search
menu
person

NEWS AND UDATES


18:13
LƏNKƏRAN QƏDİM YAŞAYIŞ MƏSKƏNLƏRİ

LƏNKƏRAN QƏDİM YAŞAYIŞ MƏSKƏNLƏRİ


 


Azərbaycan ərazisində qədim daş dövründən başlayaraq Son Orta əsrlərədəkböyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30-50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır. İlk vaxtlar arxeoloji abidələr də Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətininvə Azərbaycan Arxeoloji Komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır.
Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində İ.М.Cəfərzadə, S.М.Qazıyev, D.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov, Ə.K.Ələkbərov, İ.H.Nərimanov, O.H.Həbibullayev, R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, V.H.Əliyev, М.М.Hüseynov, Q.S.İsmayılov, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, М.М.Мansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli yetişmişdir.Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar. Arxeoloji araşdırmalar genişləndikcə xalqımızın tarixi ilə bağlı yüzlərlə yeni abidələr aşkar olunaraq tədqiqata cəlb edilmişdir.Azərbaycanın cənub bölgəsini ən çox əhatə edən mədəniyyət isə Talış-Muğan mədəniyyətidir.Talış-Muğan mədəniyyəti – son tunc – erkən dəmir (e.ə. II minilliyin ikinci yarısı – e.ə. I minilliyin əvvəlləri) dövrü arxeoloji mədəniyyət;
Azərbaycanda Muğan çölündə və Talış dağlarında aşkar edilmişdir. Muğan mədəniyyəti üçün sümükləri qıvrılmış və ya dartılmış halda daş qutularda və ya torpaq qəbirlərdə dəfnetmə səciyyəvidir. Həm tək, həm də qrup qəbirləri əmək alətləri, silah və bəzəklərlə müşayiət olunur. Muğan mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik və ola bilsin ki, həm də balıqçılıqla məşğul olurdular. Əmək alətləri və silahlar tuncdan və dəmirdən hazırlanırdı, xüsusilə səciyyəvi olanlar isə dəstəyi haşiyəli tunc və dəmir qılınc ilə tunc xəncərlər idi. Gil qablar da müxtəlifliyinə görə seçilir. Zəngin və ya kasıb qəbir əşyaları nəsli icmanın dağılması prosesini və bu tayfalarda əmlak bərabərsizliyinin meydana gəlməsini göstərir. Muğan mədəniyyətinin Cənubi Qafqazın digər rayonlarının və qədim Şərq ölkələrinin mədəniyyəti ilə əlaqələri aşkar edilmişdir. Azərbaycan ərazisində qədim daş dövründən … min il öncəyə qədər insana qoynunda yer vermiş, onun yaşayış məskəni olmuşdur. …… cənub rayonlarında, xüsusilə Naxçıvanda, Lənkəranda təsadüf edilmişdir.
Belə ki,cənub bölgəsində çoxlu yaşayış məskənlərinə rast gəlmək olar ki,bunlarında 18-i Lənkəran rayonu ərazisində yerləşir.Bu qədim yaşayış məskənləri öz tarixinə görə müxtəlif dövürlərə aid olmaqla özündə qədim bir tarixi mədəniyyəti əks etdirir.Sovet dövründə bu qədim yaşayış məskənlərinə biganə münasibət olsa da Azərbaycan müstəqil olandan sonra bu qədim yaşayış məskənləri tək-tək öyrənilərək oxuculara təqdim olunmuşdur.Hal-hazırda qısa da olsa bu qədim yaşayış məskənləri haqda Mədəniyyət və Turizm Nazirliyinin ümumi bazasında məlumat yerləşdirilib və bu yaşayış məskənləri isə kodlaşdırılaraq invertar halına salınıb.Biz də öz növbəmizdə sizə cənub bölgəsndə mövcud olan bütün qədim abidələr haqda silsilə məlumat verməyi özümüzə borc bildik və bu minval ilə öncə Lənkəran ərazisindən başladıq.Belə ki,Lənkəran rayonu ərazisində ümumilikdə 85 tarixi axeoloji və memarlıq abidəsi var və bunlardan 18-i qədim yaşayış məskənidir.Biz bu haqda sizə növbə ilə məlumat verəciyik.

1.Viy (Ver) yaşayış yeri.Viy yaşayış ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin yaranma tarixi antik dövrə təsadüf edir.Viy yaşayış yeri Lənkəran rayonunun Viy kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1521,sistem kodu AJA001543 – dür.

2.Təği nıso.(Tağının yaşayış yeri-Haftoni qəsəbəsi).Təği nıso adlı yaşayış yerli əhəmiyyətli abidədir və Lənkəran rayonunun Haftoni qəsəbəsi ərazisindəki.Haftoni dağınıda yerləşir.Bu yaşayış yerinin tarixi 1820-ci illərinə təsadüf edir.Deyilənlərə görə Yardımlı rayonunun Alar kəndi ərazisindən Tağı adlı bir kişi öz köçü ilə birlikdə köçüb gəlmiş və bu ərazidə məskən salmışdır.Bu yer Haftoni dağlarında üç qardaş adlanan dağların arasında yerləşir.Tağı kişi ağac budaqlarından öz ərazisini çəpər etmişdir və hal-hazırda bu yerin izləri qalmaqdadır.

3.Şıxəkəran yaşayış yeri(Şıxəkəran kəndi).Şıxəkəran yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yeri Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində yerləşir Şıxəkəran yaşayış yerinin tikilimə tarixi XV əsrə təsadüf edir.Abidənin invertar nömrəsi №1508,sistem kodu AJA001530 – dur.

4.Şərəfə kəco vırə(Şərəfənin ev yeri-Ləj kəndi).Şərəfənin ev yerli yeri əhəmiyyətli abidədir.Bu ev Lənkəran rayonunun Ləj kəndi ərazisində,kəndin şimal hissəsində Ləj kəndi ilə Girdəni kəndi sərhədində Ləkəvü(Ləkəru-Ləkər çay) çayının sağ sahilində yerləşir.Belə ki,deyilənlərə görə vaxtı ilə 1920-30-cu illərdə Şağlakücə kəndində Şərəfə adlı qadın var imiş,onun əri dünyasını dəyişəndən sonra dul qalmış və kənd sakinlərinin söz-söhbətlərinə hədəf olmuşdur.O da bu söz-söhbətlərdən uzaqlaşmaq üçün köçü və uşaqları ilə birlikdə Ləj kəndində Ləj kəndi ilə Girdəni kəndi arasındakı ərazidə,Ləj meşəsində məsgən salmışdır.O,Ləj ərazisində ilk məskunlaşan şəxsdir.Lakin bu hələ sübut olunmadığına görə Ləj kəndi ərazisinə ilk köçüb gələn hələlik Buzeyirli Məmmədqasım kişi və oğlu Kərbəlayı Xudaverdi Qasımov hesab edilir.Müəyyən vaxtlarda təsərüfat işləri zamanı Şərəfənin ev əşyaları,yəni gil qablar və sair tapılmışdır.

5.Şahlakon(Şağləkon)yaşayış yeri(Gəgiran kəndi).Şahlakon yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin tarixi antik dövrə aiddir.Şahlakon yaşayış yeri Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1519,sistem kodu AJA001541 – dir.

6.Moloca(Molojə) yaşayış yeri(Molojə kəndi).Molojə yaşayış yerli əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin yaranma tarixi XIV – XVI əsrlərə təsadüf edir.Molojə yaşayış yeri Lənkəran rayonunun Molojə kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 5959,sistem kodu AJA005761 – dir.

7.Kosalar yaşayış yeri(Kosalar kəndi).Kosalar yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir. Yaşayış yerinin tarixi XI-XIII əsrlərə aiddir Kosalar yaşayış yeri Lənkəran rayonunun Kosalar kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1523,sistem kodu AJA001545 – dir.

8.Alazəpin yaşayış yeri.(Alazəpin kəndi).Alazəpin yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin yaranma tarixi XII –XIV əsrlərə təsadüf edir.Alazəpin yaşayış yeri Lənkəran rayonunun Alazəpin kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1512,sistem kodu AJA001534 –dür.

9.Coda(Co də)yaşayış yeri.(Gəgiran kəndi).Codə yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin yaranma tarixi Antik dövrə aiddir.Coda yaşayış yeri Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi №1517,sistem kodu AJA001539 –dur.

10.Biləsər yaşayış yeri(Biləsər kəndi).Biləsər yaşayış yeri yerli əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin tarixi XIV-XVII əsrlərə təsadüf edir.Biləsər yaşayış yeri Lənkəran rayonunun Biləsər kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 5956,sistem kodu AJA005758 -dir.

11.Buyək yaşayış yeri.(Gəgiran kəndi).Buyək yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir. Yaşayış yerinin tarixi III-VIII əsrlərə təsadüf edir.Buyək yaşayış yeri Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1516,sistem kodu AJA001538 – dir.

12.Bəlləbür(Bəleləbır -Bəlləbur)yaşayış yeri.Ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin tarixi IX-XIII əsrlərə təsadüf edir Bəlləbur yaşayış yeri Lənkəran rayonunun Bəlləbur kəndi ərazisində, kəndinin Lənkəran (Vazərü) çayının sağ sahilində yerləşir.Abidənin invertar nömrəsi № 1515,sistem kodu AJA001537 –dir.
13.Bızəyjobə(Buzeyroba,Kanə Ləj-köhnə Ləj).(Ləj kəndi).Yerli əhəmiyyətli yaşayış məskəni.Bu yer Lənkəran rayonunun Ləj kəndi ərazisində,kəndin şimalında Xəlili qrant(Xəlilin qrantı) adlanan yerdə,Ləj meşəsinin cənub ətəyində yerləşir.Bu yerin yaranması Ləj kəndinə Lerik rayonunun Buzeyir kəndi ərazisindən ilk köçüb gələnlərin adı ilə bağlıdır.Belə ki mənbələrə görə 1920-30-cı illərdə Lerik rayonunun Buzeyir kəndindən ilk olaraq buraya ilk köçlər gəlib məskunlaşmış və meşə ağaclarında özlərinə xırda ləmlər və daxmalar tikmişlər.Elə bu səbəbdən də yerli əhali bu yerə “Bızəyjoba”(Buzeyiroba) və ya “kanə Ləj”(köhnə Ləj ) deyir.Bızəyjobə adlanan əraziyə ilk gəlmiş köç Lerik rayonunun Bueyir kənd sakinləri Rzayev Səfər və Rəhimov Məmmədqasım olmuşlar.Hal-hazırda o ərazidə köhnə köçün izləri qalmamış,lakin orada bir köhnə qəbiristanlıq mövcuddur və o qəbiristanlıqda bir nəfər kənd sakini(qadın) dəfn edilmişdir.Beləki,bir müddət sonra indiki Ləj ərazisinə köçmüşlər.(Bax.Aqşin Mistanlı.Bataqlıqdan Başlayan Həyat və ya Ləj kəndinin tarixi.Bakı.Elm və Təhsil.2017.səh.15)

14.Gəgiran yaşayış yeri.Gəgiran yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin tarixi XIII-XVI əsrlərə təsadüf edir.Gəgiran yaşayış yeri Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1518,sistem kodu AJA001540 –dır.

15.Gəgiran yaşayış yeri.Gəgiran yaşayış yeri yerli əhəmiyyətli arxeoloji abidədir. Yaşayış yeri-nin yaranma tarixi XIII-XVI əsrlərə aiddir Gəgiran yaşayış yeri Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 5957,sistem kodu AJA005759–dur.

16.Balabənd yaşayılş yeri(Şağlakücə kəndi).Balabənd yaşayış yeri yerli əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin tarixi XVII-XVIII əsrlərə təsadüf edir.Balabənd yaşayış yeri Lənkəran rayonunun Şağlakücə kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 5955,sistem kodu AJA005757 – dir.

2.Kənd yeri(2 ədəd)

1.Havzava(Havzəvə di co) kənd yeri.Havzava kənd yeri yerli əhəmiyyətli arxeoloji abidədir. Yaşayış yerinin tarixi XIV – XVIII əsrlərə təsadüf edir.Havzava kənd yeri Lənkəran rayonunun Havzava kəndi ərazisində yerləşir. Abidənin invertar nömrəsi № 5958,sistem koduAJA005760 – dır.

2.Hacı İsa poyn(Hacı İsa ferması-Ləj kəndi).Hacı İsa poyn yerli əhəmiyyətli abidədir.Bu yer Lənkəran rayonunun Ləj kəndi ərazisində ,kəndin şima-qərbində,indiki təzə məhəllə(tojə məhəllə) adlanan ərazisində yerləşir.Beləki,vaxtı ilə Lənkəran qəzasında milliyyətcə polyak olan mülkədar Lev Karpoviçlə şərik işləyən yerli mülkədar Hacı İsanın adı ilə bağlıdır.Deyilənlərə görə Hacı İsa bu ərazilərdə ferması olmuşdur.Hər axşamüstü Hacı İsa faytonla gəlib fəhlələrin pulunu verərmiş.Elə bu səbəbdən də bu ərazi belə adlandırılmışdır.Hal-hazırda bu ərazidə fermanın izləri qalmamışdır.

Tədqiqatçı-tarixçi AQŞİN MİSTANLI.

Ədəbiyyat:
1.(Bax.Aqşin Mistanlı.Bataqlıqdan Başlayan Həyat və ya Ləj kəndinin tarixi.Bakı.Elm və Təhsil.2017.səh.15)
2.(Bax:Aqşin Mistanlı.Cənub Bölgəsinin Abidələr Ensiklopediyası.Bakı-2018)
3.(Bax:Həşim Həsənoğlu.Azərbaycanın dini-tarixi abidələri,ziyarətgahlar,seyidlər,övliyalar.I Hissə.Bakı.2005.səh.200)
4.(Bax:A.Əhmədov.Qədim Azərbaycan və onun cənub bölgəsi.B,2011)
5.(Bax:Ə.Şəfiyev.Azərbaycanın cənub bölgəsinin tarix və mədəniyyət abidələri.B-2007)
6.(Bax:Rəşid Göyüşov. Azərbaycan arxeologiyası. B., 1986)
7.(Bax.Azərbaycan Milli Elmlər Akademiyası.Arxeologiya və Etnoqrafiyaİnstitutu.Azərbaycan Arxeologiyası Daş övrü(6).Bakı- Şərq-Qərb,2008,T.1.448.səh)
8.(Bax.Əsədulla CƏfərov.”Qarabağın Paleolit düşərgələri.Bakı-2017.s.18-19)
9.(Bax.Ə.Cəfərov.Azərbaycan Arxeologiyası Daş dövrü I cild.Bakı-2008).
10.(Bax.Azərbaycan Arxeologiyası.VI cilddə,I cild.”Şərq-Q’rb”,Bakı-2008)
11.(Bax:M.N.Nemət.Azərbaycanda pirlər.Bakı-1992)
12.(Bax:H.Həsənoğlu.Azərbaycanın dini,Tarixi abidələri,ziyarətgahlar,seyidləri,övliyaları,Bakı-2005)

mm

Author: Aqşin Mistanlı


tolishstan.com
Category: TALIŞH | Views: 96 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $