19:12
Günahsız bir gəncin həyatına təhlükə var!

Günahsız bir gəncin həyatına təhlükə var!

Azad fikir ifadəsinə və ictimai fəaliyyətinə görə, şərlənərək, saxta ittihamlar əsasında uzun müddətli - 7 illik həbsxana həyatına məhkum edilmiş talış ictimai fəalı Aslan Qurbanovun həyatı “olum ya ölüm” dilemması qarşısındadır!
Həbsxanadan gələn məlumatlara görə, ağır epilepsiya (ürəkkeçmə) xəstəsi olan məhkum Aslan Qurbanov penitensiar xidmətin xəstəxanasına yerləşdirilmir, ona heç bir tibbi yardım belə, göstərilmir! Tez-tez südurğaya tutulan Aslan yalnız məhkum yoldaşlarının köməkliyi sayəsində yenidən həyata qayıdır!
Aslan Qurbanov bir vətənpərvər, ləyaqətli Azərbaycan gənci kimi, cəbhə bölgəsində hərbi xidmətini şərəflə yerinə yetirmişdir! Vətənimizin müdafiəsi naminə, Murovdağ yüksəkliyində - qarda, çovğunda, sazaqda düşmənlə üz-üzə dayanarkən, soyuqdəymədən sətəlcəm olmuş və ağır epilepsiya xəstəliyinə düçar olmuşdur! Xəstəliyinə baxmayaraq, o, sona kimi, vətənə xidməti borcunu yerinə yetirmişdir! Məhz, etdiyi şərəfli, ləyaqətli hərbi xidmətinə görə, zabit heyəti və komandanlıq tərəfindən fəxri fərmanlarla mükafatlandırılmış, eləcə də valideynlərinə dəfələrlə təşəkkür məktubları yazılmışdır!
Belə saf, ləyaqətli bir gənci milliözünüifadə kimi, fundamental hüquq və azadlıqlarını tələb etdiyinə rəğmən, şərləyib zindana salmaq böyük ədalətsizlik aksiyası, hüquqi nihilizm, zorakılıq nümunəsidir!
Aslan Qurbanovun həyatı ilə bağlı, bütün məsüliyyət 10 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin eləcə də bütövlükdə Azərbaycan hakimiyyətinin çiyinlərində qalır!
Heç bir günahı olmayan Aslan Qurbanova tez bir zamanda AZADLIQ tələb edirəm!
(c) Mehdibəy Səfərov
Bir 1 nəfər, saqqal və bunu deyən yazı "TV ATİŞ FREE DOM WOR ASLAN" şəkili ola bilər
 
Category: Sİyasət | Views: 53 | Added by: tmmrtalish | Tags: Mehdibəy Səfərov | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: