09:30
Lənkəran Dövlət Universitetində baş vermiş özbaşınalıqlara qarşı, Talış Ağsaqqallar Şurasının (TAŞ) etiraz Bəyanatı

Lənkəran Dövlət Universitetində baş vermiş özbaşınalıqlara qarşı, Talış Ağsaqqallar Şurasının (TAŞ) etiraz Bəyanatı .
TAŞ Lənkəran Dövlət Universitetin tələbələrinin təşəbbüsünü dəstəkləyir və onlara qarşı törədilmiş qanunsuz hərəkətləri qətiyyətlə pisləyir!
Vətənimizin təhsil sistemində, həmçinin ali məktəblərdə olan vəziyyət, hər bir vətəndaşı narahat edir. Təhsil sistemi dövlətin, xalqın gələcəyinin bel sutunudur. Burada, vaxtı çatmış islahatların keçirilməməsi, baş verən mənfi hallar, bütün cəmiyyətin xoşbəxt gələcəyinə və inkişafına mənfi təsir göstərməsi qaçılmazdır!
Hal hazırda, ölkədə olan iqtisadi problemləri və Pandameyanın tüğyan etdiyini nəzərə alaraq, tələbələrdən illik ödənişun tam şəkildə tələb olunmasına və əks halda onların imtahana buraxılmamasına qərar verməyi, qətiyyətlə pisləyirik. Bundan, haqlı olaraq, narahatlıq keçirən tələbələrdən Orxan İskəndərli, Samir Axundzadə, Əhməd Məmmədli 1 fevral 2021-ci il tarixində, Bəyanatla çıxış etdiklərinə görə, Lənkəran rayon polis əməkdaşları tərəfindən saxlanılaraq, Polis şöbəsinə aparılmışdır. Onlara qarşı olan belə bir münasibət AR Konustusiyanın 58 - ci maddəsinə tam ziddir. Biz Talış Ağsaqqallar Şurası olaraq bu tələbələrə dair qərarın ləğv olunmasını tələb edir, onların huquqlarını qoruya biləcək həmkarlar təşkilatının yaradılmasını,
-universitetlərdə ruşvət kimi rəzil bir çatışmamazlığın kökündən ləğv edilməsini,
-universitetlərdə rektor, dekan, digər vəzifələrin seçkili olmasını,
-Lənkəran Dövlət Universitetində Talışşünaslıq kafedrasının yaradılması tələblərinin haqlı olmasını müdafiə edirik.
Talış xalqının baş şəhərində yerləşən Lənkəran Dövlət Universitetində Talışşünaslıq kafedrasının və fakültəsinin olmaması, Talış mahalının məktəblərində dərslərin fakültətiv olması, Talış dilinin məktəblərdə tədris edilməsini peşəkar olmayan müəllimlərə həvalə olunması, Azərbaycan Respublikasını multikultural və tolerant bir ölkə olmasını böyük şübhə altına salmış olur. Biz, Talış Ağsaqqallar Şurası olaraq, bu nöqsanların aradan qaldırılmasını qətiyyətlə tələb edirik.
Tələbə Güc Mərkəzinin bəyanatı subut edir ki, Qarabağ müharibəsində şücaət göstərib qəhrəmanlıqla vuruşan gənclər, həmçinin ali məktəblərdə də öz vətəndaşlıq borclarını dolğun yerinə yetirərək, həllinin vaxtı çatmış yaramazlıqlara qarşı özlərinin ədalətli səsini qaldıra bilirlər və universitetlərdə islahatlar keçirilməsi zəruriyyətini göstərirlər.
Bütün ıctimaiyyətin nəzərinə çatdırmaq ıstəyirik ki, TAŞ Tələbə Güc Mərkəzinin tələblərini dəstəkləyir və hər zaman onların hüquqlarını müdafiə edəcəyinə hazırdır.
Talış Ağsaqqallar Şirası
05.02. 2021- ci il
May be an image of mətn
 
Category: Sİyasət | Views: 102 | Added by: tmmrtalish | Tags: Talış Ağsaqqallar Şirası | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: