search
menu
person

NEWS AND UDATES


22:00
İnsan fikrinə görə Azərbaycanda həbs olunursan .
Hörmətli oxucular, bizi maraqlandıran bəzi məsələləri siznən paylaşmaq istərdik.
Hansı qanunda yazılıb ki, arzulara görə, hansısa fikirlərə görə insanı həbs etsinlər. Belə çıxır ki, adam gördüyü yuxulara görə də məsuliyyət daşıyır.
 Fəxrəddin Abbaszadəyə qarşı sürülən ittihamların heç bir əsası yoxdur.
Sual olunur Fəxrəddin Abbaszadə hansı dövlət çevrilişində iştirak edib ki, onu vətənə xəyanətdə ittiham edirlər?
Talışlara müstəqillik arzulayırsa, bu cinayət deyil və ya Qarabağ müstəqil olsun deyirsə, bu yenədə cinayət deyil. Ona görə, söylədiklərinin heç birini həyata keçirilməsi üçün, heç bir səy göstərməyib. Belə çıxır ki, İran İslam Respublikasıda Azərbaycana müharibə elan etməlidir!?
Təbrizi İrandan ayırmaq istəyənlər, İranda Türk dövlətini yaratmaq istəyənlər haqqında, niyə İran dövləti cinayət işi açmır. Hətta açıq şəkildə, İranı parçalamaq şüarları, bir baş Azərbaycan tv. - lərdən səsləndirilir.
Böyük Turan dövlətini yaratmaq istəyənlər məsuliyyət daşımırlar, amma Fəxrəddin Abbaszadə hansısa dediyi sağlığa görə, ən ağır ittihamlarla həbs edilir.
Bu qədər haqsızlıq olmaz.
Allah sizə insaf versin.

Maddə 47. Fikir və söz azadlığı
I. Hər kəsin fikir və söz azadlığı vardır.

II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

III. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.

tolishstan.com 
Category: XƏBƏRLƏR | Views: 65 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar