search
menu
person

NEWS AND UDATES


12:48
Hakimiyyət daxilində NÜFUZ SAVAŞI BÖYÜYÜR – “İstəyirlər ki, ikinci vitse-prezident Naxçıvandan olsun”

Hakimiyyət daxilində NÜFUZ SAVAŞI BÖYÜYÜR – “İstəyirlər ki, ikinci vitse-prezident Naxçıvandan olsun”


“2016-cı ildə birinci vitse-prezident təyin olunanda, ən çox tənqid olunanlardan biri mən idim, çünki müsahibəni oxumadan hamı bir cümlədən tutub “niyə də yox” söhbətinə görə məni tənqid edirdi. Amma cümlə bundan ibarət idi ki, əgər bu təyinat hakim elitanın parçalanmasına, çalxalanmasına və yaxud da qarşıdurmasına səbəb olacaqsa, de-fakto olanın de-yure rəsmiləşdirilməsinin bir problemi yoxdur, niyə də yox, bu problem qoy şişsin. İndi görünən odur ki, o zamandan bəri bu problemlərin şişməsi baş verdi və loyallığın baha olduğu üzə çıxdı.”

Bunları iqtisadçı ekspert, Real Partiyasının rəhbərlərindən olan Natiq Cəfərli astna.biz saytı üçün yazdığı məqaləsində iddia edib.

Natiq_CəfərliNatiq Cəfərlinin sözlərinə görə, ölkədə həyata keçirilən islahatlar nətcəsində “köhnə qvardiya” hər şeyi itirmək təhlükəsi ilə üzləşdiyindən, müqavimət göstərir: “Azərbaycanda hamımız bilirik ki, hakimiyyətin, kreslonun itirilməsi, tək vəzifədən çıxarılma deyil, bütün nəsil-kök, pulun əldən alınması deməkdir. Köhnə komandanın istədiklərindən biri odur ki, legitim bir institut olsun, məsəl üçün, ikinci vitse-prezident olsun, bizim adam olsun, qanunvericiliklə səlahiyyət verilsin (Yeri gəlmişkən, birinci vitse-prezidentin də elə bir səlahiyyəti yoxdur, bir cümlə var ki, beynəlxalq danışıqlarda təmsilçilik etmək hüququ var, yəni beynəlxalq danışıqları apara bilər).

İndi bunlar istəyir ki, ikinci vitse-prezident olsun, Naxçıvandan olsun, bizim adam olsun və buna səlahiyyət verilsin və hüquq-mühafizə orqanları onların olsun”.

3koman

Ekspertin yazısından belə məlum olur ki, ölkə rəhbərliyinin islahatları dərinləşdirmək, biznes mühitini liberallaşdırmaq istiqamətində qərarları da “köhnə qvardiya”nın müqavimətilə qarşılaşıb. Məhz onlar Vergi Məcəlləsində mütərəqqi dəyişikliklərin qəbul olunmasına imkan verməyib: “Niyə belə edirlər? Mənə dedilər ki, Prezident Aparatında köhnə adlandırılan komanda belə bir tezis irəli sürüb, hətta iradlar bildiriblər ki, sizin təklifləriniz biznesi asılı vəziyyətdən çıxarır! Biznes tamamilə asılı vəziyyətə düşmür, müstəqilləşir, rahat, qanuni işləməyə başlayır. Sonra onların qabağını almaq olmaz. Onların maraq qrupları yaransa, onlara pul versə, axırı nə olacaq?

Onların arqumenti çox bəsit şəkildə bundan ibarət idi. Mən bildiyim qədər bu Natiq Əmirovun işi olub, o da Vergilər Nazirliyində uzun illər müavin olub, bu sahədə təcrübəlidir. Bildiyim qədər, mətnin üzərində o işləyib, Prezidentə də onu imzaladıblar. Açıq söhbət olub ki, sən biznesi buraxsan, ardınca heç nəyi yığıb-yığışdıra bilməyəcəksən”.

“Mən başa düşdüm ki, dava pul davasıdır, resurslara nəzarət davasıdır”, – N.Cəfərli əlavə edib.

Ekspertin iddialarına hələlik Natiq Əmirov hər hansı münasibət bildirməyib./azpolitika

Category: XƏBƏRLƏR | Views: 89 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar