search
menu
person

NEWS AND UDATES


11:35
Indoneziyada sunami baş verib, 200-ə yaxın adamın öldüyü bildirilir

Indoneziyada sunami baş verib, 200-ə yaxın adamın öldüyü bildirilir

 
İndoneziyada sunami

Indoneziyada sunami nəticəsində azı 168 adam ölüb.

AP agentliyi xəbər verir ki, ilkin ehtimallara görə, sunamiyə səbəb vulkan püsgürməsi olub.

Bundan başqa 30-a yaxın adam itkin düşüb, 700-dən çox adam xəsarət alıb.

Bu barədə ölkənin fövqəladə hallar üzrə xidməti məlumat verir.

Vulkan Anak Krakatau adasında,Sunda körfəzində püskürüb.

Mütəxəssislər hesab edirlər ki, püskürməyə, məhz yeraltı təkanlar səbəb olub.

Nəticədə Sumatra və Yava adalarında sunami baş verib.

Turizm zonalarına də ziyan dəyib.

Məlumata görə, “Seventeen” musiqi qrupunun bir neçə iştirakçısı da həlak olanlar arasındadır.

Qrup həmin vaxt plyjda konsert verirmiş və bu vaxt sunamu baş verib.

Xilasedicilər, təbii fəlakət zonalarının hamısına hələ ki, çatmayıblar.

Bu il-2018-ci ilin sentyabrında İndoneziyanın Sulavesti adasında baş verən sunami nəticəsində 2500-dən çox adam öldü.

Həmin sunami, 2004-cü il dekabrın 26-da baş verən faciənin il dönümünə bir neçə gün qalmış baş verdi.

Həmin vaxt zəlzələ nəticəsində baş verən nəhəng sunami, İndoneziya da daxil olmaqla bir sıra ölkələrdə 230 mindən çox adamın ölümünə səbəb oldu.

Категория: XƏBƏRLƏR | Просмотров: 27 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090