search
menu
person

NEWS AND UDATES


16:25
İnsan irqləri 1. Avropoid ("ağ irqlər") 2. Monqoloid ("sarı irqlər")-Asiya 3. Neqroid("qara irqlər")-Ekvatorial

İnsan irqləri

Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. Canlı orqanizmin ətrafmühitə uyğu nlaşmasının irqlərin formalaşması prosesində böyük rolu olmuşdur. İrqlərin formalaşması üst paleolit dövründə (40-16 min il) əsasən başa çatmışdır. İrqlərin ətraf mühitə uyğunlaşması nəticəsində elə xarici fiziki əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya xalqalrına əvvəllər “ağ”, “qara” və “sarı” rənglərə və üç əsas irqə ayırırdılar: avropoid,neqroid(ekvatorial ) və monqoloid.

Antropoloqlar dünya əhalisini irqi tərkibinə görə 3 əsas irqə bölürlər:
 1. Avropoid ("ağ irqlər")-Avroasiya- Avropa, ön Asiya, Mərkəzi Asiya, Şimali Amerika və şimali Hindistanda Böyük coğrafi kəşflər dövrünə qədər yaşamış irq. Sonradan bu tip insanlar bütün qitələrə yayılmağa başladı. Onlar daha çox Şimali Amerika və Cənubi Amerika, Cənubi Afrika və Avstraliyada yayılmağa başladılar 
Bu irqin əsas əlamətləri
Üzləri dar olub, horizontal müstəvidən xeyli qabağa çıxır. Saçları düz və ya dalğavarı, əsasən yumşaq (xüsusilə şimal qruplarda). Qaşlarının dairəsi böyük, göz kəsimləri böyük, burunları uzun , nazik  və irəli çıxan, dodaq qalınlığı ortadır, saqqal və bığ çıxımı gurdur. Ayaq pəncəsi və əlləri genişdir. Dəri, piqment və göz rəngləri şimal qruplarındakı açıq (ağ) rəngdən cənub qruplarında çox tünd rəngə qədər dəyişir
 2. Monqoloid ("sarı irqlər")-Asiya -Amerika .Bu irq, əsasən, Şərqi və Cənub-Şərqi Asiyada, Amerikada yerli hindular arasında yayılıb. 
Bu irqin əsas əlamətləri
İri və yastı sifətli,sərt və düz saçlı olub ,gözlərinin kənarları büküşlərə malikdir.(qıyıq gözlü)Dərisi sarı qəhvəyi rəngdə tükləri hamar və qara rəngdə olur.

 3. Neqroid("qara irqlər")-Ekvatorial -Böyük Coğrafi kəşflərə qədər avropoid irqi Avropa, Şimali Amerika, Hindistan, Yaxın və Orta Şərqdə yaranmışdır. Sonradan bütün dünyaya yayılmışdır. Neqroid irqi isə Afrikada daha çox yaşayır.
 Bu irqin 2 şaxəsi var:
1.Afrika (Zənci)
2.Avstraliya (Avstroloid)
Bu səbəbdən də bəzən irqləri 4 hesab edirlər.Hətta yeni təsnifata görə Zənci və Avstroloid ayrı ayrı irqlərdir.
Bu irqin əsas əlamətləri
Dəriləri,tükləri və göz rəngləri qara olur.Saşları dalğalı və qıvrım olur.Dodaqları qalın, burunları enli və yastı olur.
Bundan əlavə bəzi alimlər əlavə olaraq avstroloid irqini də ayırırlar. Buraya Avstraliya və Okeaniyanın, Cənub-Şərqi Asiyanın yerli əhalisinin bir hissəsi aiddir.

Qarışıq irqlər
 Buna irqlərə əlavə olaraq qarışıq irqlər də var. 
Avropoidlə Neqroidin qarışığından metis, 
Avropoid və Monqoloid irqinin qarışığı mulat,
Moqoloid və neqroid irqinin qarışığı isə sambo adlanır. 
Bu qarışıq irqlər əsasən Amerika qitəsində yayılıb. 

İrqlərin yaranmasına səbəb nədir?

Bu suala Təkamülçü alimlər bir başqa, Genetiklər isə tamamilə başqa cür cavab vermişlər.
Təkamülçülərə görə irqlərin yaranmasına səbəb yaşamaq uğrunda mübarizə və təbii seçmədir.Lakin genetiklər bunun izahını daha doğru və düzgün genetika qanunlarına uyğun vermişlər.Beləki bildiyimiz kimi fərdlər aralarındakı cütləşmələr nəticəsində yeni nəsillərdə fərqli kombinasiyalarda  yarana bilir.. Ana və atanın xromosomları arasında genetik maddə mübadiləsi olur. Beləliklə, genlər bir-birilə qarışır. Bunun nəticəsində bu fərdin fiziki xüsusiyyətlərində müxtəliflik əmələ gəlir.İnsanın dəri rəngi bir neçə gen kombinasiyası tərəfindən müəyyən edilir. İlk insanların genində isə, şəkildə göstərildiyi kimi heteroziqotluq, yəni “qarışıq gen” olduğu təqdirdə, növbəti nəsillərdə bütün irqlərin özünü büruzə verməsi mümkündür. İrqi müxtəliflik təkamül prosesinin nəticəsində yaranmır, genetik proseslərin tənzimi ilə baş verir.



İnsan irqləri və insanlar arasındakı bir-birindən fərqli fiziki xüsusiyyətlər də insan növünə aid “variasiyalar”dır. Yer üzündəki insanların hamısı əsasən eyni genetik məlumata malikdirlər, ancaq bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəzi insanlar qıyıq gözlü, bəziləri sarışın, bəzilərinin burnu uzun, bəzilərinin də boyu qısadır.
Variasiya potensialını başa düşmək üçün sarışın və mavi gözlü fərdləri olan cəmiyyət ilə qarabuğdayı və qara gözlü fərdlərin çoxluq təşkil etdiyi cəmiyyəti nəzərdən keçirək. Hər iki cəmiyyətin zaman keçdikcə bir-birinə qarışması və aralarındakı evliliklər nəticəsində ortaya qarabuğdayı və mavi gözlü yeni nəsillər çıxacaq. Yəni, hər iki cəmiyyətin müəyyən fiziki xüsusiyyətləri yeni nəsilllərdə bir-birilə cütləşmə nəticəsində fərqli görnüşə malik fərdlərin yaranmasına səbəbə olacaq.


İrqşünaslıq
İrqlərin qohumluğu,mənşəyi,tarixən yayılmasını inkişaflarını və məskən saldıqları əraziləri öyrənən irqlər haqqında elm irqşünaslıq adlanır.
İrqçilik
İrqşilik elmə zidd bir nəzəriyyə olub bir irqin digərindən üstünlüyünü  göstərir.Ümumiyyətlə İrqlər haqqında əsasən 2 nəzəriyyə vardır.
1.Monofiletik nəzəriyyə-Bütün dünya irqlərinin əcdadının bir olduğunu -Homo sapiens (dərrakəli insan ) növünə mənsub olduğunu bildirir.
2.Polifiletik nəzəriyyə-irqlərin ayrı ayrı növlərdən yaranmasını fikrini söyləyirlər.Onlara görə 
Avropoid irqi-Neandertallardan
Monqoloid irqi- Sinantroplardan
Neqroid irqi-Pitekantroplardan  (zəncilər-avstolopiteklərdən) yaranmışdılar.
Category: XƏBƏRLƏR | Views: 39 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar