20:04
“İcazəli cəsarət” peyvəndi və irançılığla məzhəbçiliyi səf salanlar
“İcazəli cəsarət” peyvəndi və irançılığla məzhəbçiliyi səf salanlar.



Oktyabrın 15-də Bakı vaxtı ilə saat 23:00-da “CASPİ1 TV” youtube kanalında “İran – talış münasibətləri” mövzusunda debat təşkil olundu, amma debatda iştirak etməli tərəflərdən biri olan “Umar Ali” FB-profili ilə çıxış edən Elvin İrşadov son saatlarda debatda iştirak etməkdən boyun qaçırdı. Onu “Tolışon sədo” qəzetinin baş redaktoru, hörmətli ziyalımız Rafiq Cəlilov əvəz etdi. Verilişi bu link vasitəsi ilə izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=Fk9FYI8nAVg&t=183s Oxuculara tam aydın olsun deyə baş verənləri bir-bir anladaq:

1. 13 oktyabr tarixində Elvin İrşadov öz facebook səhifəsində İranın paytaxtı Tehranda talış fəallarının toplantısı ilə bağlı status yerləşdirir. Statusda həqiqətə uyğun olmayan, hətta absurd məqamlar gözə çarpdığından bunlarla bağlı dəqiqləşdirici suallarım oldu və nədənsə bu adi suallar müəllifi hiddətləndirdi. Sonrakı şəxsi araşdırmam nəticəsində məlum oldu ki, Elvin məlumatı elektron tərcüməçi vasitəsi ilə fars dilindən Azərbaycan dilinə tərcümə etmiş, savadsızlığı və məntiqi düçüncəyə malik olmaması üzündən tərcüməni olduğu kimi səhifəsinə yerləşdirmişdir. Məsələn, yazıda “Talışın Gilana birləşdirilməsi” kimi absurd bir ifadə işlədilir. Bu ona görə absurddur ki, Gilan ostanının qərbi və şimalı zatən Talışdır. Əslində isə mətndə Gilan ostanının köhnə adı olan “Gilan və Təvaleş”in bərpasından söz gedir. Yaxud, toplantıda “1400 nəfər talış fəalının iştirakı” ifadəsi böyük şübhə doğururdu. Bu barədə sualım Elvin İrşadovu bir az düşündürsə də, məsuliyyətsizliyi ucbatından düzgün tərcümə etmək əvəzinə sadəcə “1400 ildən artıq Tehranda məskunlaşmış talışlar” yazaraq statusun mətnini dəyişdirdi. Halbuki, 1400 il öncə Tehran şəhəri ümümiyyətlə mövcüd olmayıb. Deməmişkən, özünü oxucularına guya İranpərəst və az qala din xadimi kimi təqdim etməyə çalışan saxta “Umar Əli” İranda hicri-şəmsi təqviminin istifadəsini və bu təqvimə əsasən 1400-cü ilin olmasını unutmuş ya da zavallı ümümiyyətlə, bundan bixəbər imiş. Ümümən isə statuslarda yerləşdirilən məlumatlara bu cür məsuliyyətsiz yanaşma oxuculara qarşı hörmətsizlik əlamətidir.

2. Debatdan boyun qaçırmazdan öncə Elvin İrşadov debata hazırlaşmaq əvəzinə sosial şəbəkələrdə statuslar yazaraq, whatsapp-qruplarda isə səsli mesajlar yerləşdirərək məni dəfələrlə təhdid və təhqir etdi. Bu hərəkətlərin məqsədi məni özumdən çıxararaqaq onu təhqir etmək həddinə çatdırmaq və aranin qarışması  nəticəsində debatın baş tutmaması idi. İkinci səbəb isə “informasiya blefi” idi ki, bu da mənim debatdan imtina etməyimə istiqamətlənmişdi. Eyni zamanda bu şəxs(-iyyətsiz) hörmət etdiyim ağsaqqalları narahat edərək məndən debatdan imtina etməyimlə əlaqədar xahiş edirmiş. Bu saxta “blogeri” heç vaxt təhdid və təhqir etmədiyim halda ünvanıma bu cür ucuz fənlərdən istifadə etməsi şantaja meylli bu insanın mənəvi və əxlaqi cılızlığının və ciddi psixoloji problemlərinin sübütundan başqa bir şey deyildi.

3. Veriliş zamanı bir yaxın dostumun xahişini nəzərə alaraq Elvin İrşadovla olan insident barədə iki-üç cümlədən artıq danışmadım və “İran-talış münasibətləri” mövzusuna keçdim. Amma bu xoş niyyətli hərəkətimi qiymətləndirmək qabiliyyətinə malik olmayan Elvin ötən günlər ərzində mənə qarşı bir cox təhqiramiz statuslar yazdı və bu hərəkətində sanki davadan qorxaraq qaçan və uzaqdan daş atıb təhqirlər söyləyən dəcəl və tərbiyəsiz uşağı xatırladı.

4. Elvin İrşadovun debatdan boyun qaçırmasını öz təhlükəsizliyi ilə əlaqələndirdi, amma sual yaranır: “Sənin FB-səhifəndə öz adınla yerləşdirdiyin informasiyaya görə sənə problem yaranmadığı halda, eyni məlumatı debatda səsləndirməyin nədən problemə səbəb olmalı idi?”. Məntiqsizlik göz önündədir. O ki qaldı bu qeyri-adekvat insanın “cəsarətli” statuslarına, çox guman bu gənc Lənkəranda 15 sutkalıq həbs cəzasını çəkərkən ona “icazəli cəsarət” peyvəndi vurulmuşdu ki, bu şoğərib korona peyvəndindən də pisdir və əgər koronadan ya ölür, ya da sağ qalırsansa, bu peyvənddən sonra isə nə normal yaşaya, nə də normal ölə bilirsən. Müşahidələrimə əsasən bu “icazəli cəsarət”i qəbul edənlər bir qayda olaraq şəxsi cəsarət müstəvisində kasadlıq çəkənlər və eyni zamanda əqli, savad baxımından onlara uyğun olmayan ambisiya sahibləridir ki, bu halın davamı mütləq meqalomaniya xəstəliyinə gətirib çıxarır.

5. Sivil cəmiyyətlərdə yersiz olaraq insanın dini baxışları barədə soruşmaq ədəbsizlik sayılır, bu baxışları lağa qoymaq isə tərbiyəsizliyin ali pillələrindən olaraq dini dözümsüzlük zəminində cinayət məsuliyyəti ilə sonuclana bilər. Elvin İrşadov (və onun Rusiyadakı havadarları) verilişdə mənin İran talışları ilə bağlı gətirdiyim faktları təkzib etmək əvəzinə şəxsiyyətimi ictimai müzakirəyə çıxarır və heç bir kompromat əldə edə bilmədiyi halda dini inancımı, daha dəqiq şiyə-zeydi olduğumu böyük günah kimi qələmə verməyə cəhd edirlər. Öncədən qeyd edim ki, mən bütün sünni məzhəblərinə hörmətlə yanaşıram. Bu saxta “Umar Əli” özunü sünni məzhəbinə aid etdiyi halda mənim şiyə-cəfərilikdən siyə-zeydiliyə keçməyimi dindən çıxma və Əhli-Beytə xəyanət kimi qələmə verməyə çalışır. Fərq üçün təsəvvur edin, tutaq ki, bir şiyə başqa bir şəxsi sünni-hənəfilikdən sünnü-malikiliyə, yəni sünniliyin bir məzhəbindən başqa məzhəbinə keçdiyinə görə, ictimai platformada islamdan çıxmış kimi elan edir. Absurdluq görmüşduk, amma bu dərəcədə yox.
Debata gəlməyərək öncədən məğlubiyyəti boynuna alan və meqaloman olduğundan bu adi məğlubiyyəti heç cürə həzm edə bilməyən bu böhtançının ağlı o dərəcədə dumanlanıb ki, şiyə-zeydilərin də, fərqli olsa da, ŞİYƏ və bu səbəbdən Əhli-Beytçi olduğunu dərk etmək qabiliyyətini itirmişdir. Maraqlı məqamlardan biri də odur ki, rəhbəri oldugum Talış Gənclər İttifaqının və Talış elm və mədəniyyət fondu ilə birlikdə bu ilin sentyabr ayının 19-da, Məhərrəm ayı zamanı, Moskva və ümümiyyətlə, Rusiyada İLK DƏFƏ olaraq talış dilində İmam Hüseyn məclisini təşkil etməyimiz belə Elvin İrşadovu dini zəmində şər atmaqdan çəkindirmir.

6. Dindən söhbət düşmüşkən, İran özünün təxminən 2700 illik dövlətçilik tarixində keşməkeşli dini və etnik transformasiyalardan keçərək bu günkü halına gəlmişdir. Bu dövlət minilliklər boyu irandilli xalqların imperiyası olduğundan və İran İslam Respublikasının ismində “İran” sözünün olması səbəbindən irandilli xalqların nümayəndələrinin, hansı coğrafiyada yaşadıqlarına rəğmən, hansı siyasi cərəyanın hakimlik etməsindən asılı olmayaraq, bu dövlətə simpatiyaları təbiidir. Amma bir sıra dindarların, yaxud “Umar Əli” kimi dindarlığı imitasiya edənlərin, İrana simpatiyanı qədim dövlətçilik və mədəniyyət əsasında deyil, dar məzhəbçilik çərçivəsində aşılayaraq, bu məzhəblə hesablaşmayanları şərləyərək İran dövlətçiliyinə qarşı olan şəxslər kimi səciyyələndirirlər.

Vuqar Salayev                               
Talış gənclər ittifaqının rəhbəri
Moskva.
Category: XƏBƏRLƏR | Views: 121 | Added by: tmmrtalish | Tags: Vuqar Salayev | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: