18:29
LƏNKƏRANDA BARDEL....
LƏNKƏRANDA BARDEL....

Dünən getmişdim Lənkəran "mero"suna, yəni Lənkəran şəhər 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə ki, idarə etdiyim maşının texniki pasportundakı "müvəqqəti" sözünü oradan çıxartdırım. "Mero"ya girişdə telefonların yığılması və heç bir qeydiyyat aparılmadan stolun üstünə düzülməsi özü bir ayrı aləmdir, kim kimin telefonunu istəsə götürə bilər, çünki hansı telefon kimindir bilinmir, içəri girəndə bildim ki, telefonları ona görə yığırlar ki, heç kim içəridə çəkiliş aparmasın, ümumiyyətlə içəri heç bir texniki qurğu salmaq mümkün deyil, qapıda xüsusi cihazla hər kəsin üstü ciddi-cəhdlə yoxlanılır ki, həmin "mero"dakı rüşvət-korrupsiyanın, açıq bazarın, qeyri-qanuni pul dövriyyəsinin maştabı qırağa çıxmasın. əlqərəz, pullar şkafların dolablarına zibil kimi tökülürdülər, mən ilk olaraq "korrupsiyanı aradan qaldırmaq və aşkarlığı təmin etmək üçün yaradılmış" şüşəli nəfəsliyə yaxınlaşdım, sənədlərimə baxmadan "keç o başdakı qapıya" dedilər, keçdim "anti-korrupsiya şüşəbəndinin" baş tərəfindəki qapıya, orada maşının texniki pasportunun o tərəf-bu tərəfinə və etibarnamənin içinə təəccüblə baxandan sonra, mənim üzümə də eyni təəccüblə baxıb, "keçin 5-ci otağa" dedilər. Keçdim 5-ci otağa, eyni hadisə orda da baş verdi və mənə dedilər ki, "keçin 4-cü otağa", keçdim 4-cü otağın qarşısına, millətdiye durub qapının ağzında, nə ara məsafə, nə zad, kim-kimədir. Məlum oldu ki, 4-cü otaqda rəis müavini oturur və qapısının ağzını xüsusi kamera ilə izləyir, üstəlik qapı ancaq içəridən açılır, qapının çöldəki əl tutacağı ümumiyyətlə sökülüb, götürülüb, əlqərəz, girdim 4-cü kabinetə, rəis müavini də texniki pasportun o yan-bu yanına, etibarnamənin içinə-çölünə baxıb, məni göndərdi 6-cı otağa ki, get sorğunun cavabını al, gətir. Getdim 6-cı otağa, orada bir xanım oturmuşdu, gəlişimin məqsədini bildirdim, o xanım da texniki pasporta və etibarnaməyə baxıb, "bu işlə urus qızı Mariya məşğuldur, onu tapın" deyib, məni göndərdi "anti-korrupsiya şüşəbəndi"ndən Mariyanı çağırmağa, getdim Mariyanı çağırdım, Mariya gəlib, texniki pasporta və etibarnaməyə baxıb "bu mənim işim deyil" deyib, təzədən getdi "anti-korrupsiya" şüşəbəndinə ki, "korrupsiya ilə mübarizə aparan şanlı kişi polislərə dəstək olsun", əlqərəz qaldım ortada, şikayət etmək üçün başladım "mero"nun rəisini axtarmağa, kimdən rəisin kabinetini soruşdumsa dedilər ki, "onun kabinetini ancaq rəis müavini bilir", çıxış yolunu təzədən rəis müavininin kabinetində gördüm, başladım rəis müavininin qapısını dayanmadan döyəcləməyə, qapı açılmadı ki, açılmadı, əvəzində məni Mariyanın üstünə göndərən qadın gəlib, tapıldı, belə başa düşdüm ki, mənim qapını döydüyümü kameradan görən rəis müavini o xanımı telefon ilə çağırmışdı, xanım, mənə onun arxasıyca getməyi tövsiyyə etdi, getdim, bir stul göstərib "burda oturun, indi gedib cavabı gətirəcəm" dedi, getdi və təqribən 15 dəqiqəyə əlində cavab gəldi, mənimlə birlikdə getdi 5-ci kabinetə, orada bildirdilər ki, təzədən getməliyəm "anti-korrupsiya şüşəbəndinə", orada hansısa serjamt bu işlə məşğul olur, əlqərəz, sən demə mənim bu boyda "gəzintimin" heç qoz qədər də qiyməti yox imiş, hər şey bu serjantın kompyuterində var imiş....
Bütün bu "apar-gətir" oyunundan onu başa düşdüm ki, aşağıdan-yuxarıya mənim rüşvət vermək istəmədiyimi bəyan etmək üçün məni bütün kabinetlərə göndərdilər və hər kabinetdə etibarnamənin içində pul olmadığını gördükcə məni daha yuxarı, rüşvət mexanizminin zirvəsinə doğru göndərirdilər ki, axşam "otçot-utçot" eliyəndə "bir nəfər rüşvət vermədi" deyəndə, həmin bir nəfərin həqiqətən də rüşvət vermədiyini hamı bilsin...
Görün bu insanların gözlərini rüşvət nə qədər tutub ki, mənim çətinliklə yeridiyimi görə-görə futbol topu kimi o kabinetdən bu kabinetə, bu kabinetdən o kabinetə "qovurdular", o qədər iadamın içində bircə nəfər də olsun insan yox imiş, korrupsiyanın, rüşvətin tuğyan elədiyi, qeyri-qanuni pul dövriyyəsinin yüz minlərlə manat olduğu bir "bardeldə", bəli, məhz bardeldə, insan axtarmaq səhrada balıq axtarmaq kimi bir şeydir...
hörmətli cənab nazir #VilayətEyvazov sizin rəhbərlik etdiyiniz #DaxiliİşlərNazirliyinin regional bardelindəkilərdən xəbəriniz varmı? Yoxdursa, hara baxırsız? Bəlkə o qeyri-qanuni 100 minlərdən sizlərə də pay çatır? Bəlkə #qaramaskalıların o bardelə reydini gözləyirsiz ki, çıxıb "burnunuzun ucunda baş verənlərdən necə də xəbərsiz olduğunuzu "etiraf" edəsiniz? Əgər bilmirdizsə - bilin, mən hər şeyi çılpaqlığı ilə qoydum ortalığa... Bəlkə hesab edirsiniz ki, Cənab #Prezident bu işə müdaxilə etməlidir? Bəlkə o bardel ilə bacarmırsız, elə isə #DövlətTəhlükəsizliyiXidmətinə müraciət edin, köməklik göstərsinlər....
Yığın, yığın, göruvuza aparacaqsız, ən yaxşı halda... nə isə...
Rafiq Cəlilov .
Bir 2 nəfər və mətn şəkili ola bilər
 
Category: Sİyasət | Views: 55 | Added by: tmmrtalish | Tags: Rafiq Cəlilov . | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: