search
menu
person

NEWS AND UDATES


11:27
İskəndər Həmidov da deyilənlərə görə Fəxri Xiyabanda hansısa qəbiri qucaqlayıb, arxasında gizlənibmiş.
       İskəndər Həmidov da deyilənlərə görə Fəxri Xiyabanda hansısa qəbiri qucaqlayıb, arxasında gizlənibmiş.

15 may 1992
Ayaz Mütəllibov yenidən hakimiyyətə qayıtmışdı. AXC 15 may 1992 tarixində Ali Sovetə yürüş təşkil etmək planlaşdırırdı. Lakin, AXC qərərgahı qarşısında çox az adam var idi. Qərərgahda nə etməli sualı hər kəsiun başında fırlanırdı. Elə bu dəmdə, Molla Qurban, yəni hamınızın Qurban Məmmədov kimi tanıdığınız məşhur oymaq fırladan, təklif etdi ki, Heydər Əliyevə zəng vuraq. Əslində bu təklif qabaqcadan razılaşdırılmışdı. Beləliklə Qurban Məmmədov KGB generalı Heydər Əliyevə zəng vurdu. Heydər müəllim, nə məsləhət görürsünüz? Mütəllibovun üstünə yürüş edək? Heydər Əliyev cavab verir...edin edin...yenə Molla Qurban sual verir...Sizcə Mütəllibov qaçacaq? Heydər Əliyev cavab verir...əlbəttə qaçacaq...Molla Qurban deyir...Heydər müəllim, qüvvəmiz azdı, bizə dəstək verin...Heydər Əliyev cavab verir...Narahat olmayın, adamlar gələcək...

...Və...AXC qərərganının qarşısında birdən-birə Heydər Əliyevin şəbəkəsi topladı və yürüş başladı. Yürüş Azneft meydanı tərəfdən nəzərdə tutulmuşdu. Lakin "bəylərin" Heydər babaları məsləhət gördü ki, şəhərin içi ilə gedin ki, yolda da xeyli adam Sizi görüb qoşulacaq. Rəşid Behbudov küçəsi ilə yuxarı qalxaraq, Ali Sovetə tərəf yürüş davam edirdi. Kütlə DTX və MN qarşısına çatanda Moskva mehmanxanası (İndiki alov qüüllələri) damından Heydər Əliyevin yerləşdirdiyi pulemyotçu atəş açmağa başladı.Yox, yanlış anlamayın, pulemyot yürüş edənlərə deyil, göyün yeddinci qatına atəş açırdı.

Buna baxmayaraq DTX binasının qarşısında ilk atəş səsi eşidiləndə, Fəhmin Hacıyev yerə sərildi...Yox..yox...elə bilməyin Fəhmin Hacıyevə güllə dəyib...sonradan Daxili Qoşunlara rəhbər təyin edilən bu adamın, atəş səsi eşidən kimi qorxudan ürəyi getdi. Onu sürüyüb DTX binasının girişindəki NBM-ə tərəf apardılar. İskəndər Həmidov da deyilənlərə görə Fəxri Xiyabanda hansısa qəbiri qucaqlayıb, arxasında gizlənibmiş. Beləliklə, məhz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində "demokratik qüvvələr" yolda ürəkgetməsinə tutulsa da tankla hakimiyyətə gəldi.

Əsas məsələ estafeti ələ keçirib, hakimiyyəti Əbülfəz Əliyevin mənəvi ustad və kuratoru Heydər Əliyevə ötürmək idi. Bu yolda çox qurbanlar verildi. Hətta Xocalı mühasirədə qalan zaman rayon sakinlərinin faciəsi bahasına mart ayında Ayaz Mütəllibov istefaya göndərildi...

Düz bir il sonra isə, Gəncədə "qiyam" provakasiyası baş tutdu. Surət Hüseynov 3-4 güllə açan kimi elə bil göldən qaşqaldaq dəstəsi sürüylə uçdu :D

Əsas məsələ o idi ki, öz mənəvi ataları Heydər Əliyevin qarşısında öz missiyalarını yeriinə yetirdilər. 




Lachin Mamishov .
Category: XƏBƏRLƏR | Views: 50 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar