Salam
/ Новости сайта / XƏBƏRLƏR / "İranla Ermənistan arasında münasibətlərin qurulmasında günah Elçibəydədir" — Zərdüşt Əlizadə
06.08.2020

"İranla Ermənistan arasında münasibətlərin qurulmasında günah Elçibəydədir" — Zərdüşt Əlizadə

140 0 XƏBƏRLƏR

"İranla Ermənistan arasında münasibətlərin qurulmasında günah Elçibəydədir" — Zərdüşt Əlizadə

 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş Katibi Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa müraciət edib.
 
Müraciətdə koronavirus dövründə ABŞ prezidentinin İran xalqına qarşı sanksiyaları dayandırılması, pandemiya zamanı bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulması, İran xalqının təcrid və böhrandan azad edilməsi istənilir.

 
Bu müraciət Azərbaycanla İran münasibətlərinin həssaslaşdığı dönəmdə verilib. İki ölkənin Araz çayı üzərində "Xudafərin”, "Qız qalası” hidroqovşaqlarının və Su Elektrik Stansiyalarının tikilməsi, istismarı ilə bağlı 2016-cı ilin fevralında imzaladığı, parlamentin ratifikasiya etdiyi 17 maddəlik saziş məhz bugünlərdə Azərbaycanda geniş müzakirələrə səbəb olub.

 
Bunu "xəyanət” sayanlar da var, İranın Azərbaycanın suverenliyini tanıması, rəsmi Bakının işğal edilmiş ərazilərdə söz haqqı olması kimi qəbul edənlər də.

 
Bu dövrdə belə bir müraciətin ünvanlanmasında məqsəd nədir?

 
Deputat Fazil Mustafa bu müraciətin effektiv olacağını düşünmədiyini bildirir.Üstəlik də hesab edir ki, bu müraciət İranı Ermənistana dəstəyi dayandırmağı çağırandan sonra edilsə daha məqsədəuyğun olardı: "İran Xudafərin körpüsü üzərindən Ermənistana ciddi dəstək layihəsini gerçəkləşdirir. Belə bir vəziyyətdə bizim İranın üzərindən sanksiyaları götürməyə çağırış etməyimiz sanki öz maraqlarımızı görməməkdən irəli gəlir”.

 
Ancaq Fazil Mustafa İranın sanksiya altında olmasının Azərbaycanın maraqlarına uyğun olmadığını da bildirir.

 
O, bunun iki ölkə arasındakı iqtisadi, siyasi, ticari əlaqələrə təsir etdiyini vurğulayır: "İran bu siyasətini davam etdirdiyi müddətdə bizim də işimiz xeyli çətinləşir. Ona görə də bu məsələdə, məncə, bir az daha zərif anlayışa sahib olmaq lazımdır. İlk növbədə, bizi öz marağımız düşündürməlidir. Adama deyərlər ki, İran Ermənistana Xudafərin üzərindən dəstək verir, siz də İran üzərindən sanksiyaların götürülməsini istəyirsiniz. Bu nə dərəcədə məntiqlidir? Ona görə də belə məsələlərə bir az daha fərqli yanaşmalıyıq”.
 

Deputat müraciətin pərdəarxası məqamları barədə bilgiyə sahib olmadığını deyir: "Ümid edək ki, Azərbaycanın faydasına hansısa bir əsası var”, - F.Mustafa qeyd edir.
 
Siyasi şərhçi Zərdüşt Əlizadə isə məsələnin hansısa pərdəarxası məqamının olmamasını və Şeyxülislamın müsəlman kimi həmrəylik göstərdiyini söyləyir: "Şeyx həzrətləri bütün dünyadakı müsəlmanlarla həmrəy olmalıdır və bu müraciətlə bunu bildirir. İrana edilən sanksiyalar qanunsuzdur. İranın nüvə proqramını BMT-nin Təhlükəsizlik Şurası təsdiq edib və Barak Obama da prezident olduğu dövrdə imzalayıb. Tramp hakimiyyətə gəldikdən sonra sionist olduğu üçün İsrailin xeyrinə bunu ləğv etdi və İrana sanksiyalar tətbiq etdi. Şeyx də bunları nəzərə alıb deyir ki, pandemiya dövründə, bütün bəşəriyyət təhlükədə olduğu dövrdə "Amerika , gəl, daşı ətəyindən tök!”

 
Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal edib, iki ölkə müharibə vəziyyətindədir. Amma buna baxmayaraq  İran Ermənistanla hər zaman isti münasibət saxlayır, blokadada qalan ölkəylə yardım göstərir, iqtisadi, siyasi dəstək verir. Hətta Rusiyanın məhz İran üzərindən Ermənistana bir milyard dollarlıq silah-sursat yollamsı haqda iddialar səslənir. O zaman belə sual yaranır: "”İran niyə Azərbaycana həmrəylik göstərmir?

 
Zərdüşt Əlizadə SSRİ dağıldıqdan sonra İranın Azərbaycana hərbi, siyasi və maddi yardım etdiyini söyləyir: "İran ərazisindən əfqan mücahidləri keçərək Qarabağda vuruşurdu. İran milyonlarla dollarlıq texnika verdi. Bunun əvəzində İran Azərbaycandan nə gördü? Əbülfəz və onun dəstəsi İrana düşmənçilik elan etdilər. Əbülfəz Elçibəy İranı dağıdacağını, Təbrizdə mitinqlər edəcəyini dedi. Azərbaycanın ovaxtkı İrandakı səfiri Nəsib Nəsibli İranın ərazi bütövlüyünün parçalanması haqqında bəyanatlar verdi. Bundan sonra İran Ermənistanla normal münasibətlər qurmağa başladı, ticarət əlaqələri yaradıldı və bu ölkə üçün bir nəfəslik yaratdı. Amma heç bir hərbi kömək etmədi. İndi sual edirəm günah kimdədir? Elçibəy və onun xələflərində”.

 
Siyasi şərhçi onu da qeyd edir ki, son 27 ildə İran mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Ermənistanın təcavüzkar ölkə olduğunu elan edir.

 
"Əsas odur ki, Şeyx həzrətləri belə bir əxlaqi mövqe sərgiləyir”, - Z.Əlizadə bildirir.

 
Bununla belə, o da A.Paşazadənin müraciətinin heç bir effekti olmayacağını vurğulayır: "Amerikada ədalət yoxdur, mənafe var. Təbii ki, bunun heç bir xeyri olmayacaq. Tramp öz dediyindən əl çəkməyəcək”. (Toplum.tv)


tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [260]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [108]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Май 2020  »
ВсПнВтСрЧтПтСб
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0