Salam
/ Новости сайта / TMH XABAR / Hakimiyyət illər boyu ramizmehdiyevləri, elmarməmmədyarovları, əlihəsənovları,...
27.09.2020

Hakimiyyət illər boyu ramizmehdiyevləri, elmarməmmədyarovları, əlihəsənovları,...

98 0 TMH XABAR
Hakimiyyət illər boyu ramizmehdiyevləri, elmarməmmədyarovları, əlihəsənovları,...


Fəxrəddin Abbasova AZADLIQ!!!
Elvin İsayevə AZADLIQ!!!
Aslan Qurbanova AZADLIQ!!!
Mubariz Mənsimova AZADLIQ!!!
 Azərbaycan reallığı.

Azərbaycan Respublikasında hakimiyyət dairələri  böyük çaba içindədir. Müstəqillik qazanıldıqdan sonra ötən 29 il sübut etdi ki, ölkədə özünü "titul millət" elan etmiş bu qövm sivil, demokratik dövlət qurmağa qadir deyil! Hakimiyyəti qəsb edənlər, məmur postlarına yiyələnələr  tayfa-klan maraqlarından uzağa gedə bilmir, şəxsi maraqlarını dövlətçilik maraqlarından üstün tutaraq, dövlət resurslarından istifadə edərək yalnız şəxsi sərvətlərini artırmaqda bir-biriləri ilə sanki yarışa çıxırlar.
İndiki hakimiyyətin dövlətin ən mühüm postlarını tutmuş yüksək çinli məmurlarının vaxtaşırı "ayaqlarının büdrəməsinin" şahidi olmuşuq. Belə hallarda elə həmin hakimiyyətin bütün informasiya vasitələri, hələ "ayaqları büdrəməmiş" məmurları birincinin xoşuna gəlmək üçün "yıxılanlar" baltalamaq üçün sanki növbəyə dayanırlar!
Hamı, elə Birincinin özü də xalqa "yıxılanların" dövlətə xəyanətindən ağız dolusu danışır, onların sərvətlərinin uzun siyahısını tirajlayaraq timsah göz yaşlarını axıdırlar, guya bizlər xalqın malını mənimsəyənlərlə ciddi mübarizə aparırıq. Çox gülməlidir, guya həmin adamları həmin postlara ucqar dağ rayonunun "üstüaçıq" kəndində yaşayan Xeybər kişi təyin etmişdir! 
Hakimiyyət illər boyu ramizmehdiyevləri, elmarməmmədyarovları, əlihəsənovları,...(bunlar hələ "iri buynuzlulardır", "xırda buyuzlu" məmurları heç sadalamağa dəyməz) ifşa etməklə əslində özünün korrupsiyaya bulaşmış mahiyyətini ifşa edir!
Məgər Fəxrəddin Abbasov(Əboszodə), Elvin İsayev və digər siyasi məhbuslar illər öncə həmin eyibləri xalqa çatdırmaqla cinayətmi edirdilər? 
Bütün dünya Azərbaycanda baş verən korrupsiyadan, hakimiyyətin özbaşınalığından, insan haqlarının kobud sürətdə pozmasından, qanunlara sayğısızlıqlarından danışır, yalnız sonda hakimiyyət yetgililəri bunlardan "xəbər tutur", ən yüksək dövlət mükafatları ilə təltif etdiklərini bir anda dövlətə xəyanətdə ittiham edirlər! 
Təkrar edirik, gülməlisi budur ki, baş verənlərdə özləri məsuliyyət daşımalı olduqları halda, bütün baş verənləri korrupsiya ilə mübarizə kimi, dövlət təhlukəsizliyini qorumaq kimi xalqa sırıyırlar!
Budur əsil Azərbaycan reallığı!
     Redaksiya heyəti
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [274]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [228]
SIYASƏT [119]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Сентябрь 2020  »
ВсПнВтСрЧтПтСб
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0