20:46
Həbs olunan tələbələrin bəyanatı dinlənilib təkliflərə baxılsın
Həbs olunan tələbələrin bəyanatı dinlənilib təkliflərə baxılsın.

Azərbaycan vətəndaşı və Talış olaraq, dəfələrlə xalqımız üçün vacib olduğunu yazdığım və minlərlə insanın xahişlər və tələblə dediyimiz, Ali məktəblərdə Talış dili ixtisasının açılması, Talış dilində müəllimlərin hazırlanması istəyimiz olub.
Çox təəssüf ki, Talışların ana dilində Ali təhsilli mütəxəssis müəllim hazırlanması üçün istəyi, və Talış xalqı üçün qanuna uyğun hər bir istəyi və tələbini çox aqressiv olaraq polis gücü ilə cinayyət bir iş kimi qarşılayırlar. Separatist adı qoşaraq Talış adından hansısa bir istəyi tələb edənlərə cinayyət işi belə açırlar.
1 fevralda Lənkəran Dövlət Universitetinin qarşısında tələbələr keçirmək istədiyi piketdə, qiymətlərə narazılıq, təhsil haqqında təklif və istəklərini səsləndirməyə yığışan zaman polislər tərəfindən imkan verilməyib. Bəyanat oxumaq cəhdinə görə 3 gənc tələbə, Lənkəran polisi tərəfindən oğurlanıb.
Talış bölgəsində, Lənkəran şəhərində yerləşən Universitetdə, Tələbələrin bir çox istəyindən biridə Talış xalqının dilinin yaşaması üçün Talışşunaslıq fakültəsi və ya ixtisası açılması haqqında da, təklif edəcəymişlər.
Bu təklifləri dinləmədən LDU rektorunun tapşırığı ilə tələbələr oradan götürülərək həbsə atılıblar.
Ana dilində təhsil istəmək, təklif etmək separatçılıqdırmı?
Utanmadan bir çox kökü Talış olan müəllimlər də, sosial şəbəkədə və orda burda vəzifəsinə görə, gözə girmək üçün tələbələrin təhsillə bağlı bir çox problemlərinə çarə olmaq əvəzinə, onları separatçılıqda gunahlandırırlar. Talışşunaslıq istəməklə separatçılara dəstək olurlar deməkdən belə çəkinmirlər.
O gənclər böyük bir Talış xalqının və dilinin yaşaması üçün öz tələbləri ilə bərabər bir istək də, Talış dili ixtisasının olmasını təklif edirdilər.
Burada qorxacaq və separatçılıq ediləcək nə iş var ki, belə sərt qarşılayırsınız?!

Qeyri-demokratik, azad söz deməyə imkan verilməyən, xüsusəndə Talış adından qorxan və nifrət edən bir cəmiyyətdə, rejimdə yaşayırıq.
Tələbələr
Orxan İsgəndərli
Samir Axundzadə
Əhməd Məmmədliyə
AZADLIQ tələb edirəm.

Hüseynov Zamin.
 
Category: Sİyasət | Views: 104 | Added by: tmmrtalish | Tags: Hüseynov Zamin. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: