/ Новости сайта / TALIŞH / Ələkrəm Hümmətov: Müstəqil dövlətdir, özü bilər və...bu, separatçılıq deyil! Əməldir!
18.01.2020

Ələkrəm Hümmətov: Müstəqil dövlətdir, özü bilər və...bu, separatçılıq deyil! Əməldir!

46 0 TALIŞH
    Ələkrəm Hümmətov: Müstəqil dövlətdir, özü bilər və...bu, separatçılıq deyil! Əməldir!

Fəxrəddin Abbasov hardasa, Rusiyada, nəsə dediyinə görə, separatçı ola bilər. Nəzəridir!
Tolışa münasibətdə qərəz, düşmənçilik, ayrıseçkilik... heydərizm siyasəti, hamıyçün, ən əsası da,- özünə müxalifət deyənlər üçün, əsas yazılmamış Qanun və ıcra tapşırığıdır!

 
 

Naxçıvanda həkim maaşları 50 faiz artdı… Bakida niyə artmır?

 

MR icbari sığortaya keçir, Əliyevin naziri isə buna pul tapmır


Bugünlərdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Ordubad rayonunda tibb işçilərinin maaşlarının artırılması haqda sərəncam verib. Bu il dekabrın 1-dən tətbiq olunması nəzərdə tutulan sərəncama görə rayon səhiyyə işçilərinin əməkhaqqı 50 faiz artırılacaq. Maaş artımın rayonda qeyd olunan tarixdən icbari sığortaya keçilməsi ilə bağlıdır. Sərəncamda həmçinin rayon mərkəzi xəstəxanasına publik hüquqi şəxs statusu verilməsi nəzərdə tutulur. Naxçıvanda icbari sığortanın tətbiqi haqqında bundan əvvəlki sərəncam da Kəngərli rayonu ilə bağlı olmuşdu. Həmin sərəncamda da eyni şəkildə Kəngərli rayon səhiyyə işçilərinin maaşlarının 2019-cu il avqustun 1-dən 50 faiz artırılması nəzərdə tutulurdu. Maraqlıdır ki, uzun illər Şimali Koreya qanunları ilə idarə olunan Muxtar respublikada maaş artımı daha tez-tez və yüksək faizlə baş verir. Əhalinin illərdir gözlədiyi icbari sığorta məsələsinin də MR-də daha tez həllini tapacağı görünür. İlham Əliyevin sevimli naziri Oqtay Əsədovun müavini Rahim Əliyev isə dünən deyib ki, “pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir.” Görünür, bu gedişlə əhali hələ tibbi sığorta üçün 26 il də gözləməli olacaq.

Əlli faizlik maaş artımlarına imkan yaradan bənzər sərəncamları İlham Əliyev niyə vermir görəsən? Prezident maaş artımı ilə bağlı son sərəncamı iyunun 18-də imzalayıb. O sərəncama əsasən büdcədən maliyyələşən bir sıra təşkilatlarda aylıq maaşın aşağı həddi 250 manat səviyyəsinə çatdırılıb. Rəsmi mənbələrdə əmək haqları artırılan işçilərin 600 mininin dövlət sektorunda, 350 mininin özəl sektorda işləyənlər olduğu deyilir. Amma maraqlı məqam başqadır. O sərəncamdan kimlər daha çox bəhrələnib? Yenə də hakimiyyətin saxlanmasına dayaq olan əsas qurumların işçiləri. Maaşları 40 faiz artırılan qurumların siyahısını bilirsiniz- Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan məktəb və peşə məktəblərinin müəllimlərinin maaşları isə orta hesabla 20 faiz artırılıb. Yeni sərəncamla minimum əməkhaqqının 180 manatdan 250 manata, pensiyaların minimum məbləğinin isə 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulub. Beləcə, illərdir, ölkədən böyük milyardlar axıb gedir, amma cənab prezidentin əhalinin minimum əməkhaqqını maaşını 400-500 manata çatdırmağa əli gəlmir. Hər dəfə bu məsələ ortaya çıxanda, “dövlətin ona gücü çatmaz” deyilir. Əlbəttə, 150 milyard neft pulunu şəkildə götürüb ofşorlara daşıyanda, əhaliyə də qəpik-quruşdan artıq bir şey çatmaz. Özünüz deyin, qiymətlərin əl yandırdığı bir zamanda 250 manatla bu ailəni dolandırmaq nə deməkdir? 200 manat bir təqaüdçünün dərmanına, yeməyinə, geyim-keciminə necə çatsın axı? Maaşları daha yüksək səviyyəyə qədər artırmaq çoxmu çətindir? Ekspertlərin sözlərinə görə ölkədə bu imkanlar var, sadəcə, onu etmək üçün istək və iradə lazımdır. Məsələn, millət vəkili Vahid Əhmədov pensiya artımını “labüd” hesab edir və deyir ki, təqaüdlərin həcmi indikindən azı 50 faiz artıq olmalıdır. “Təqaüdçünün günə heç olmasa 10 manat gəliri olmalıdır ki, minimum ehtiyaclarını ödəsin.” İqtisadi Qadir İbrahimli də hesab edir ki, “maaşların artırılmasını iqtisadiyyatın leqallaşdırılması hesabına aparmaq olar”. “Azərbaycan hökuməti iqtisadiyyatın qismən də olsa leqallaşdırılması barədə qərar qəbul edib və bu ilk növbədə vergi-uçot sisteminin dəqiqləşdirilməsi, vergidən kənar qalan sahələri, gömrükdə dəqiqləşdirmə işlərinə aid edilib.Bu ilin birinci rübünün nəticələrinə görə, vergi ödəmələri ötən illə müqayisədə təxminən 500 milyon manat çox toplanılıb. Bu mənbələr hesabına sosial layihələri maliyyələşdirmək, maaşları, təqaüdləri artırmaq olar”.

http://www.tolishstan.com/

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Декабрь 2019  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0