search
menu
person

NEWS AND UDATES


10:18
Hansı zalim de sənin qətlivə fərman eylədi? Yoxluğun dağ çəkərək, bağrımızı qan eylədi

 
Hansı zalim de sənin qətlivə fərman eylədi?
Yoxluğun dağ çəkərək, bağrımızı qan eylədi.


Rəbbidən qoy lənət olsun ol kimə, kimsələrə
Yetmiş yaşlı alimi çün əhli- zindan eylədi.

Niyyətin saf, amalın pak, məqsədin aydınikən
Bişərəflər yığnağı hərçənd ki, böhtan eylədi. 

Görübən haqsızlığı, seyr eyləyən bizdən deyil,
Özünü şahi- şəhidan necə qurban eylədi!?

Kərbəladəndir alan qidasini NovruzƏli
Şərbəti- şəhadətlə dərdinə dərman eylədi.

Yoldaşi yad- qürbət eldə, növcəvanları nakam
Öyləcə Yezid, Huseyn tifağnı viran eylədi.

Sal nəzər Ərçivanə, faciyəni gözünlə gör,
Dərddən göylər ah çəkib, buludlar leysan eylədi.

Ta əbədi haqq yaşar, haqla yaşar Novruzəli,
Nahağa öz ölümüylə böyük usyan eylədi.

"Ey bihəya, Talışam, bunca mənə zülm etdiniz"-
Ta son məqamında da, o Haqqı e'lan eylədi.

Mirfəyaz Novruzəli məktəbinin şagirdidir,
Ta tutunca dili söz, o Haqqı bəyan eylədi.  

12.12.2014
Ərçon _ Ostoro
Mirfayaz  Likməkani .

tolishstan.com
Category: TOLIŞİ POEZİYA . | Views: 74 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $