18:52
Ilham Babazade :  Özü özünə inkişaf edən Talış mahalı .

                           Ilham Babazade :  Özü özünə inkişaf edən Talış mahalı .

Xoş gördük, hörmətli həmvətənlər, dəyərli dostlar!
Mühacir hökümətimizin Gənclər, idman və turizm vəziri olaraq, nəzəri formada, daima, Muxtar Respublikamızda hər cür, insanlarımızın yaşamında baş verənləri izləyir, təhlil edir, daha məqbul ola biləcək məqamları axtarır, tədbiqinin mümkün variantlarını, hazırdə əməli fəaliyyətdə imkan sahiblərindən tələb etməyə cəhdlər göstəririk...
Və bunla, özümüzü, bilavasitə böyük inamla varlığına imkan əldə edəcəyimizə inandığımız TMMR-nin gələcək günlərinin quruculuğuna təkan verəcək qədər fəaliyyət nümünəsinin iştirakçısı hiss edir və bir çox məsələlərdə etdiyimiz çıxışlardan sonra, göstərdiyimiz nöqsanların aradan qaldırılmasının, verilən təkliflərin icraya yönəldildiyinin də şahidi oluruq ki...bunu da elimizə kiçik də olsa, bir xidmət sayırıq.
Mahalımızda yaşayan insanlarda daxili, mənasız bir xofun olmasından, biz bilavasitə ellilərimizdən baş verənlər, edilən haqsızlıqlardan birbaşa, operativ məlumatlar ala bilmirik və mövcud internet resurslarından istifadə ilə məlumatlanmaqla kifayyətlənməli oluruq. Ölkə miqyaslı internet-mətbuat vasitələrində isə, Talış-Muğan mahlından olan məlumatların tapılmasında qıtlıqdan əziyyət çəkirdik, sanki, elə bil, Mahala, Qarabağa vədd edilən yüksək səviyyəli status verilmiş, ellilərimiz əmin-amanlıqla zəngin, inkişafda olan bir həyatı yaşayır, problemlərin nə olduğunu bilmirlər, dunyanın hər tərəfinə, güzaran naminə köç etmələrinə də, son qoyulub!? Cooox təəccübləndim və dost, tanışla əlaqə saxladım, mahalın vəziyyəti ilə bağlı, görüm doğrudanda belədirmi. 
Sən demə durum o qədər “gözəldir” ki, o qədər “inkişaf etmişik” ki, küçələrdə daha adam yoxdur, ancaq texnologiyalardan istifadə olunur, hətta vəziyyət elə yerə gəlibcatıb ki, texnoloji tərəfidən, Talış mahalının xəstəxanalarında belə, adamlara, artıq ehtiyac qalmayıb. Xəstəxanalarda nano texnologiyalardan istifadə olunur , xəstəxananın havası ilə xəstələr öz-özünə, avtomatik şəfa tapır, müalicə olunur , hətta ən ağır xəstələr belə, qonşu rayonlardan gəlmiş məxsusi "Qaloş" texnologiyaları vasitəsilə ilə müalicə olunur.

Mahalımızda olan bu vəziyyətə ironiya ilə qiymət versəm belə, vəziyyət ironiklikdən də cox ağırdır və qetdikcə daha ağırlaşır... dəhşətli dərəcədə! 
Aşağıda yerləşdirdiyim linkə baxın, gələcəyimiz olan körpələrə, bu şəkildə munasibət, cox bərbaddır!
Nə Səhiyyə, nə İdman nə gəncliyə qayğı, münasibət sahələri, Talış mahalında ürək açan deyil və vətəndaşlara qarşı cox biganəlik yaşanır. 
Öz vəziyyətlərinə bu qədər biganəlik yaşayan vətəndaşlarımız , nə vətənnən, nə torpaqdan, nə də gələcəkdən danışa bilərlər.
Əyər biz özümüz, özümüzə qarşı beləyiksə, əsl düşməni qonşu ölkələrdə yox, daxilimizdə axtarsaq, daha yaxşı olmazmı?
Diqqətinizə görə təşəkkür edirəm.
Allah bütün xəstələrə şəfa versin, əsasən də, mənən xəstə olanlara…

Hörmətlə,
TMMR-nın Gənclər, idman və turizm Vəziri,
Ilham Babazade





    Ilham Babazade 
Category: TMMR XABARLAR | Views: 564 | Added by: tmmrtalish | Tags: Ilham Babazade | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: