18:32
Əhalinin əksər hissəsi övladlarının öz ana dilində təhsil almasından yana olmağına baxmayaraq !!!
Əhalinin əksər hissəsi övladlarının öz ana dilində təhsil almasından yana olmağına baxmayaraq !!!



Masallı rayonu Talış bölgəsinin mərkəz rayonlarından biridir, əhalisinin sayı isə 200 mindən çoxdur. Masallı.edu.gov.az saytında 98 məktəbin olduğu göstərilir. 2005-ci ilə kimi bu məktəblərin, Viləş çayının sağ sahilində olan kəndlərində Talış dilində 4-cü sinifə qədər Talış dilində dərslər qismən də olsa keçirilirdi. Dərd vəsaitləri isə 1998-ci illərdə çap olunan kitablar olmuşdur. Talış dili dərslərini isə sırf Talış dili müəllimləri olmadığı üçün, Talış dilini bilən müəllimlər tədris edirdi. Bəzən bu dərslər bədən tərbiyəsi dərsləri ilə əvəz olunur, bəzən isə axırıncı dərslərə salındığı üçün şagirdlər evlərinə buraxılırdı. Həmən vaxtı təhsil alan şagirdlərin sözlərinə görə bəzən dərslərin boş keçməsini şəxsən direktorlar müəllimlərə söyləyir, bəzən isə müəllimlər özü bir başa uşaqları dərsdən yayındırırmış.
 Hal hazırda Masallı məktəblərində Talış dili dərsi qəti olaraq tədris olunmur və bəzi məktəblərdə heç dərs cədvəllərində belə qeyd olunmur. Talış dili dərs vəsaitləri isə nə məktəbin kitabxanalarında var, nə də ki uşaqların çantasında. Masallı təhsil şöbəsinin müdiri olan, Masallının Şıxlar kənd sakini Tariyel Əkbərov isə Talış dili fənninin keçirilməsi üzrə heç bir fəaliyyəti yoxdur. Və bu işdə heç maraqlıda deyil, adının qeyd olunmasını istəməyən Babaser kənd məktəbinin bir müəlliməsi bu barədə Tariyel Əkbərova bir dəfə müraciətindən sonra, məktəbdə dərs saatlarının minimuma endirilməsindən və bu barədə bir daha söhbət açılmaması barəsində qəti tənbeh olunduğunu bizə bildirdi. Əhalinin əksər hissəsi övladlarının öz ana dilində təhsil almasından yana olmağına baxmayaraq hələ də nə Azərbaycan dövləti, nə də rayon təhsil şöbəsi bu işdə maraqlı deyil. Talış Mühacir hökuməti olaraq Azərbaycan Respublikası Təhsil nazirliyindən bu barədə ciddi ölçü götürülməsini və Talış regionunda "Talış dili " fəndinin tədris olunmasını tələb edir, əks halda Avropa Şurasına müraciət edəcəyimizi bildiririk.
 
Hörmətlə Talış mühacir hökumətinin təhsil naziri :
 Babək Mustafayev
Category: TMH Xəbon | Views: 90 | Added by: tmmrtalish | Tags: Hörmətlə Talış mühacir hökumətinin | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: