Salam
/ Новости сайта / TMH XABAR / Ələkrəm Hümmətov : (M ü r a c i ə t ) bizim bir Xalq kimi… sonumuz olacaqdır!
23.09.2020

Ələkrəm Hümmətov : (M ü r a c i ə t ) bizim bir Xalq kimi… sonumuz olacaqdır!

131 0 TMH XABAR
AzerFreedom TV internet kanalının yaradıcısı və Rəhbəri, Qurban Calal oğlu Məmmədov cənablarına,
Məlumat üçün:
Ölkənin ictimai həyatına dərəbəyilik, vandal münasibətlərin daşıyıcısı, Ölkə rəhbərliyini zor və saxtakarlıqla mənimsəmiş
İlham Heydər oğlu Əliyevə:
M ü r a c i ə t :
Hörmətli Qurban bəy, sentyabr ayının 5-də, Sizə və övladlarınıza məxsus mülkiyyətə qarşı edilən anti-insani, vandal hərəkətlər məni bu müraciəti yazmağa vadar etdi. Şübhəm yoxdur ki, artıq milyonlarla Azərbaycan vətəndaşını hakimiyyətin illər boyu və bu gün də apardığı qərəzli repressiya hərəkətləri, şərləmə ilə müşahiyyət olunan haqsız məhkəmə qərarları, həbs və işgəncələrlə təəccübləndirmək mümkün deyil. İnsanlar, rejimin bu qəbildən olan hərəkətlərinə, bir növ vərdiş etmişlər.
Amma, hakimiyyətə müxalif mövqedə olan vətəndaşına qarşı bu addımı gələcəkdə baş verəcək daha böyük qisasalmaların sanki müjdəsidir(mabədidir). Məni daha çox narahat edən və müraciətimin də əsl səbəbi məhz budur.
Hakimiyyətin bu addımı ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının vətəndaşların mülkiyyət hüququnun toxunulmazlığını təsbit edən məlum maddələrinin, eyni zamanda, Azərbaycan Dövləti adından, hakimiyyət rəsmilərinin imzaladığı və beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərin, kobud şəkildə pozulmasıdır.
Bu hərəkətlər yaşam normamız olan dini-mənəvi dəyərlərimizə, min illər boyu yaşatdığımız adətlərimizə, ənənələrimizə, milli əxlaqımıza daban-dabana ziddir! Bu gün hakimiyyət adlandırdığımız, vətənimizi qəsb etmiş bir dəstə, sanki siyasi rəqiblərinə qarşı mübarizənin yeni formasını sınaqdan keçirir. Bu çox təhlükəli bir tendensiyanın başlanğıcıdır və siyasi baxışlarının fərqindən asılı olmayaraq vicdanı olan heç kəsin, bu hərəkətlərə laqeyd qalması yolverilməzdir!
Vətəndən uzaqlarda yaşayan, amma ürəyi heç vaxt Vətəni tərk etməmiş milyonlarla insanlardan biri kimi, hakimiyyətin bu vandal, dərəbəyilik yaradan əməllərini pisləyir və qəti etirazımı bildirirəm!
Nə Konstitusiyanı nə götürülmüş öhdəlikləri, nə də digər beynəlxalq hüquqi akt və normaları pozmaq, dövlət ərkanına baş ucalığı gətirə bilməz!
Amma əcdadlarımızın min illər boyu formalaşdırdığı, ata-babalarımızın şərəf və ləyaqətlə gününüzə qədər yaşatdığı dəyərləri nümayişkaranə şəkildə pozmağı, hesab edirəm, mənim Xalqım, heç vaxt bağışlaya bilməz və bağışlamayacaqdır!
Əks halda bu, bizim bir Xalq kimi… sonumuz olacaqdır!
Dərin hörmətlə,
Ələkrəm Ələkbər oğlu Hümmətov.
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [271]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [228]
SIYASƏT [119]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Сентябрь 2020  »
ВсПнВтСрЧтПтСб
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0