticəsində verdikləri yanlış qərarların doğurduğu fəsadların əziyyətini xalqımız bu gün də çəkir. Buna baxmayaraq, həmişə haqqdan, ədalətdən, obyektivlikdən, demokratiyadan dəm vuran, guya, insan hüquqlarının pozulmasından danışan, hamıya qanunun aliliyindən dərs keçməyə çalışan Əli Kərimli iqtidarda olarkən vətəndaşlarımızı fəlakətə düçar etdiklərinə görə özündə indiyədək mənəvi güc və cəsarət tapıb xalqdan üzr istəməyib.
Xalqımızın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyev məhz Ə.Kərimli və digərlərinin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə yaranmış xaos, anarxiya və cəzasızlıq mühitinin qarşısının alınması üçün çox böyük səylər göstərdi. Ümummilli liderin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq bərpa edildi, insan hüquq və azadlıqları etibarlı şəkildə təmin olundu.
İndi hakimiyyəti mitinqdən qorxmaqda və polisi ölkə paytaxtında, guya, mitinqçilərə qarşı səfərbər olmaqda günahlandıran Əli Kərimli və onun tərəfdarları bilməlidirlər ki, Azərbaycan dövləti, hüquq-mühafizə orqanları hər zaman öz vətəndaşının yanında olub, onun təhlükəsizliyini, əmin-amanlığını, hüquq və mənafelərini hər cür qanunsuz hərəkətlərdən qoruyub və bundan sonra da qoruyacaqdır.

Bu gün paytaxtda həyata keçirdiyimiz qabaqlayıcı-profilaktiki və əməliyyat xarakterli tədbirlərdə də əsas məqsəd günü-gündən gözəlləşən, dünyanın təhlükəsiz şəhərlərindən birinə çevrilmiş paytaxtımızın sakinlərinin həyatını, sağlamlığını, təhlükəsizliyini, əmin-amanlığını qorumaqdır. Bakı şəhərində sabitliyi pozmaq, kütləvi iğtişaşlarla aranı qarışdırmaq, polislə bilərəkdən qarşıdurma yaratmaqla öz antimilli məqsədlərini reallaşdırmaq istəyən müəyyən destruktiv qüvvələrin, o cümlədən Ə.Kərimli və onun tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Bakı polis qarnizonunun bütün şəxsi heyəti paytaxtımızda asayişin, əmin-amanlığın davamlı olması üçün digər hüquq-mühafizə orqanları ilə birlikdə bütün lazımi tədbirləri həyata keçirəcəkdir”.
General Mirqafar Seyidov Milli Şuranın yaxın günlərdə yenidən mitinq keçirmək istəyində olması ilə bağlı suala cavabında isə deyib ki, o, yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracaq: “Sonuncu mitinqlərində onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”.


Görüntünün olası içeriği: 1 kişi, şapka ve açık hava
 
Категория: XƏBƏRLƏR | Просмотров: 45 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090