search
menu
person

NEWS AND UDATES


10:37
Kimdir, xəyanətkar? ("Yeni Musavat" qəzeti üçün)

Kimdir, xəyanətkar?

("Yeni Musavat" qəzeti üçün)

Düzü əyridən, doğrunu yalandan ayırd edə bilən, dəyərli oxucular! Baxın, tanış olun! Bir qrup AR vətəndaşları olaraq, Dövlət Konstitusiyasının 58-ci maddəsində təsbit olunmuş “Birləşmək hüququ” haqqımızdan istifadə edərək, siyasi partiya yaratmaq barəsində ölkə ictimaiyyətinə bəyan etmişik!
Yenicə yaranmaqda olan siyasi təşkilatın fəaliyyət Proqramını, siyasi kursunu, Platforma, Məramnamə və Nizamnaməsini elan etməmiş, “Yeni Musavat” (Yeni Bərabərlik) qəzetin səhifələrində barəmizdə Elbəyi Həsənli adlı müəllifin imzası ilə, ölkə ictimaiyyətini çaşdırılmasına yönəlik qərəzli, yalan və böhtan xarakterli məlumatlar yaymlanmışdır?.. 
Bəs, bu iftiranın müəllifi Elbəyi Həsənlinin özü kimdir? Uzun müddət AR-nın hüquq-mühafizə orqanlarında çalışan bu adam necə oldusa, birdən-birə özünü “müxalifətçi” elan etdi. Ən maraqlısı isə, E. Həsənlinin o vaxtkı mətbuat səhifələrində saxta “türk millətçisi” qiyafəsinə peyda olması oldu. Başlıca məqsədi də ölkənin qeyri-türk mənşəli xalqlarına nifrət ruhunda, milli zəmində münaqişəyə yönəlik çıxışlar etməklə, demə, o, gələcək planlarını həyata keçirtmək üçün, özünün “fədakar” millətçi-müxalifətçi imicini yaratmaq istəyirmiş!.. 
Bəli, Elbəyinin planı baş tutdu! Bir neçə il bundan əvvəl, onun imzası mətbuatda daha gözə dəymədi... Daha sonralar məlum oldu ki, saxta türkçü-millətçi obrazına girmiş həmin bu lotu “ultra-millətçilik” ruhunda etdiyi bu çıxışları Avropa ölkələrinin birində rahat həyat yaşamasına nail olmaq naminə edirmiş... Çox keçmir ki, bu “qoçaq” həqiqətən də, özünün “strateji və taktiki” planlarını həyata keçirdə bilir. Belə ki, o, Avropanın yaşayış səviyyəsinə görə ən zəngin, gözəl və demokratik ölkələrindən biri olan, İsveç Krallığında “AR təqib olunmuş siyasi mühacir” statusunda sığınacaq almağa müvəffəq olur! Bütün bu oyunbazlıqlarına rəğmən, o da məlum olmuşdur ki, siyasi sığınacaq almasından dərhal sonra, başqa siyasi mühacirlərdən fərqli olaraq, Elbəyi kişi tez bir zamanda Azərbaycana da gəlib-getməyə başlayıb?.. Maraqlıdır, deyilmi?!
Ən maraqlısı isə, dünyada insan haqlarının, fundamental hüquq və azadlıqlarının qorunmasında, milli münasibətlərin tənzimlənməsində nümunə və lider ölkələrdən biri olan, İsveç Krallığında (Surix şəhəri) yerbəyer olmuş Elbəyi Həsənli sığındığı ölkədə möhkəm qorunan, bütün bu müqəddəs dəyərlərin qatı əleyhdarı kimi, açıq-aydın çıxışlar etməsidir?! Belə olmasaydı, bu qədirbilməz-nankor, siyasi dəllal aşağıda qələmə aldığı yazıdakı kimi, ana vətəni Azərbaycan Respublikasında siyasi plyüralizmin, azad və demokratik fikir ifadəçiliyinin, xalqlar dostluğunun, multikulturalizmin, vətəndaş hüquq və haqqlarının, eləcə də ədalətli cəmiyyət quruculuğu prinsiplərinin və digər sivil dünya dəyərlərinin boğulmasına yönəlik, nifrət ruhlu çıxışlar etməzdi ki!.. “Ultra-millətçi”lər üçün, “Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı!” kimi, xarakterik keyfiyyəti özündə cəmləşdirən Elbəyi hələ, ictimai-siyasi fəaliyyətlərinə yenicə qədəm qoymaq istəyən fədakar, ləyaqətli Azərbaycan vətəndaşlarını “millətçilik” etməkdə suçlayır! Milli mənsubiyyətlərini xatırladaraq, xislətinə uyğun, “separatçı” damğası vurmaqla, onları ruhdan, fəaliyyətlərinə kölgə salmaq istəyir! Hədə qorxu gəlməklə, şantaj və təhqir edir! Həyasızcasına çoxetnoslu Azərbaycanın qardaş xalqları arasında bərabərsizlik, etimadsızlıq və etibarsızlıq toxumlarını səpir! 20 faiz ərazisi düşmən tapdağı altında inləyən vətənimizdə milli-etnik zəmində yeni münaqişə ocaqları yaratmağa səy göstərən bu sayaq idbar, saxta ultra-millətçiyə, biədəb məxluqa, əxlaq və əqidə tüccarına nə ad qyasan, bilinmir!?
Ölkəsində ictimai-siyasi fəaliyyətlə məşğul olan, ləyaqətli vətəndaşlarına deyil, heç bir siyası, milli-mənəvi və psixoloji təzyiqə məruz qalmadan, ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadan, yalnız təmtəraqlı həyat-tərzinə görə, döğma vətənini satan xəyanətkar və məkrli xarici ölkə vətəndaşına “Yeni Musavat” qəzetinin səxavətlə tribuna ayırması da anlaşılmazdır!?

P.S. Qoy, indi dəyərli oxucular özləri qiymət versinlər! Kimlərdir, Azərbaycanda xalqların qardaşlıq tellərinə, demokratik prinsiplərə, Avropa dəyərlərinə uyğun, bərabərhüquqlu vətənaş cəmiyyətinin formalaşmasına, vətəndaşların milliözünüifadə kimi, fundamental hüquq və azadlıqlarına, ölkəmizin ərazi bütövlüyünə, Dövlət Konstitusiyasına qənim kəsilib, əsl separatçılıq, Azərbaycana xəyanət və düşmənçilik edənlər!? Elbəyi Həsənlinin timsalında dəbdəbəli həyat naminə, dondan-dona girərək, min bir hiyləgərliklə, avropalıları da aldadıb, orda oturum alan, sonra da qarşılarında öhtəçilik götürdüyü ağalarına xoş gəlmək üçün, doğulduğu, suyu, düz-çörəyi ilə böyüdüyü vətənində xalqlar arasında bölücülük edən, milli-ayrıseçkilik toxumlarını səpən xəyanətkarlar? Yoxsa, burda, əzəli və əbədi vətənlərində sinələrini avtomatın ambrazurası kimi qabağa verib, yuxarıda sadaladığım dəyərlərin hifz olunması, ölkənin bərabərhüquqlu xalqları arasında qardaşlıq, mehribançılıq, birgəyaşayış tellərinin inkişafı, daha da möhkəmlənməsi üçün, cəsarətlə, ləyaqətlə, kişi kimi mübarizə aparanlar?

Mehdibəy Səfərov

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Əli Kərimliyə sualım var...

Mehdibəy Səfərov özü kimi separatçıları başına yığıb və bir status paylaşıb. Sözünün canı odur ki, Xalqların Demokratik Partiyasının (XDP) yaxın 3 ay müddətində keçiriləcək 1-ci qurultayına hazırlıqla bağlı, partiya fəalları ilə görüşlərə start verib...

Xalqların Demokratik Partiyası... Bu ad sizə tanış gəlmirmi? Elədir, Türkiyədə Halkların Demokratik Partisi (HDP) var. Lideri də hazırda Türkiyəni bölməkdə suçlanaraq, həbsə atılan Səlahəddin Dəmirtaşdır...

Sirr deyil ki, HDP Türkiyəni parçalamaq istəyən kürdlərin partiyasıdır. Azərbaycanda yaradılmasına cəhd göstərilən Xalqların Demokratik Partiyasının (XDP) da separatçılıqla məşğul olacağı bəri başdan gün kimi aydındır. Türkiyədə kürdlərin boynuna yüklənmiş işi Azərbaycanda da talışların boynuna qoymaq istəyirlər. Heç də təsadüfi deyil ki, sözügedən statusu əsasən talış separatçıları bəyənməkdədir.

Ancaq təkcə onlarmı? Yox, canım. Asta-usta separatçılar da var. Baxın, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də bu statusu bəyənənlər sırasında yer alır. O, həm də Milli Şurada söz sahibidir. Əli Kərimli barmağını kimə tuşlayırsa həmin adam haqqında həvəslə və dönə-dönə əndrabadi statuslar yazır. Nəsə, burasını boş verək...

Eldəniz Quliyev, siz hansı ağılla, hansı məntiqlə Azərbaycanı parçalamağı hədəf almış bir partiyanın yaranmasına dəstək verirsiz? Şükür Allaha! Siz ki, bisavad deyilsiz...

Sizin İrana bağlı olmağınız zatən sirr deyil. Üzdə olan faktları sadalasam xeyli yer tutar...

Biləsiz ki, Siz Azərbaycanın aparıcı etnosu olan türklərlə düşmənçilik siyasəti yeridirsiz. Və bu tip insanlarla çiyin-çiyinə dayanmısız. Siz guya Azərbaycan Ziyalılar Birliyinin sədrisiz. Amma özünüzü etnik qrupun təmsilçisi kimi aparırsız...

Mən AXCP-Milli Şura tandeminin lideri, sayın Əli Kərimlidən soruşuram. Sizin rəhbərlik ediyiniz qurum, xüsusən Milli Şura Xalqların Demokratik Partiyasının (XDP) yaranmasına dəstək verirmi? Yəni, siz separatçıların yanındasızmı? İnanmaq istəmirəm. Amma nədən sizin yanınızda olan və özünü Azərbaycan ziyalılarının öndəri kimi təqdim edən birisi belə biabırçı işlərlə məşğuldur? Və Siz buna niyə göz yumursuz? Yəni, Elbəyi Həsənlinin bildiyini Əli Kərimli bilmir? Təbii ki, bilir. Onda nədən hörmətli Əli bəy separatçılara qaşın üstə gözün var demir? Guya Əli Kərimli bilmir ki, Milli Şurada olan digər separatçılar kimdir? Susmaq həmişə qızıl deyil. Odla oynamaq olmaz.

Hörmətli Əli bəy, sizın mitinqlərdə çıxışınızın ikinci cümləsi mütləq Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə ilə bağlı olur. Aydındır ki, AXCP-Milli Şura əslində Müsəlman Birliyi Hərəkatı ilə müttəfiqdir. Və bu, özlüyündə Azərbaycana böyük bir təhlükədir. Mərhum Əbülfəz bəyin yeritdiyi siyasətin üstündən xətt çəkib, gedib xarici mərkəzlərə bağlı siyasi islamçılarla həmrəy olmusuz. Bu isə Azərbaycanın İran tipli bir ölkəyə çevirmək cəhdlərinə dəstək verməkdən başqa bir şey deyil...

Görüntünün olası içeriği: 1 kişi

Separatçı Mehdibəy Səfərov

Bütün bunlar azmış kimi hələ gedib separatçılara da dəstək verirsiz. Bir özünüzə çəki-düzən verin. Gedib Şeytanla müttəfiqlik etməyin. Azərbaycanı hədəf olan güclərlə qucaq açıb dövlətimizin varlığını təhlükəyə atmayın!

Hörmətli, Əli bəy! Bu kimi məsələlərə təcili şəkildə aydınlıq gətirməynizi istəyirəm. Onsuz da bu separatçılarla canbir qəlbdə olan Qənimət Zahid sizə belə suallar ünvanlayan deyil. Amma bu suallara birmənalı şəkildə cavab verməyiniz millətimiz və dövlətimiz üçün son dərəcə önəmlidir...

 


Elbəyi HƏSƏNLİ, SÜRİX
  •  
Category: XƏBƏRLƏR | Views: 88 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar