18:55
İranda xərçəng və sonsuzluq əleyhinə dərmanların təqdimatı oldu.
İranda xərçəng və sonsuzluq əleyhinə dərmanların təqdimatı oldu

 

İranda xərçəng və sonsuzluq əleyhinə dərmanların təqdimatı oldu.

 

 
İranda Qərbi Asiya üzrə ən iri dərman şəhərciyi dünən İranın Əlborz vilayətində açılıb və bu şəhərcikdə doqquz yeni dərman növünün  təqdimatı olub. 
 
Maide.Az "İQNA"-a istinadla xəbrə verir ki,  mərasimdə depressiyanın müalicəsi üçün istifadə olunan "Sertraline hydrochloride", kişilərdə sonsuzluğun müalicəsi üçün nəzərdə tutulan "hydrochloride Dapoxetine", qan laxtalanmasının qarşısını almaq üçün işlədilən "Tikral" və ya "Tikagrelor" ticarət adlı "oral antiplatelet" və ibtidai dəri infeksiyalarının müalicəsi üçün istifadə edilən "Fozitan" və ya "Fusidate Sodium" dərmanlarının  təqdimatı olub.
 
Mərasimdə həmçinin artritin müalicəsi üçün nəzərdə tutulan "Osteoarthritis" dərmanının və Vitiliqo xəstəliyinin müalicəsi üçün işlədilən eyniadlı dərmanın, habelə "Rikalersel" və "Rinodermsel" adlarında iki hüceyrə məmulatının təqdimatı olub.
 
Süd vəzilərinin geniş yayılmış xərçənginin müalicəsi üzrə "Vinorelbine" dərmanı və infarkt keçirmiş xəstələr üçün "Edaravone" dərmanı da bu mərasimdə təqdim edilib.
 
İranın səhiyyə naziri Səid Nəməki bu dərman şəhərciyinin açılış mərasimində bildirib ki, İranın dərman ehtiyacının 97 faizi ölkə daxilində istehsal olunur.

Category: XƏBƏRLƏR | Views: 314 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: