search
menu
person

NEWS AND UDATES


10:56
Ələkrəm Hümmətov  Talış xalqına müraciəti .
Ələkrəm Hümmətov  Talış xalqına müraciəti .

Droud bəşmə, vey hürmətinə Boon…..vey çok əbi,… çəmə moynonən, hovonən iyo bəbəy!
Salam! Hər vaxtınız xeyir, çox əziz və hörmətli Talışın gələcəyini, bir xalq olaraq, dünya xalqlar içində varlığına zamin duracaq, igid övladlarımız!
Özünə hörmət edənə hamı hörmət edir. İstər bu, bir fərd olaraq insan olsun, istərsə də bütöv xalqlar olsun. Dünyanın idarə olunmasında iştirak edən xalqların qurduğu dövlətlərin mayasında, o xalqların ən ümdə bacarığı, təşkilatlanmaq qabiliyyəti olub ki, bünövrəsində bir yerdə olmaq, birgə düşünməyi bacarmaq, çoxluğun fikrinə üstünlük verməklə azlıqda qalanların fikirlərinə hörmət etmək qabiliyyətidir.
 Mən deyən olmalıdır, fikri olan yerdə dağınıqlıq, parəkəndlilik, parçalanmalar olur. Xalq qrup və kiçik dəstələrə bölünür, tərəfdar və rəqiblər formalarında kiçilir və xırdalanır. Dövlət adında təşkilatlanma prossesini belə qövümlər yarada bilmir, yaxşı halda  mütəşəkkil xalqların əlavəsinə, pis halda köləsinə çevrilməklə yaşam haqqından məhrumluqla sonlanan bir həyatı özü üçün yaradır!
Hər Xalq,  öz yetirmələri, önündə durub, şəxsi mənafeydən deyil, ümümmilli mənafeydən söz deyib, fəaliyyət göstərmələrindən asılı olduğu kimi, o insanların millət tərəfindən qorunması ilə yanaşı onların daimi olaraq yaranmasına elliklə qayğının olmasından keçir. Millətin böyüklüyü, varlığı, öz qeyrət və yaşamına zaminlik yaradanlarını qorumağı bacarmaqla, sağlığında fəaliyyətlərinə qiymət verib, ətraflarında sıx birləşməklə imkan yaratmaqdan keçər…
İgid, ağıllı millət övladları, zərərli hallardan öz təhlillərinizlə, yanaşmalarınızla obyektiv olmağı bacarın. Özünə hörmət edən kiçik bir xalq, böyük-böyük xalqların qarşısında ümümləyaqət nümünəsi olub, olur, olacaq. Sizlərdə Talışı o məqama yüksəldin! Kimlərinsə, hansısa fövqəlgüclərin, Biz Talışlara, nəsə verə biləcəyi barədə nağılların aludəçisi olmayın! Şərəf və Ləyaqət sahibi olan xalqlar, böyüklüyündə, kiçikliyindən asılı olmayaraq hamı tərəfindən böyük hörmət və sayğı ilə əhatə olunurlar, ağıl və qabiliyyətlərinə etimad göstərilir və bu,… həmin xalqın savadlı, qeyrət nümünəsi olan mərd övladlarının sayəsində, ancaq və ancaq mümkün olur! Siz də xalqımız, - Talış xalqını o sıralara qaldırın! Xıdomuz Sizləri qorusun, Toloşi qorusun!
Категория: TMH XABAR | Просмотров: 198 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090