/ Новости сайта / TMH XABAR / Hüquqşunas Ataxan Abilov : Əliyev-Paşinyan debatı haqqında
31.03.2020

Hüquqşunas Ataxan Abilov : Əliyev-Paşinyan debatı haqqında

90 0 TMH XABAR

Hüquqşunas Ataxan Abilov : Əliyev-Paşinyan debatı haqqında .

Ataxan Abilov  ⇒ facebook


 

Debatda İlham Əliyev üstün pozisiyada idi. Bu şəxsi bacarıq və dimlomatiya sənətindən öncə müasir beynəlxlaq hüququn Dağlıq Qarabağ konfliktinə münasibətdə tam şəkildə Azərbaycanın tərəfində olmasıya bağlı idi.

Necə?

Birinci məqam. Münaqişə ilə bağlı beynəlxlaq hüququn tətbiq ediləcəyi iki əsas prisipinin (ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi) kolliziyasını beynəlxlaq hüququn özü birincinin - ərazi bütövlüyünün xeyrinə həll edib. Bu Helsinki Yekün Aktında və BMT-nin Beynəlxlaq hüququn prinsipləri haqqında Bəyannamə kimi əsas sənədlərdə keçir. Onu da deyim ki, erməni tərəfinin beynəlxlaq hüquqda az-çox söykənəcəyi məqam millətlərin öz müqəddəratını təyin etməsilə bağlıdır. Beynəlxlaq hüquq da aydın şəkildə deyir ki, həll edə bilər, amma ərazi bütövlüyü çərçivəsində.

İkinci məqam. Beynəlxlaq hüququn üstünə ən çox və birbaşa getdiyi məsələ təcavüzkarlıqdır. BMT-nin əsas məqsədi dünyada sülhün və təhlükəsizliyin təminatıdır. Təzavüzkarlıq belə məqsədi kəsən əməldir. Azərbaycan təcavüzə məruz qalıb, torpaqları işğal altındadır. Bu situasiya illərdir davam edir. İkinci dünya müharibədən sonrakı Avropa məkanında qeyri-adi presedent yaranıb. Avropa Şurasının üzvü digərinin ərazisini işğalda saxlayır. Azərbaycan işğala münasibətdə özünü "tolerant" aparır, münaqişəni sülh ilə yoluna qoyma öhdəliyi götürüb. Halbuki BMT Nizmanaməsi ilə işğaldan qorunma, özünümüdafiə onun haqqıdır. Azərbaycan bu haqqını dondurub, ondan istifadə etmir.

Üçüncü məqam. Etnik təmizləmə. İşğal var, işğal var. İşğalda olan Azərbaycan ərazisi həm də əhali təmizlənməsinə məruz qalıb. İşğalçılar bu ərazidə işğala məruz qalan tərəfə mənsub qocaya, qadına, uşağa rəhm etməyiblər, bütün əhali süpürülüb, ya məhv edilib, ya da qovulub işğal ərazidən çıxarılıb. Bu da beynəlxlaq hüquqda ən ağır cinayət hesab edilir.

Növbəti, dördüncü məqam Qarabağ konflikti ilə qəbul edilən beynəlxlaq sənədlərin hamısının Azərbaycanın xeyrinə olması və onların heç birinin indiyə kimi yerinə yetirilməməsi və kağız üzərində qalmasıyla bağlıdır.

Dağlıq Qarabağ konfliktin müzakirəsində yalnız sadalanan pozuntuları dilə gətirmək kifayətedici mənzərə yaradır. Onları dilə gətirmək o qədər də böyük şücaət hesab edilməməlidir.

Amma bu növ debatlarda İlham Əliyevin xeyrinə olmayan xeyli məqamlar da var. Hakimiyyətə demokratik yolla gələn birisinin qabağında dörd dəfə ard-arda özünü prezident elan edən, ölkəsində mütləqiyyət (bütün hakimiyyətin bir əldə cəmləşməsi) rejimi yaradan, Azərbaycanda insan hüquqların, xüsusən, seçki, ifadə, vicdan, birləşmək hüququnun məhdudlaşdırılmasına birbaşa cavabdeh olan, siyasi məhbus problemi ilə üzülüşə bilməyən birisi oturmuşdu.

İlham Əliyev müasir Azərbaycanın buraxılmış imkanların müəllifidir. O, rəhbərliyi dövründə ölkədə nəinki hüquqi dövlət və azad vətəndaş çəmiyyət quruculuğu üçün, həmçinin Dağlıq Qarabağ müaqişənin yoluna qoyulması üçün heç bir şey etmədi. Ən azı bir nümunə yaradıla bilərdi. Məsələn, Avropa standartları əsasında ölkədə azlıqda qalan və kompakt yaşayan xalqa özünü-idarə hüququ verməklə bir presedent yaratmaq olardı. Bu proses hətta YAP partnomenklaturasının patronajlığı altında həyata keçirilə bilərdi. Belə presedenti dünyaya təqdim etməklə Dağlıq Qarabağ ermənisinin Azərbaycanda yaşaya bilməsi nümunəsi ortaya qoyula bilinərdi. Və bu da heç şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsini bir dəfəlik olaraq müzakirə predmeti kimi aradan çıxarardı...

İndi də gec deyil..

Ataxan Abilov

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: